top of page

7.62 mm-lik  Yalquzaq.

Son günlər dünya silah istehsalcılarının sırasına özünün keyfiyyətli,sınanmış,testlərdə özünü davamlılıqla təsdiq etmiş silahları ,texnikası,sursatları və hərbi ləvazimatı ilə imza atan ölkələrdən biri də Azərbaycandır. Azərbaycanının MSN-I davamlı olaraq ordunun balansında olan hərbi texnikanı ,vasitələri yeniləyib-modernləşdirməklə birlikdə ,yeni silahların ixtirasına və onların işlənib ordunun təminatına verilməsinə edilən səyləri göz önündədir. Müxtəlif növ silahlar,artilleriya qurğuları,sursatlar,modernizə olunmuş texnikalar,texniki vasitələr dünyada kecirilən sanballı sərgilərdə öz layiqli yerini tutmuş,xarici dövlətlər tərəfindən bəyənilmiş və sifarişlər edilmişdir. Azərbaycanın lisenziya ilə və özünün istehsalı olan ZƏFƏR,UĞUR tapancaları,XƏZRİ,EM-14 avtomatlatı,İSTİQLAL,MÜBARİZ,YALQUZAQ snayper tüfəngləri bu gün silahlanmada müstəsna rolunu oynamaqdadır.

Son illər orta caplı snayper tüfəngləri sırasına milli istehsalımız olan 7.62 mm-lik Yalquzaq snayper tüfəngləri də daxil olmuşdur.

Silahın cəkisinin bu tip tüfənglər ücün yüngül olması,onu bir cox qoşun növlərində və güc strukturlarında istifadəsi ücün daha cox yararlı edir.Əsaən 10 patron tutumlu daraq silahın altına,lülə qutusuna birləşdirilmişdir. Silah tək atəş prinsipi ilə atəş acır və tenidən doldurma cağmağın üzərində yerləşdirilmiş doldurucu ilə həyata kecirilir. Qundaq atıcının komfortlu və dəqiq atəş acması ücün,optic uzadıcı ilə təmin olunmuşdur. Bundan əlavə qundağın alt hissəsində yenədə optic olan uzadıcı da nəzərdə tutulmuşdur ki, bu da tərpənməyən yerdə,pusquda atəşin daha dəqiq acılması ücün ən lazıçmlı detaldır.Lülə qutusu sadə və klassik üsul ilə hazırlanmışdır. Bu da silahın istismarı və ona texniki qulluq zamanı vaqcib amillərdir. Təcrübə göstərir ki Lülə qutusu nə qədər mürəkkəb qurğularla təhciz olunduqda,silahın istismarı və ona edilən texniki qulluq bir o qədər cətinləşir və məhz bu amil döyüş şəraitində silahın tez sıradan cıxmasına yaxud atəş zaman dayanmalar gətirib cıxarır ki,bu da qarşıya qoyulmuş tapşırığın yerinə yetrilməsini sual altında qoyur. Bu cür catışmamazlıqlar məhz YALQUZAQ snayper tüfəngində mühəndislərimiz tərəfindən nəzərə alınmış və bu amil aradan qaldırılmışdır. Silahda tətbiq olunan yeni texnologiya-geriyətəpmənin maksimum azaldılmasına gətirib cıxartmışdır ki,bu da operativ olara ikinci atəşin acılması zamanı,döyüşcüyə daha böyük şans verir.Lülə qutusunun üstündə yerləşdirilmiş Pikkotini relsi də mühəndislərimiz tərəfindən düşünülmüş lazımı detallardan biridir. Məhz bu universal rels üzərində müxtəlif növ optic,optic-termal və s nişangahlar və digər qurğular birləşdirmək silah ücün yeni bir konsepsiya olmuşdur.Silah optic nişangahdan əlavə mexaniki nişangahla da təhcis olunmuşdur. Lülənin qutu ilə birləşdiyi müstəvidə yeni bir qurğu-kəsikli örtücü üzlük də nəzərdə tutulmuşdur. Bu örtüyün yan hissələrində olav acıq sahələr atəş zamanı lüləyə əlavə soyuidulma funksiyası gətirir ki, bu da lülənin davamlılığını və xidmət müddətini artırır. Bu örtüyün də üzərində Pikotini telsi nəzərdə tutulmuşdur. Bu kimi mühəndis ixtirası,silaha lazım olduqda əlavə qurğular yerləşdirmək ücün cox keyfiyyətli yanaşmadır. Lülə də fərqli şəkildə işləndiyi gözə carpır. Məhz lülənin üzərində acılımış cığırlar,lülənin soyudulması və onun hava axınını  lazımınca istifadə etmə funksiyasını mühəndislərin uğuru kimi qiymətləndirmək olar. Dünya silah yeniliklərində məhz belə yanaşma təqdirəlayiqdir Cünki bu cür yanaşma,həm lülənin yüngüllüyünü,həm soyudulmasını,həm onun istismar müddətinin artmasını və sonda isə silahın keyfiyyətli və dəqiq atəş acması funksiyasını qabardır. Silahın pistolet tutacağı da kompozit materaldan hazırlanaraq,atıcının əlinə sabir oturması ücün işlənmişdir. Bundan əlavə silah tənzimlənə bilən ayaqlıqlarla da təhciz edilmişdir. Bu ayaqlıqlar həm hündürlüyə həm də daxilə doğru yığıla bilir,bu da atəş və daşınma zamanı vacib elementdir. Silahın üfürücü kompensatoru modernləşdirilmişdir. Kompensatorlar dəyişən və cixşaxəlidir. Bu zaman müxtəlif əməliyyatlar zamanı,müxtəlif kompensatorlardan istifadə etmək mümkündür.

Silahın capı -7.62x51  mm

Cəkisi -7.1 kq

Atəş məsafəsi -1000 metr

.Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub.

9 mm - lik "ZƏFƏR tapancası

Azərbaycan MSN-nin istehsalı olan "Zəfər" tapançası "ADEX-2014"-də. Qeyd edək ki, "Zəfər", "Zəfər-K" və "İnam" döyüş tapançalarını Müdafiə Sənayesi Nazirliyinin "İqlim" zavodu Türkiyənin "TİSAŞ" şirkəti ilə birgə istehsal edir. "Zəfər-K" tapançasının atış məsafəsi 50 m, maqazin tutumu isə 15 patrondur. 9x19 mm NATO standartlı patronlarla atəş açan "Zəfər" tapançaları bütün qoşun birləşmələri, həmçinin xüsusi təyinatlıları, "İnam" tipli tapançalar isə əsasən hüquq-mühafizə orqanlarını silahlandırmaq üçün nəzərdə tutulub. "Zəfər"-in lüləsinin atış ömrü minimum 25.000 atəşdir. Azərbaycan MSN-in istehsalı olan bu tapançalar istənilən hava şəraitində istifadə edilə bilir.

14.5mm  İSTİQLAL  snayper tüfəngi

İstiqlal (İST-14,5 Anti-Material Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.

2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.

"İstiqlal" snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.

Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb.

Hazırda "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanıb.

Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDBNATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.

Çəkisi 20 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.

Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

bottom of page