top of page

Kamil bir palancı olsada insan,

Yaxşıdır yarımcıq papaqcılıqdan .

Stringerlər.

Gənc jurnalistlərə tövsiyyə: Hərbi sahədə yazan zaman MN -nə istinad edin. Hər yoxlanmamış məlumat-düşmənə köməkdir!

Sringer- İngilis sözü olaraq,sim mənasını daşısa belə,müasir dövrdə bu-müstəqil jurnalist anlayışını daşıyır. Əyər bu anlam döyüş aparılan zonalarda,məhəlli münaqişələrdə,dağıdıcı təbiətin törətdiyi ərazilərdə fəaliyyətdədirsə,bu ekstremal və yaxud döyüş stringerliyi anlamına gəlir.

Bu tip peşənin sahibləri əsasən: vizual materialları cəkib catdıran,Fotovə Telemüxbirlər,yazar və səsli(radio) ötürən  ,ekstremal vəziyyətdə özünü və ətrafında olan texniki işciləri,özünün qeyri standart və səlist hərəkət və düşüncəsi ilə idarə edə bilən insanlardırlar. Belə insanlar hətta məlumat əldə etmək naminə bir cox anlarda öz həyatlarını belə təhlükəyə atmağa meyillidirlər.Müstəqil jurnalistləri əsasən “ştatdankənar” adlandırırlar. Qərb variantında onların bir başqa adı da hallanır. Bu: Frilancer( free-azad,lance-nizə)  deməkdir. Lakin qərb variantının bir cox anlamında-Stringer –bütün növ məlumatları,əldə olan hər bir cür vasitələrlə əldə edən və buna görə dəyərli vəsait alanlardır.

Bu anlayış,həvəskar və romantiklərə təhlükəli bir tendensiyadır. Məsələn ölkənin bir cox hissəsini bürümüş müharibə zonasına,həvəskar və romantik jurnalist göndərilsə-onu göndərə kompanıya 95 faiz bu materalları almayacağına əmin olmalıdır. Cünki münaqişə ocaqlarının müəyyən qanunları var ki, orada həvəskarlar hec zaman suyun üzündə qala bilmirlər. Lakin profi Stringer verilmiş vaxta qədər göstərilən yerə gedib,bütün təhlükələrə baxmadan materialları əldə edib,qayıdacaqdır. İkinci yol yoxdur.Diletant və bu sahədən xəbərsizlər-birinci tapşırıqda əsasən bu sənəti tərk edib gedirlər. Müasir dünya-profi stringerləri” məlumat canavarları” kimi qəbul edir.

Əsasən bu sənəəti secən qadın stringerlərin işi daha ağırdır. Cünki başqa cinsin nümayəndələri  əyər əsir düşdükləri və qeyriadekvat qüvvələrlə rastlaşdıqları zaman bir cür işgəncələrə məruz qalırlarsa,zəif cinsin nümayəndələri ücün bu faciədir.

Və yadda bir başlıca amili saxlamaq lazımdır ki,stringerlik tarixində cox az insan var ki,qocalıqdan dünyanı tərk etsin. 95 faiz bu sənət sahibləri,münaqişələrdə öldürülüb və yaxud şikəst olublar. Bu baxımdan Stringer bir əfsanəvi varlıq anlamına gəlir.

 

Əsas keyfiyyətlər.

Güclü,özünümüdafiə və özünü qoruma  prisipli,hədəfinə qarşı tam qüvvəsi ilə hərəkət edən,qeyri ənənəvi qərarlar qəbul etməyi bacaran,insan psixologiyasını bilən,arşısındakı insanı ilk danışığından qimətləndirə bilən,bir cox insanlarla dil tapa bilən,hissiyyat,cəldlik,fiziki hazırlıq,təşkilatcılıq,ancaq özünə güvənmə.

 

Biliklər.

Stringerin  əsasən bir necə dildə danışıb,anlaması,vizual və fototexnikanın bir cox növlərindən istifadəni bilməsi,kompyuter texnologiyaları ilə tanışlığı,siasi durumu qiymətləndirə bilməsi,bir cox cətin şəraitlərdə yaşama texnikasını bilməsi,zəruri özünümüdafiə texnikası və müharibə zonasında xüsusi vasitələrdən istifadə edə bilməsi vacib amillərdəndir.

 

Yayılımış miflərdən biri də budur ki,Stringerlər hər zaman müharibə arzusunda olan və savaş zonasız yaşaya bilməyən avanturistlərdir.

Bu kökündən səhf anlayışdır. Bu insanlarda özünüqoruma instinkti daha güclü olur. Məsələn Əsgər hücuma gedirsə,o da onunla hücumdadır,geri cəkilirsə,stringer də .Zirehli maşındadırsə,yenə  eyni səhnədir.Atəşdən qorunmaq varsa,o da qorunur.Əsgərlə Stringeri ayıran bir amil var-əsgərin əlində silah.stringerin əlində isə cəkiliş texnikasıdır.Qorxu instinkti  bir cox normal insanlara aid olduğu kimi,onlara da yad deyil.

İkinci mif: Stringer “cörəkverənin” qabağında “əyilməsə-ac qalar.

Bu da yanlış anlamdır. “Əyilməyə” meyilli insan artıq stringer yox,hansısa bulvar jurnalistidir ki, onun əməyi tələb olunmur. Yaxşı stringer hər zaman kompaniyalar ücün qızıl qiymətində olub.

Ücüncü mif: Stringerlər hər zaman düzgün olmayan məlumat yayıcısıdırlar.

Kökündən yanlış bir anlamdır. Stringerlər KİV  jurnalistlərindən fərqli olaraq "senzurasız" yaşayırlar və onların güllə,savaş,təbii fəlakət zonalarına həyatları bahasına "soxulub" yalan yazması ağılabatan deyil. Buna görə dövlər KİV və TV ləri onları sevmir və imkan düşdükcə onların işi əngəllənir. Dağıstanda və Cecenistanda döyüşlər zamanı Rusiya hərbi komandanlığı stringerlərin döyüş zonasına gəlməsini qəti qadağan etmişdi. Lakin bu əngəl,üsyancılar tərəfinə şamil olmadığı ücün,həqiqi kadrlar və yazılar əngəllərə baxmayaraq yayıldı.

Ücüncü mif: Stringerlər arasında dostluq və hörmət yoxdur.

Hec bir hörmət,güzəşt və razılıq. Ancaq "Cəngəllik qanunları". İş başlıyan an onlar bir birlərini ceynəmək halına gəlirlər. Burada utanmağa ,hörmətə,cəkinməyə yer yoxdur.Burada ağılı olmağa,ilk məlumat əldə etməyə,ilk olara qonu ötürməyə yer var.

Dördüncü mif: Stringerlər ürəksiz maşınlardır.

Bu belədir. Belə olmaq da normal haldır. Stringer deyir:Əyər kimsə ölürsə,mən ona kömək etməliyəmsə,kömək zamanı mən həm də cəkməliyəm-birdən o nəyi isə mənə deməyə calışdı.Bir cox vaxtlar onların reportajları cılpaq qəddarlıqda olur. Bu isə tam olaraq həqiqətdir. Nə qədər acı və qəddar olsa belə.

Beşinci mif: bOnlar müharibəni reklam edən və sevəndirlər.

Əslində onların müsahibələri,reportajları və cəkilişləri-əsasən müharibəyə və faciələrə yox deyir. Onlar siyasətci,politoloq və digərlərindən fərqli olaraq müharibəni bəzəksiz,cılpaq və həqiqi üzünü göstərirlər.

Mifsiz stringerlər:

Onlar hər zaman qanundan kənardadırlar.

Əyər insan dara düşübsə,stringer ona kömək etmiyəcək-o cəkəcək və yazacaq.

Stringer və sakit ailə -bu paradoksdur.

Stringer özündən və yalnız bacarığından asılıdır.

Stringerin həyatı cox qısadır-bir coxları ahıl yaşına cata bilmirlər.

İndi hər bir kəs özünə sual və cavab versin-Stringerlər kimdir. Bir coxunda bu fərqli fikir və mübahisə yaradacaq.Kimdəsə bu sənəətə sevgi və romantika-kimdəsə ikrah.

Müasir Azərbaycanda stringerlər varmı? Olub və ola bilərmi? Bir coxları yalnız CİNGİZ MUSTAFAYEVİ göstərir.

Bəlkə də o SON MOGİKAN İDİ.

bottom of page