top of page

Radioelektron  vasitələr və bu növ kəşfiyyat üsullarının tarixi bilavasitə tərəflərin müharibə zamanında bir daha qabarıq olaraq özünü göstərməkdədir. Belıə ki hər zaman istər sülh,istər müharibə şəraitində dövlətlər özlərinin radioelektron qorunma və mübarizə sistemlərini işləyib hazırlayırlar ki, bu zaman belə sistemlərin vəzifəsi əsasən  qarşı tərəfin qoşun növlərinin idarəetmə sistemlərinin əngəlləmək,onların elektron silah sistemlərinin idarəsini mənimsəmək və özünün bu kimi sistemlərini aktiv olaraq qorumaqdan ibarət olur.Belə ki,hal hazırda dünyada gedən hərbi prosseslər bu cür sistemlərin daima təkmilləşməsini,onların düşməndən bir addım öndə olmasını tələb etdikcə,belə vasitələrə daha cox maliyyə və diqqət ayrılır.Radioelektron mübarizə özündə bir cox aspektləri birləşdirməkdədir. Məsələn: Radio elektron kəşfiyyat,qoşun növlərinin elektron qurğu və silahlarını əngəlləmək,idarəetməni ələ almaq,təbliğat mübarizəsi,uzaqdan idarəedilən vasitələri caşdırmaq və məhf etmək və s.

XX əsrin hərbi münaqişələri göstərir ki,radioelektron mübarizə(REM) artıq vascib spektorlardan birinə cevrilmişdir .Belə ki ,düşmənin ərazisindən cox uzaqda yerləşdirilən REM avadanlıqları həm müvəqqəti olaraq ( radiomüdaxilə vasitəsi ilə),həm də uzunmüddətli olaraq(yerləşməsi təyin edildikdənsonra atəş vasitələri ilə məhf etməklə) qarşı tərəfin bir sıra həyati vacib idarəetmə sistemlərini məhf edə bilərlər.Bundan əlavə REM vasitələrinin,  bilavasitə həm də özünün idarəetmə mərkəzlərinə olan düşmən vasitələrinin həmləsinin qarşısının alınmasında böyük rolu vardır.REM anlayışı böyükdür və bu anlayış hazırkı məqamda bir cox sahələri əhatə edir. Hal ahazırkı dövrdə  müharibələr daha dəqiq sursatlarla aparılma tendensiyasına üstünlük verir. Yüksən dəqiqlikli sursatların (YDS) yaranması da bu tendensiyanı təsdiq edir. Hal hazırkı dövrdə artıq hədəfdən 1 metr sapma,YDS sayılmır,baxmayaraq ki,YDS  əsasən insanlara yox,müəyyən vacib obyektlərə hesablanmışdır. REM vasitələrinin də inkişafında belə sursatlarla mübarizə üsulları artıq başlıca yer almağa başlamışdır.Son müharibələrin və hərbi münaqişələrin təcrübəsi gostərir ki,YDS  bilavasitə REM vasitələri ilə sıx əlaqədə olmasının strukturu aşağıdakı kimi təyin olunmuşdur:

-Əvvəlcədən və fasiləsiz olaraq yüksək dəqiqlikli radioelektron kəşfiyyatın yer,hava,dəniz və kosmik vasitələrlə  ,ölkələrin infrastruktutunun,hərbi potensialının,komanda mərkəzlərinin,döyüş texnikasının və vasitələrinin,təhcizatının,həyati vacib sahələrinin təyin olunması ücün aparılması;

-Fasiləsiz olaraq YDS –larla zərbə endiriləndən sonra bu ölkənin sosial və siyasi,iqtisadi və hərbi durumunun analizi;

-Qarşı tərəfin bütün ərazisinə kütləvi olaraq ancaq dəqiq zərbələrin endirilməsi;

-Fasiləsiz olaraq endirilən zərbələrin nəticəsini özünün elektron vasitələri ilə müşayəti və lazım gəldikdə zərbələrin istiqamətinin və kütləviliyinin dəyişdirilməsi,əlavə olaraq yeni yaranmış hədəflərin təqiqi və bu hədəflərə YDS –ın yönəldilməsi.

ABŞ və digər qərb ölkələri,apardıqları müharibələr fonunda REM və YDS-dan istifadəyə cox yer verdikləri ücün hərbi üstünlüklərə malik olduqlarını dəfələrlə qeyd etmişlər.

Yaxın müharibələrin tarixinin tədqiqi göstərir ki,REM sistemləri böyük bir dövlətin müdafiə sistemlərini nəinki iflic edər hətta onun infrastruktur idarəetməsini də məhf edə bilər.2008 ci ildə Rusiya Gürcüstan müharibəsi dövründə Gürcüstanın bir cox NATO ölkələrində tədris almış mütəxəssisləri,ilk anlarda Rusiyanın bütün radioelektron vasitələrini aldadıb,kor edə bildilər.Əvvəlcədən müəyyənləndirilmiş dağ hündürlüklərində yerləşdirilmiş REM stansiyaları,rusların bütün kəşfiyyat məlumatlarını əldə etməklə yanaşı,Rusiya silahlı qüvvələrinin bu kimi vasitələrinə də böyük maneə oldular. Qori,Tibilisi və Marheulidə yerləşdirilmiş P-36D6,P37,5A87,P18,19J6,PRV kimi REM sistemləri hətta rusiyanın AN 12 PP kimi nəhəng REM təyyarəsinin işini də əngəlləyə bildi.Bu zaman Rusiyanın belə əməliyyatlara hazır olmadığı və REM strukturunda regionlar üzrə zəifləmə faktları üzə cıxdı. Ərazinin dağlıq olması,ucuş texnikasının kordinatlarla tanış olmaması,REM ucuş texnikasının zenit kompleksləri qarşısında tam müdafiəsiz olması,münaqişənin əvvəl günlərindən Rusların böyük sayda ucuş texnikasının itirilməsinə,əməliyyatda iştirak edən qüvvələr arasında əlaqənin olmamasına və bu halda hücuma kecən ordunun sıx atəş altına düşməsinə zəmin yaratdı. Tələsik göyə qaldırılam radioelektron  vasitələrin işində pozuculuq yarada bilən xüsusi  Mİ 8 PPA,Mİ8 SMV-PA helikopterləri də dağlıq ərazidə yüksəkliyi alıb fəaliyyətə kecə bilmədilər. Buna meterioloji faktorlar və  gürcülərin daşınan portativ zenit raket qurğuları imkan vermədi. Gürcülər isə xarici əməliyyatların praktikasını vəsait kimi götürərək ilk günlərdə REM vasitələri ilə Canubi Osetiyada və Abxaziyada olan rus “sülhməramlılarının” istifadəsində olan elektron vasitələri, AK 500 tipli,mobil qurğuları nəzarətdə saxlayan və həmən qurğuların yerini və istifadəcisini təyin edərək,danışıqları izləyən qurğunun köməyi ilə rus komandanlığının bütün danışıqlarını nəzarətə götürdü.Rusiyanın iddiasına görə Tibilisi yaxınlığında yerləşdirilmiş ABŞ –ın xüsusi REM tədris mərkəzinin mütəxəssisləri də bu zaman özlərinin təcrübəsindən istifadə edərək Gürcüstanın məhz radioelektron müharibəsində bir addım rusiyadan öndə olmasına şərait yaratmışdılar. Qərb mütəxəssisləri bu tip mübarizədə hec zaman qəbul olunmuş ümumi qaydalara riayət etmirlər. Hər zaman belə mübarizənin metodlarını dəyişərək,cox zaman primitiv vasitələrlə düşməni aldatmağa müvəffəq olurlar. Məsələn.: Gürcüstan Rusiya müharibəsi zamanı,Pankis dərəsində yerləşdirilmiş Gürcüstan ordusunun Komanda Qərərgah maşınları bilavasitə efirə yalancı məlumatlar sızdırmaqla məşqul idilər. Ruslar isə bu məlumatları əldə etdiklərinə görə cox məmnun idilər. Amma əsasən Gürcüstanın hərbciləri Abxaziya və Osetiya ilə təmas xəttində xüsusi portativ qəbuledicilərdən istifadə edərək,əldə edilən məlumatları elektron vasitələrlə yox,bir biri ilə əlaqəli olan və bir biri ilə adi səhra telefonları ilə calaşdırılmış məsafə postları ilə catdırırdılar. Müasir dövrdə Rusiya hərbi REM mütəxəssislərinin ağlına belə gəlməzdi ki ,Gürcülər məlumat ötürülməsində Böyük Vətən Müharibəsi illərindəki kimi səhra telefonlarından istifadə edə bilərlər.Lakin münaqişənin sonrakı hissəsində Ruslar öz REM sistemlərinin zəifliyini anlayıb ,bölgəyə yeni radiotexniki hissələr cəlb etməklə üstünlüyü ələ ala bildilər. Bu hissələrin ərazidə yerləşməsindən əvvəl İsə Rusiya HHQ nin təyyarələri,cətinliklə də olsa,Qori və Tibilisi ətrafındakı radiolokasiya və HHM hissələrinin REM vasitələrini cətin şəraitdə təyin edə bildilər. Artıq quru qoşunlarının hərəkəti ilə,əraziyə yeridilən radotexniki hissələr,münaqişənin son fazasında Gürcüstan REM və idarəetmə sistemlərini iflic edə bildi. Bundan əlavə internet və mobil əlaqə vasitələri də iflic vəziyyətinə gətirildi.

REM –nin , bir cox silah və belə elektron vasitələr istehsal edən dövlətlərin gizlətdiyinə baxmayaraq,mütəxəssislər,başqa dövlətlərə satılan və yaxud döyüşlər zamanı qənimət kimi ələ kecən readioelektron müşayətlə idarə olunan vasitələrin daxili elektronikasında “sicanların” mövcudluğu fikri hər zaman aktual olduğunu iddia edirlər. Düzdür belə vasiyələrin dəqiq müəyyən olunduğu haqda məlumat yoxdur və silah istehsalcıları bunu “teoriya “ adlandırırlar.”Sicanlar”- silah,raket texnikası,lokator sistemləri,radioelektron qurğularının daxili komanda qəbuledici sistemində gizlədilmiş “yatmış” ciplərdir. İlk baxışda bu ciplər platada adi kondensator və mikrosxem kimi görünə bilər. Hətta onlar platadakı müəyyən vəzifələrin icrasındada iştirak edə bilər. Bu vəziyyətdə onları təyin edib,tullamaq,sistemdə qeyrisabitliyə gətirib cıxarda bilir. Lakin əsasən bu ciplərin vəzifəsi,lazımi anda xüsusi kodlaşdırılmış siqnalları qəbul edərək,həmən silahın,sursatın,raket və lokator sisteminin komandalarını dəyişmək və xaricdən göndərilən kodlaşdırılmış siqnalın əsasında olan müəyyən tapşırığa yönəltməkdir. Bu cür iddiaları bütün silah istehsalcıları rədd etsə belə,mütəxəssislər bu teoriyanın  artıq gercək olduğunun üstündə daha qətiyyətlə dayanır. Yuxarıda məsəl göstərdiyimiz Rusiya-Gürcüstan müharibəsi dövründə,Rusiya Baş Qərərgahında məhz belə anlaşılmamazlıq üzündən böyük narazıcılıqlar yarandı və bir cox mütəxəssislər cəzalandırıldı. Məsələ də onda idi ki, Gürcülərin Rus təyyarələrinə atəş acdığı BUK-M Zenit Raket Kompleksləri rusiyanın təyyarələrindən göndərilən gizli kodlaşdırılmış siqnalları qəbul etmədi.Əsasən “özünkü-özgə” siqnallarını analiz edən sistemlər Rus təyyarələrini sadə dildə desək “özünkü” saymadı. Məhz Rus aviasiyası bu komplekslərin öz təyyarələrinə qarşı “kor” oloacağına əmin idilər. Lakin onlar bir variantı nəzərdən qacırdılar ki, bu tip komplekslər Ukraynadan alınmışdı. Satışdan əvvəl Ukrayna mütəxəssisləri,bu qurğular üzərində modernizasiya və yeniləmə əməliyyatı aparmış və cox güman ki .sistem platalarında dəyişiklik  edə bilmişdilər.Mütəxəssislərin gəldiyi yekdil fikrə görə,köhnə sistem və raketlərdə belə bir qurğuları gizlətmək həddindən artıq cətin idi. Cünki personal hər texniki xidmət zamanı bütün plata və qurğuları yoxlayır və hər bir detalın vəzifəsini təqiq edirdi. Lakin müasir sistemlərdə bu cox cətindir. Bir cox sistemlərdə platalar qapalı olduğundan,onların tam acılıb detallı müayinəsi,sistemin sıradan cıxmasına gətirib cıxara bilir. Raketlərlə isə vəziyyət daha mürəkkəbdir. Müasir raketlər artıq acıq platformalarda yox,bağlı  konteynerlərdə yerləşdirildiyindən,bu konteynerlərin daxilində müayinə aparmaq qeyri mümkündür.Raketlərin  konteynerləri ancaq atəş zamanı acılır. Teoriyaya arxalansaq-bu cür konteynerlərin icində və raketlərin idarəetmə sistemlərində “sicanların” oturması daha inandırıcı görünür.

1999-cu ilin yayında ABŞ və NATO qüvvələrinin Yuqoslaviya müharibəsində  dünyanın artıq altıncı nəsil müharibələrə ayaq qoyduğunu bariz şəkildə göstərdi . Bəli tam demək olar ki ,bu tam olaraq yüksək texnoloji silah və radioelektron asitələrin savaşı oldu.Yeni konsepsiya qəbul edən NATO qüvvələri bilavasitə Serbiya respublikasının iqtisadi potensiallarına yeni növ silahlarla zərbə endirməklə,dövlətin bütün həyati vacib sahələrini iflic edərək,onu məğlubiyyətə gətirməklə “sülhə məcbur “ etdilər.Əməliyyatların gedişi zamanı NATO qüvvələri bilavasitə HAVA-KOSMİK və DƏNİZ qüvvələrinin vasitəsi ilə Yuqoslaviyanın informasiya məkanına,radioelektron müdafiə sistemlərinə,şüalanan və informasiya ötürücü obyektlərinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirdi.Bu da Yuqoslaviyanın REM sistemlərini tam olaraq sıradan cıxarmaqla nəticələndi.Hava məkanını zəbt edən NATO AVAKS  PEM təyyarələri ,əməliyyat zonasında əks tərəfin radioelektron vasitələri ücün hec bir fəaliyyət dairəsi qoymadı. Ümumiyyətlə NATO qüvvələrinin “ Müttəfiqlər gücü” adlı zərbə və sıradancıxarma əçəliyyatı belə qənaətə gətirir ki,artıq dünya yeni növ “müharibəaparma” tezisini uğurla sınaqdan cıxarmağa nail olmuşdur.

Bu əməliyyat zamanı “müttəfiqlər ordusu” tam olaraq radioelektron,televizion,meterioloji,şüalanma texnologiyaları ilə əməliyyat aparmaqla,bu cür vasitələrin müharibə teatrında ilkin testlərini də kecirməyə nail oldular. Belə ki ,əməliyyatlar zamanı zona üzərində ABŞ və müttəfiqlərin 50 hərbi peyki cəmlənmişdi. Hər gün zona üzərində 8-10 əsas peyk olurdu ki,bu peyklər hava və dəniz qüvvələri ilə sıx əlaqədə olaraq  kəşfiyyat-zərbə funksiyasını təmin edirdi. Bunlardan KN-1,LAKROSS(ABŞ), HELİOS(Fransa) və digər kəşfiyyat-zərbə peyklərini göstərmək olar.Fransanın SPOT kosmik peykləri dəqiqəbədəqiqə əməliyyat rayonunun televizion əksini cəkərək komanda mərkəzinə ötürməklə,əməliyyat rayonunda hərəkəti izləməklə yanaşı,şüalanan texnikanın və radioelektron mübarizə sistemlərinin də əksini təyin edərək onlara zərbələrin vurulması ücün dəqiq koordinasiya verməkdə idi.

Yuqoslaviya kecmiş Varşava müqaviləsi ölkəsi olduğundan,əsasən bu müqaviləyə qoşulmuş dövlətlərdə olduğu kimi 1968-1980 cı illərin buraxılışı olan aktiv və passiv radar sistemləri ilə,kecmiş Sovetlər birliyi tərəfindən təmin olunmuşdu. Bundan əlavə REM sistemləri də müasir texnoloji ilə müqayisədə cox gücsüz və cox köhnə idi. Baxmayaraq ki,Rusiya mütəxəssisləri tərəfindən mütəmadi olaraq yenilənmələr və təmir işləri aparılırdı-lakin modernləşdirilmə və yeni texnologiyanın tətbiqindən hec bir söhbət gedə bilməzdi.Hər padar qısamüddətli olaraq təhlükəli ərazini şüalandırandan dərhal sonra,bu vasitələr müttəfiqlər tərəfindən dəqiq təyin olunaraq ,onları qanadlı raketlərlə məhf edirdilər. Radiopozucu vasitələr də işə başladığı andan AVAKS sistemləri tərəfindən tam olaraq,asan  ov predmetinə cevrilirdilər .Bunun nəticəsində müttəfiqlər tərəfindən 2-3 gün ərzində Yuqoslaviyanın yəni bilavasitə Serbiyanın 70% REM və HHM vasitələri sıradan cıxarıldı. Bundan əlavə bir cox elektrostansiyalar qrafit bombalanmasıp nəticəsində qısa qapanmalara dücar olub tam olaraq sıradan cıxarıldı.(qeyd: Qrafit bombalar ,qrafit saplarından ibarət olaraq,belə bombanın partlayışı zamanı,elektrik stansiyalarında yüksək gərginli naqilləri bir biri ilə birləşdirməklə qapanmalar əmələ gətirib,stansiyanı tam olaraq sıradan cıxara bilir. ABŞ əməliyyatlarda BLU -114 tipli bombalardan istifadə etdi)Əməliyyatın gedişində NATO qüvvələri,yer əməliyyatlarına qoşulmadan PEM vasitəsi ilə Yuqoslaviyanın dövlət və hərbi strukturlarına həmlələr etməklə,şifrələnmiş elektromaqnit şüalanan və informasiya ötürən vasitələri  ,radiolakator,zenit raket kompleksləri,radioəlaqə mərkəzləri,mobil əlaqə mərkəzləri, retranslyatorlar ,,teleötürücü va yayımlama texnikası ,kompyuter mərkəzləri tam yararsız hala gətrildi.Bu əməliyyatlarda bilavasitə SC-130H,EA-10B tipli təyyarələr və taktiki zərbə qırıcıları yaxından iştirak etdilər.Bundan əlavə JDAM tipli yüksək dəqiqlikli aviasiya bombaları da B-2A bombardmancı təyyarələri ilə 5000 metrlik yüksəklikdən adıcəkilən obyektlərə dağıdıcı zərbələr vurdu.Ekspertlərin fikrinə görə ABŞ və müttəfiqlərin Yuqoslaviya savaşinda iştirakı,bilavasitə yuxarıda göstərilən müddəaları bir daha müharibə teatrında sınaqdan kecirmək və onun catışmayan tərəflərini yenidən analiz edib təkmilləşdirmək idi. Bu da öz bəhrəsini “Səhrada tufan” əməıliyyatlarında verdi.

REM dedikdə,əsasən bu mübarizə metodunun havadan müdafiə elementində,mütləq bu element haqqında kicik də olsa bilgiyə malik olmaq lazımdır. Bilgi də cox sadədir. ABŞ –ın İraqda “səhrada tufan” əməliyyatları zamanı,İraq HHQ və HMQ –nın niyə məhz Amerika təyyarələrinə zəif müqavimət göstərməsi haqqında coxlu əfsanələr və nağıllar dolaşır. Cox az mütəxəssislər bu əfsanələrin dəqiqliyinə varırlar. Həqiqət isə cox sadədir. HMQ –nın ərazidə yerləşən səyyar divizionlarının Zenit Raket vasitələrinin istifadəsində olan təyinetmə-analizləşdirmə -tuşlama radarları əsasən cox zəifdir. Bu vasitələr cox kicik bir ərazini 20-30 dəqiqə ərzində təqiq edib analizləşdirə bilər. Bu zaman ərzində isə onları tam olaraq məhf edilə  bilirlər. Bunun ücün ərazidən daha kənarda radiotexniki və REM hissələri fəaliyyət göstərir. Bu hissələr böyük ərazini skan edərək kicik vaxt ərzində ola bilən hücumun səmtini,ucuş texnikasının traektoriyasını,tipini və atəş koordinatlarını həmən HHM hissələrinin Zenit Raket divizionlarına ötürürlər. Əyər bu hissələr istifadədən cıxmışdırsa-artıq Zenit Raket divizionları”kordurlar” və hec bir effektiv mübarizədən söhbət belə gedə bilməz. ABŞ REM təyyarələri də əsasən vaxtaşırı ərazi üzərində uzaq məsafədən ucaraq bu tip radioteniki HH-lərin dəqiq yerini müəyyən edərək,ümumi komandanlığa ötürmüşdülər. Hücumun ilk anlarında məhz belə hissələr tam olaraq məhf edilmiş və ölkənin Hava müdafiəsində ən böyük rol oynayan radiotexniki hissələrin HHM qoşunları ilə əlaqəsi kəsilmişdi. Bundan sonra “kor “ olan Zenit Raket divizionlarını artıq məhf etmək elə də bir cətinlik yaratmırdı. Bunu anlayan İraq HHM qoşunlarının komanda heyəti,münaqişənin ilk günlərində ancaq Zenit topları və Zenit pulemyotları ilə nəzərəcarpmayacaq dərəcədə müqavimət göstərməyə cəhd etsələr də,bu hərəkətlər hündürlükdə ucan və atəş məsafəsinə yaxınlaşmayan ABŞ aviasiyası tərəfindən dəqiqliklə vuruldu. Bu taktik gediş ABŞ HHQ və ABŞ REM hissələri tərəfindən illərlə işlənərək tədris olunmuşdur. Bu hissələr əsasən məhz bu problemlərin icrası ücün yaradılmışdır. Əsasən NATO qoşunlarını  tərkibində REM əsas spektor və əsas tərəflərdən birini tutur. Müasir müharibələr daha dəqiq texnologiya,daha dəqiq kəşfiyyat,daha dəqiq radioelektron mübarizə metodlarına dayaqlanır. Bu metodlar adi silahlarla müqayisədə daha cox maliyyə vəsaiti tələb etməsinə baxmayaraq,bu metodlara daha cox yer verilir. Əyər hesablasaq ki bu metodlarda radioelektronika kənara atılsa,insan faktorundan istifadə olunsa,hər əməliyyat zamanı kəşfiyyat döyüşlərində nə qədər əsgər məhf ola bilər,bu zaman belə maliyyələr anlaşılandır.Mütəxəssislərin fikrinə görə bu cür əməliyyatlara hazırlıq ücün NATO komandalığı REM hava vasitələrinin ucuşunun ucuş vaxtının coxaldılması,taktikanın təkmilləşdirilməsi,pilot və yer radiotexniki personalın daha da cevik hərəkətləri ücün yeni proqramların tətbiqini davamsız olaraq yerinə yetirir. Bunu Rusiya ücün demək olmaz. Əsasən Sovetlərdən qalma radiotexniki vasitələrin modernizasiyası ilə məşqul olan,maliyyə catışmamazlığından yeni texniki parametrlərlə ayaqlaşa bilməyən Rusiya ordusunun bu tip qoşun növləri,bu gün NATO qoşunlarının qarşısında məhz bu spektrda geriləməkdədir.Belə ki NATO qoşunlarının mobil PEM vasitələri,hər zaman kəsiyində,az vaxtda dünyanın bir cox hissəsində yerdəyişmə,maskalanma,mobil qurğuların yerləşdirilməsini cətinlik olmadan ,hava,yer,dəniz vasitələri ilə yerinə yetirə bilirsə,bunu Rusiya ordusu haqda demək olmaz. Əsasən böyük şəhər və nüvə obyektlərinin qorunması ücün istifadə edilən Rusiya REM vasitələri,mobilliyi ilə secilmir. Vasitələrin daşınmasında ,qurulmasında,maskalanmasında bir sıra cətinliklər mövcuddur.

Bu gün REM vasitələri təkcə hücum yox,həm də müdafiə və ümumi komandanlıq səviyyəsində özün hərb teatrında göstərməkdədir. Artıq vasitələr Raket Hücumundan Müdafiə(RHM) sahəsindədə təkmilləşmişlər. Hərbi sahələrin inkişafı və artıq kosmosun hərbi güc nümayişinə addımladığı bir zamanda REM bu sahədən uzaqda qala bilməzdi. Belə sahələrdən biri ABŞ ın Aegis (İcis- yunan dilində Zevsin qalxanı) sistemidir ki,bu sistem Tikeneroqa kreyserlərində və Arli Breyk esmineslərində quraşdırılmışdır.Bu sistem özündə cox mürəkkəb olan döyüş informasiya-idarəetmə funksiaysını birləşdirmişdir ki,bu funksiya da şəbəkə sensorları və kompyuterlər alyansını özündə birləşdirir. Belə sistemlər daxilində təxminən 40 gəmi500 -600 km radiusunda  bir yerə toplaşdıqda toplum olaraq bir mərkəzdən idarə olunan və hər birinə ünvanlı döyüş tapşırığı verilən zenit raket divizionuna cevrilir.Artıq bu sistemin quru qoşunları ücün olan variantı da işlənib hazırlanmışdır. Sistem bundan əlavə REM və HHM təyyarələrinin ucuşlarını idarəetməklə yanaşı ,dəniz və yer səthindən buraxılmış və 1500 km yüksəklikdə ballistik raketləri və peykləri vura bilən raketləri də idarə edir.Rusiyanın Skad,İsgəndər, S-400,500 ,Gəmiəleyhinə raketlərini və PUA –ları bu sistem ücün sadəcə oyuncaq misalındadır.Bu tapşşrıqları yerinə yetirmək ücün daha ucuz raketlərdən istifadə olunur.Əsəsən kosmik obyektlərin məhfi ücündə SM-3M raketlərindən istifadə olunur ki,bu raketlər cox baha qiymətə istehsal olunur. Hər tərəfdə yerləşdirilmiş və İcisin bir sorğusu ilə,kompyuterlərin komandasına rəğmən bütün REM kompleksləri,hətta üfüqün görünməyən hissəsindədə olan ucan obyektlərin dəqiq trayektoriyası vahid komanda mərkəızinə ötürülərək,saniyələr ərzində dəqiq təhlil edilir və maneənin məhfi ücün vasitələrə komanda ,tam dəqiq atəş hesablaması ilə verilir. Əyər atəş vacib deyilsə,İcis-dən gələn komandaya rəğmən REM sistemləri ,həmən ucan obyekti kor edə bilir və ucuşda olan həmən obyekt,artıq ona verilmiş komandanı”yaddan cıxarır”.Bu gün artıq cox dəqiq məlumdur ki NATO dünya savaş teatrında REM sahəsində liderliyi ələ ala bilmişdir. Mütəxəssislərin fikrinə görə,yaxın onillikdə də bu liderliyi saxlamağı bacaracaqdır.Texnologiyanın inkişafı illər kecdikcə fantastik sürətdə irəllədikcə,artıq insanları təəccübləndirmək mümkün deyil.Belə ki, Boeing Phantom works şirkəti,axırıncı 4-5 ildə Pentaqonun sifarişi ilə CHAMP və The Counter-Electronics High Power Microwave Advanced Missile Project layihəsi üzərində calışmaqdadaır.Bu “Müasir,yüksək enerjili mikrodalğalı meqaraket” anlayışıdır.Artıq testləri və yoxlamaları kecmiş bu raket,istehsalcının məlumatına görə,müdafiə və hücuma hazırdır.Birinci dəfə sınaqlar Yuta ştatının radioelektron poliqonunda aparıldı. Raket buraxılandan sonra onun elektron şüası kompyuterləri,idarəetmə qurğularını,rabitə sistemlərini və hətta sınağı cəkən 2 kameranın elektronikasını tam yandırıb sıradan cıxardı.İnsanların səhhətində isə hec bir dəyişiklik hiss olunmadı.Boinqin təmsilcisi Keyt Koulman : Biz elmi fantastikanı ,elmi fakta cevirdik –deyərək sevincini gizlətmədi.İstehsalcının və sifarişcinin gizlətməsinə baxmayaraq mütəxəssislər bu cür raket-bombaların əsasən müasir supertəyinatlı radarlar ücün yaradıldığını bildirir. Belə radarlardan hal hazırda Cin və Rusiya  və bir sıra ölkələr iistifadə edir.Aktiv radarlardan fərqli olaraq,passiv radarlar özlərini böyük məsafələrdə düşmənin müşahidə və təyinetmə cihazlarına “göstərmirlər”.Bilavasitə belə sistemlər amerikanın STEALTH qırıcılarını və hətta cox bahalı F-35 təyyarələrini təyin edə bilir.Amma SHAMP –ın mikrodalğalı atəşi belə sistemlərin elektronik icliklərini tamamilə məhf edib,sıradan cıxara bilir və xidmət personalına hec bir ciddi zərər vurmur.Düzdür bu hələ tam radioelektronik bomba deyidir,lakin artıq ona cox yaxındır.Bu tip bombalar düşmənitam məhf etməyə qadırdır və bununla yanaşı onun canlı qüvvəsinə hec bir zərər vermir. Hamıya məlumdur ki,bütün müasir texnikalar,raket sistemləri,artilleriya və tankların tuşlayıcı mexanizmləri,əlaqə və idarəetmə ,müşahidə ,müşayət və s sistemlərin əsasını çiplər və mikrosxemlər təşkil edir.Məsələn adicə İranın bütün elektronikasını yandırmaq bəs edər ki bu dövlət 20 ci illərin səviyyəsinə ensin. Bundan böyük də məğlubiyyət hec bir dövlət ücün ola bilməz.Belə bir cəhdi Rusiya ,Cin. Koreya kimi ölkələr də etmişlər. Lakin hələlik belə bombanı yaratmaq onlarda alınmır.Bilavasitə belə bombaların iş prinsipini əldə etmək ücün yuxarıda göstərilən ölkələrin sənaye cəsusluğu həmlələri də hələlik öz  bəhrəsini vermir.Son yoxlamalar göstərdi ki,SHAMP hətta Rusiyanın yeni model tanklarında tətbiq etməyə başladığı  rank əleyhinə müdafiə sisteminin ərazini skan edən şüalanma qurğularını da sıradan cıxarmağa qadirdir. Buradan belə məlum olur ki,SHAMP təkcə radioelektron,kompyuter,radar sistemlərini deyil,hətta texnikanın aktiv qorunma siatemlərini də “kor “ edib,texnikanı atılan hər bir sursat qarşısında təhlükədə qoya bilir.

1992-ci ildə yaradılmış Ermənistanın HHM Qoşunları Sovet ittifaqından qalan sistemlər ilə silahlanıb. Bundan əlavə Ermənistan ərazisində Rusiya Federasiyasının 102-ci hərbi bazasına aid HHM sistemləri və 426 aviasiya qrupu (“Erebuni” aerodromu), mövcuddur. Hazırda Ermənistan HHM Qoşunları iki zenit raket briqadası, bir zenit alayı, bir zenit raket artilleriya alayı, bir radiotexniki alay, bir əlahiddə radiotexniki tabordan və bir əlahiddə “S” REM taborundan təşkil olunub. Ermənistan Silahlı Qüvvələrinin HHM qruplaşması aşağıdakı kimi bazalaşdırılıb: - 96 saylı zenit-raket briqadası – komanda mərkəzi Çobanqara y.m; - 531 saylı zenit-raket alayı – komanda mərkəzi Martuni y.m; -99 saylı zenit-raket alayı – komanda mərkəzi zra-KM- Qafan y.m; -84 saylı radiotexniki alay – komanda məntəqəsi Çobanqara y.m; - 26 saylı əlahiddə “S” təyinatlı radioelektron mübarizə taboru –komanda məntəqəsi Aştarak y.m Bu qruplaşmanın idarə edilməsi HHM Qoşunlarının mərkəzi komanda məntəqəsindən (KM) (Çobanqara y.m) həyata keçirilir. Bu MKM - si eyni zamanda ümumi MDB HHM sisteminə bağlı 228 BKM-nə daxildir. Ermənistan HHM Qoşunları və HHQ Rusiyanın hərbi aviasiya bazası ilə birlikdə fəaliyyət göstərir, onların təmir və texniki xidmət imkanlarından istifadə edir, mütəxəssis dəstəyi və birgə təlim keçmə imkanlarına malikdirlər. MDB dövlətlərinin vahid HHM sistemində olması Ermənistan tərəfinə öz ərazisinin hava hücumundan müdafiəsinin təmin edilməsində üstünlüklər verir. Rusiyanın Ermənistandakı HHM qüvvələri ilə birgə fəaliyyət göstərərək avtomatlaşdırılmış idarə etmə sistemindən istifadə, hava şəraiti haqqında informasiya mübadiləsi, hədəflərə qarşı birgə fəaliyyətlə birlikdə HHM silahlarından təlim döyüş atışları keçirmək kimi imkanlar əldə edilir.

Bundan başqa, Ermənistan Ordusunun silahlanmasında ZSU-23-4 “Şilka”, ZU-23-2 və AZP S-60 zenit artilleriyası, “İqla” və “Strela-2” daşınan zenit-raket kompleksləri yer alır. Ermənistanın İrəvanda yerləşən 23-cü və Gümrüdə yerləşən 25-ci əlahiddə “N” təyinatlı radioelektron mübarizə taborlarının silahlanmasında isə “Mandat” kompleksi, R-330 “Ukol”, R-330K R-378B, R-934 “Udar”, R-325U ,SPR-2, Aştarakda yerləşən 26-cı əlahiddə “S” təyinatlı radioelektron mübarizə taborunun silahlanmasında isə SPN-30, SPB-7, SPO-8, POST-3M və digər radioelektron mübarizə vasitələri mövcuddur. Ermənistanda 2013-cü ildə keçirilən aviasiya şousu zamanı 2012-2013-cü illərdə Rusiyadan adı açıqlanmayan bir neçə yeni REM sisteminin alındığı qeyd olunub. Rəsmi İrəvan 2013-cü ilin əvvəllərində HHM sistemində əsaslı modernləşmə proqramına başlandığını elan edib. İlkin məlumatlara görə, proqramın hazırda davam edən mərhələsində rusiyalı mütəxəssislərin köməyi ilə S-300PS və S-300PT sistemlərinin modernləşdirilməsi işləri həyata keçirilir. Ermənilər 2015-ci ilədək S-125 “Neva” sistemlərinin və radiolokasiya sistemlərinin müasirləşdirilməsini başa çatdırmaq niyyətindədirlər. Ermənistanın müəssisələrindən birində Rusiya və Belarus mütəxəssislərinin iştirakı ilə 2010-cu ildə “Osa-AKM” ZRK-nin qismən müasirləşdirilməsi həyata keçirilib. Hazırda işğal olunmuş Azərbaycan ərazilərinə yerləşdirilmiş bu sistemdə rəqəmli idarəetmə komponentləri qurulub. Mətbuatda yer alan məlumatlara görə, modernləşmə nəticəsində bu sistemlərin maneələrə davamlılığı və etibarlılığı yüksəldilib. Sistemə radioelektron mübarizə vasitələrinin tətbiqi şəraitində belə işləməsi üçün optik-televiziya kompleksi əlavə olunub.

Yaxın qonşumuz olan İran İslam Respublikası da özünün və xarici istehsalcıdan aldığı PEM sistemlərinə malikdir.Belə ki yaxın tarixdə İran ordusunun əlinə ABŞ ın son dərəcə məxfu PUA –sı  Lockhed Martin RQ-170 Sentinel(Keşikci) düşdü. Bunu İranlılar”endirmişik”,Abş isə “aparat idarəetmə mərkəzi ilə əlaqəni itirib” dedi. Lakin ABŞ komandanlığı bu aparatın İran üzərində yox məhz Əfqanıstan ərazisində itirildiyini deyir.Bu cür yanaşma anlaşılandır. Cünki aparat o qədər məxfiləşdirilmişdi ki ,2009 cu ilədək ABŞ “Qəndahar vəhşisinin”(aparat birinci dəfə Qəndahar əyalətində görünəndən sonra bu adı almışdı) silahlanmada olması barədə bütün iddiaları təzkib edirdi.Məlumdur ki PUA Əfqanıstan ərazisində Usama Ben Ladenin gizləndiyi iddia olunan Abbotabad  üzərində müşahidələr aparıb və onun Pakistanda 2011 ci ildə zərərsizləşdirilməsində iştirak edib.ABŞ-ın NBS-si məlumat verir ki,aparat İran üzərində MKİ nın İran nüvə obyektlərinin nəzarətdə saxlanması missiyasını həyata kecirib. İran mətbuatının iddiasına görə RQ-170 ən son müşahidə sistemləri,foto-video cəkmə , yüksək dəqiqlikli görünüş informasiyasının online rejimdə göndərilmə ,radisasiya fonunun ölcülmə və havaşın nümunəsini götürmə texnologiyasına malikdir.İran bu PUA dan istifadə edəcəyini acıqlasa da ,mütəxəssislər bunun real olmadığını iddia edirlər. Cünki belə  apartlar ,idarəetmə mərkəzi ilə əlaqəni itirdikdə,daxilində olan məxfi qurğuları məhf edə bilmək funksiyası ilə təmin edilib. İranın bu aparatı “oturtmasına” rəqmən bir sıra ekspertlər artıq dünyada belə texnologiyanın olmasını inkar etmirlər. Bi bilavasiyə,aöaratın idarəetmə mərkəzindən aldığı siqnalları mənimsəmə,radiomaqnit sahəsi yaratmaqla aparatı tabecilikdən cıxatrma və sadəcə yer və hava hərbi vasitələri ilə aparata dağıdıcı zərbə vurmadan onu yerə endirmək kimi üsullardır.Flightglobal informasiya mərkəzinin iddialarına görə isə aparat,İranın Rusiyadan aldığı 1L222 “Avtobaza” tipli radiokəşfiyyat qurğusu ilə endirilmişdir.Lakin texniki ekspertlərin rəyinə görə “Avtobaza” PUA ları endirmək qüdrətinə malik deyildir.Cünki qurğu bilavasitə təyyarələrin passiv impulslu kəşfiyyat RLS ni əngəlləmək,”Hava-Yer “tipli idarəolunan raketlərin idarəsini caşdırmaq və azimut,dərəcə və yer kordinatlarının verilməsi ücün nəzərdə tutulmuşdur.

Yaxın günlərdə İranın aparıcı radioelektron avadanlıqlar istehsal edən mülki müəssisəsi olan Shiraz Electronics İndustry şirkəti,müdafiə sənayesinin sifarişi iləı bir necə PEM sistemini ölkənin silahlı qüvvələrinə təqdim edib. Şirkətin iddiasına görə 500km ərazidə radioelektron kəşfiyyat və mübarizə apara biləcək 16 sistem ordu qüvvələrinə artıq təhfil verilib. “Ghamar 3 D” sistemi birbaşa olaraq ərazidə olan 100 hədəfi birlikdə müşahidə edərək (təyyarə,PUA,dəniz obyektləri) məlumatları komanda mərkəzinə ötürə bilir. Bundan əlavə adının acıqlanmasını lazım bilinməyən sistemlər də var ki,bu sistemlər bilavasitə əks tərəfin idarə olunan hədəf və informasiya avadanlıqlarına aktiv və passiv rejimdə həmlə edə bilir. Buna baxmayaraq İran REM sənayesi ,İran KİV lərinin peklamlarına baxmayaraq hələ ki yüksək texnologiya və informasiya müharibəsində irəli getməmişdir.Tehran belə vasitələri Rusiyadan almaqda davamlıdır.Belə ki yaxın kecmişdə İranın Rusiyadan almaq istədiyi S-300 PMU-1 (NATO anlamında SA-20Gargoyle) tipli paket sistemi bilavasitə ABŞ –ın İran üzərində bütün uşuş texnologiyasını ,hətta “Stels” tipli təyyarələrini əngəlləyə bilərdi. Lakin son anda ABŞ hökuməti Rusiya qarşısında kəskin tələblər qoymaqla bu anlaşmanı poza bildi.Mütəxəssislərin fikrinə görə İran hələ də davamlı olaraq özünün REM sistemlərinin modernləşdirilməsinə və onları yeni texnoloji qurğulara qarşı qoya biləcək duruma catmamışdır. Əldə olan sistemlər isə köhnə Rusiya istehsallı vasitələrdir ki,onların da aktivliyi hal hazırkı dövr ücün sıfıra bərabərdir.

 

Son günlər Azərbaycanın apardığı uğurlu hücum və düşmənin vasiyələrini məhfetmə əməliyyatlarındada,ordumuzun arsenalında olan REM vasitələri ,özlərinin praktiki döyüş hərəkətləri ilə,düşmənin bir cox REM həmlələrini dəf edə bildi və əks olara Erməni qoşunlarının komanda qərərgah mərkəzlərini,rabitə və idarəetmə strukturlarını,qoşunların radio idarəolunma qurğularını məhf etdi. Məxfiliyə sadiq qalara bu vasitələr haqqında geniş bilgi verməkdən qacsaq belə,ən adi insana da məlumdur ki ordumuzun məhz bu növü kicik zaman kəsiyində öz üzərinə düşən tapşırıqları layiqincə,dəqiq və yüksək professionallıqla yerinə yetirdi. Bu əməliyyatlar göstərdi ki ,hər zaman düşmən tərəfinin iddia etdiyi”qorxaq Azərbaycan ordusu” bu gün Qafqazda ən müasir ordu olmaqla yanaşı,ən keyfiyyətli REM potensialına malikdir. Zaman kecdikcə hələ biz ordumuzun bütün növləri ilə yanaşı,REM vasitələrinin da savaşda düşmənə daha şiddətli zərbələr vuracağının şahidi olacağıq.

bottom of page