top of page

Müxtəlif şəraitlərdə sağ qalmaq ücün 5 məsləhət:

Meşədə.
Ərzaq olmaıqda bütün ilanlar yeməlidir( su ilanından başqa) ,bütün kərtənkələlər,qurbağalar yeməlidir. (Qurbağaların dal ayaqları və budları əsasən)
Cayda
Əyər cayı üzüb kecmək lazımdırsa,o zaman üstünüzə baxın ki yaş olan geyim və ləvazimat üzməyə mane olmasın.Düymələrinizi acın,ciblərinizi tərsinə cevirin,qayışınızı boşaldın,cəkmələrinizi cıxarıb,qayışınıza taxın.
Səhralıqda
Hec zaman soyunmayın,paltar tərin buxarlanmasının qarşısını alır və bədəniniz susayıb qurumur. Hərəkətə calışın gecə başlatın,gündüz isə əldə olan vasitələrdən kölgəlik qurub yatın.
Şaxtada
Əyər şaxtada isinməyən yerdə oturmusansa(məsələn xarab olmuş maşın) yadda saxla ki ,ayaqlar bədəndən tez donmağa başlayır. Bu zaman ayaqqabılarını cıxar, ayaqlarına isti əlcək geyin və onları qalın yun geyimə bük. Tez tez ayaqlarını tərpət ki qan hərəkətdə olsun.Donan əllərini qoltuqlarında isit. Hər 15 dəqiqədən bir dur ,otur və bu hərəkəti 5-10 dəfə elə. Üzünü əllərinlə bərk sil ki qan dövran eləsin. Dodaqlarının catlamaması ücün,qulağında olan seradan istifadə elə. Onu dodağına vazelin kimi sürt.
Qar ucqunu.
Əyər sən qar ucqunun altında qalmısansa və şüurun itməyibsə,qar tozunun ciyərlərinə daxil olmaması ücün ağzını şarfla və yaxud əldə olan parca ilə bağla.Hərəkət elə. Bu səni həm üstündə olan qar kütləsindən qoruyar ,həm də üzünün və başqa acıq yerlərinin istisindən əriyən qarın buzlaşmasından saxlayar.
Göllərdə.
Sahildə cala qaz və ora göldən kicik arx cək. Balıqlar hər zaman məcara axtararaq arx kimi yerlərə soxulmağa calışır. Bu zaman calaya düşən balığı tutmaq asandır. Lakin bunu edəndə arxı bağla ki,balıq geri üzməsin. Su üzərindən balığı görürsənsə onu uzun ağac budağı ilə vur. Zərbə ona dəyməsədə ,ağacın yaratdığı zərbə dalğasından qısa müddətə syun üzünə cıxacaq. Göllərdə olan xərcəng və krevetkalar da yeməlidir və coxlu kalori mənbəyidir.
Abuzər Əbilov (Legion)

Diqqətli ol-düşmən yaxındadır

(Döyüş zonasında olma zamanı bilgilər)

DÖYÜŞ ZONASI-bu iki əks silahlı qüvvələrin kicik,orta və böyük ərazidə üzsurət döyüş apardığı əraziyə deyilir. Bu ərazi relyef baxımından me.ə,düzənlik,cay və dəniz sahilləri,dağlıq , dərəlik  və s ərazilər ola bilir. Bu zaman ərazidə gedən döyüşün aktiv və passiv  vəziyyətləri ola bilir. Bular da HÜCUM VƏ MÜDAFİƏ anlayışına görə fərqlənir.

Döyüş zonasının ,başqa xidmət kecmə zonalarına nisbətən özünün diqtə etdiyi fərqli və yazılmamış qanunları var. Bu qanunlara riayət hər bir hərbcinin borcudur. Şəhər şəraitində bu kimi vasitələr daha cətin durumda olur. Cünki şəhər mühitində görünüş,müşahidə,yayınma.acıq ərazilərə nisbətən daha asandır. Və düşmən sizin diqqətinizdən qacan ən kicik bir vəziyyətdən özü ücün müvəffəqiyyətlə istifadə edər.

-Yoxlanmış yollarla gedin. Yoldan cıxıb yaşıllığa girməyin. Yaşıllıq minaların,minə məftillərinin ən gözəl maskalanma yeridir. Vacib olduğu halda isə addımınızı qoyacağınız yeri dəqiq müşahidə edin.Ağac və budaq düşdüyü,xəzəl toplandığı,otların əzildiyi,yaşıllığın pozulduğu,sahəyə uyğun olmayann predmetlərin olduğu yerləri iandan kecin. Ağılsız risk sizin son riskiniz olar.

-Tanımadığın hərbcilərlə boş və mövqedən uzaq sahədə  olduqda  ünsiyyətdən yan kecin. Silahınızı hazır saxlayın. Geyim formasına aludə olmayın. Onların cağırışına məsafədən cavab verin. Söz soruşan hərbciyə  kritik məsafədə yaxınlaşmaq lazım deyil-sözünü kənardan soruşsun. Bizim formanı geyinmiş düşmən kəşfiyyatcısı ola bilər.Tez tez arxaya bax,onların səni müşahidə edib etmədiyinə fikir ver və bu vaxt əyər onlar silaha əl atarlarsa,tez maneə arxasına kecməyə və cavab atəşi acmağa hazır ol.

-Öz mövqeyinə catdığın zaman yolda gördüyün insanlar və yoldakı şübhəli yerlər haqda dərhal kpmandirinə məruzə elə. Müşahidə etdiyin hec bir xırda detalı da gizlətmə. Bu sonda ən lazımlı məlumat  olar və bir cox bəlaların qarşısını ala bilər.

- Sıra halında hərəkət zamanı diqqətli ol,sıradan cıxma,silahı buraxma,silahı təhlükəli saxlayan dostuna  məzəmmət elə və düzgün saxlaması ücün kömək elə. Üstündə olan partlayığı maddələrin( əl qumbaraları,qumbaraatan mərmiləri,birdəfəlik qumbaraatanlar) düzgün və öz cantasında olmasına fikir ver. Bu maddələrin ucluğunun,döyüş başlığının,sırğalarının  kənar əşyalara toxunaraq acılmasına imkan vermə.Partlayıcı maddələr zarafat və düzgün olmayan hərəkətləri sevmir. Özünü və döyüş yoldaşlarını fikirləş .Sən savaş ücün gəlmisən,savaşsız ölmək və öldürmək ücün yox.

-Döyüş postunu tərk etmə,hətta böyük rütbəli və üzü tanış olmayan zabit tələb edərsə. Ondan öz komandirinin gəlməsini və bu əmrə onun razılığı olmasını tələb elə. Silahını atəşə hazır saxla. Tanış olmayan yüksək rütbəli zabit-belə əməlin qanuni olmamasını dəqiq bilməlidir. Əyər bunu bilmirsə,o artıq zabit yox,cinayətkardır. Onu postdan nizamnamənin tələblərinə uyğun uzaqlaşdır. Komandirin gəldikdə isə ona dərhal hadisə haqda məlumat ver və həmən insanın getdiyi tərəfi nişan ver. Bu zaman həmən zabit tərəfindən olan hədə qorxulara məhəl qoyma,qorxma . Sən qanunda haqlısan.

-Acıq ərazilərdə ,dağlarda  xidmət apararkən diqqətli ol. Səhhətinə fikir ver. Naməlum və gözəl görünüşlü ,tanımadığın meyvələrdən yemə. Görünüşü yaxşı olsa belə,zəhərli ola bilir. Şaxta zamanı zəif yerlərini qoru. Dodaqlarını catlamağa qoyma. Bu işdə adi vazelin yaxçı vasitədir. Yoxdursa,qulaqda yığılan sera da vasitədir. Acıdır və qəbul edilən deyil. Lakin səhhətiniz ücün hər vasitə yetərlidir. Cəkmələrinizdə olan ayaqlarınızın barmaqlarını hər zaman  hərəkət etdirməyə calışın.Bir yerdə durmayın. Sidik kisənizi tam boşaltmayın-o da bir istilik mənbəyidir.Şaxtada su icməyin. Dəyişilmənizi gözləyin. Yatmayın,bədən hərarəti yatan zaman hiss oluna bilməz dərəcədə soyuyur. Silahı buraxma,qara atma,əldən qoyma .

-Ərazini tam tanımırsansa ,tək halda yola cıxma. Əsasən də dumanlı havada  getməkdən cəkin. İnsan dumanda səmtləşməni tez itirir. Bu zaman azma təhlükəsi böyükdür. Sıra halında gedəndə isə qarşıdakını ititmə və gözdən qoyma. Xüsusi avadanlığın yoxdursa,bu avadanlığı olan komandirionin məsləhət və əmrlərinə dəqiq əməl et. Burnunla nəfəs al,ağzını acma,siqaret cəkmə,tüpürmə. Diş və ciyərlərinə dolan nəmişlik fəsad yarada bilər.

-Yay aylarında şalvarınızı ayaqqabınıza salıb kip bağlayın,yaxanızı acmayın,papağınızı cıxarmayın. Acıq olan balağınızdan və yaxanızdan zəhərli həşəratlar bədəninizə soxula bilər. Papaqınızı cıxarsanız gün vurmasından huşunbuzu itirə bilərsiniz. Coxlu maye qəbul edin-lakin mayeni inandığınız mənbədən icin. Naməlum quyulardan,gölməcələrdən cəkinin. Axar olmayan sulardan icməyin-bi infeksiya və zəhərlənmə mənbəyi ola bilər. Şəxsi səhra tibb qutunuzda olan dərmanların vəzifəsini dəqiq bilin. İlanlardan yatarkən  sarmsaq,yun,yarpızla qorunmaq olar. Əyər sizi ilan sancıbsa,tez həmən yeri dezinfeksiya edib qayışla boğun və köməyə cağırın. Ətrafınızda fırlanan ilanları daş və ağacla qovun. Atəş acmayın. Parakəndə atəş təhlükəlidir.

-Mövqe qurarkən təbii maskalanmadan istifadə edin. Kollar,bitgilər,ağac budaqları yaxşı vasitələrdir. Lakin bunlardan ağılla istifadə edin. Lazımsız topalar qurmayın. Hərəkət edən topa-düşmənin snayperi ücün  tapıntıdır. Maskalanma zamanı landşaftı nəzərdən qacırmayın.Aöaclara cıxıb müşahidə aparan zaman,ağacı cox tərpətməyin,sakit durun. Küləksiz havada ağacın əsməsi  maskalanmanın pozulmasıdır.

-Dağ və daşlıq ərazidə mövqe qurarkən,ətrafı müşahidə edin. Atəş zamanı dağdan və təpələrdən qopan daşlar üstünüzə düşə bilər. Maneləri düzgün secin. Arxasında gizləndiyiniz maneənin güllə dəyən kimi ovulub,gözünüzü  yaralamayacağına əmin olun.  Oyuqlara fikir verin. Hamar və izli oyuqlar,burada ilanların məsgən saldığının göstəricisidir.

- Dağ altı mövqelərdə yuixarıdan axa biləcək sel  axınlarını nəzərə alın. Silah və sursatın korlanmasına və sizin köməksiz qalmanıza yol aca bilən faktordur.

-Hərbi hiylələrdən istifadə edin. Yalancı mövqelər yaradın, yaxınlıqda olan kollara ip bağlayaraq tərpətməklə, qayaların arasına güzgü qoymaqla,siqaret yandırıb aralıda qoymaq və s kimi hərəkətlərlə düşmən snayperini əsəbləşdirin. O əsəbdən dalbadal atacaq və öz yerini sizə nişan verəcək.

-Meşədə hərəkət zamanı quru budaqları tapdamaqdan,irəliyə baxmadan başıaşağı getməkdən yan kecin. Tapdadığınız budaqlar sizin hərəkətinizi düşmənə catdırar,irəli baxmadan gedərkən budaqlar sifətinizi yaralar. Tez tez nəfəs almağa calışın. Meşələrdə oksigen cox olduğudan bu sizin yorğunluğunuza kömək edər. Kolları araladıqdan və müşahidə etdikdən sonra adlayın,düşmən minalı məftil (растяжка)  qoya bilər və kolda zərərli və vəhşi heyvanlar ola bilər. Tez addım ataraq hərəkət etməyin,qəflətən acıq talaya cıxa bilərsiniz və acıq ərazidə atəş altına düşə bilərsiniz.

Abuzər Əbilov (silah və artilleriya üzrə mütəxəssis)

Döyüş zonasında olma zamanı bilgilər.

Abuzər Əbilov

Ekstremal və döyüş şəraitində zəruri bilgilər-1

-Əyər dəstədə qida zəhərlənməsi baş veribsə,bu zaman aktivləşdirilmiş kömürdən bir udumda 3-5 ədəd udmaq lazımdır. (Aktivləşdirilmiş kömürü hər zaman əşya cantanızda sellofanda saxlayın)
-Əyər dəstədə dezinteriya və yaxud yeməkdən sonra təmizlənməmiş su icildiyindən,qarın ağrısı və təbii ektiyacın duru halı baş veribsə(rusca понос),bu zaman dəvə tikanını,,nar qabıqlarını,cobanyastığı gülünün ləcəklərini,palıd ağacı qabığını, yarpızı qaynadaraq dəmə qoyub icin-kəsəcək.
-Əyər qarlı və nəmişlik zamanı ayaqqabınız su buraxırsa,quru corab geyəndən sonra ayağınıza sellofan paket geyin,və ayaqqabının tikiş yerlərini heyvan piyi ilə sürtün.
-Meşədə əyər siz zoğal və itvurnu koluna rast gəlmisinizsə,tənbəllik eləməyin,meyvələrdən yığıb ,əşya cantanıza qoyu,bu təbii və güclü antibiotikdir.
-Əyər hərəkət zamanı ayağınızın arası sürtülmüşsə və əşya cantanızda vazelin,"Lorinden s" kremi yoxsa,bu zaman qablaşdırılmış ət konservinin üzərində olan heyvan piyindən və cobanyastığı cicəyinin ləcəklərindən istifadə edin..
-Cölə cıxmazdan əvvəl,sellofan paketə 5-10 kibrit qutusu,2-3 yandırıcı(Zajiqalka) qoymağı yaddan cıxarmayın.
-Əyər əlinizdə od qalamaq ücün quru spirt yoxdursa,qarlı meşədə tonqal qalamaq cətindir. Gəfərə hazırlaşdığınız zaman bintlərdən 30 sm kəsib 5-8 qat qatlayın. Başqa bir dəmir qabda şamı əridərək həmən bintləri orada tam isladıb cıxararaq kənara qurumağa qoyun. Quruyandan sonra bu yanacaq nəmişlik və sudan qorxmayaraq 5-7 dəqiqə yanacaq ki,onun da alovuna xırda cöplər quruyaraq alışacaq..
-Günəşli havada kibritsiz od qalamaq ücün,uğaqlıqdan adət etdiyimiz böyüdücü şüşədən istifadə edin. Bu yoxdursa,sellofan paketin küncünə su dolduraraq onun qalan hissələrini büzün. Şar kimi əmələ gələn sulu paket-böyüdücü şüşə effektindədir. Onu günəşə tutaraq,cör cöpü qızışdıraraq yandırın.
-Fənəriniz yoxdursa, əsginin icinə heyvan piyi qoyaraq ,onu aöac başına bağlayıb lopa düzəldərək yandırın. Piyli əsgi cox yanacaq.
-Meşədə yırtıvı heyvan varsa.hec zaman kolluqda və yerdə yatmayın. Aöac budaqlarına cıxaraq,özünüzü kəndir,qayışla ağaca bağlayıb yatın. Yatmazdan əvvəl möhkəm ağac budaqlarından Nizə düzəldin. Bu heyvanların ağaca cıxmasından sizi qoruyar.
Ardı var.

Abuzər Əbilov (Legion)

20 məsləhət. Bu məsləhətləri hamının bilməsi vacibdir.

Biz rahat və tox dünyamızda yaşayırıq. Kranı acdıqda su gəlir,yaxın dükanlarda  piştaxtalarda hər şey var,dostumuz kompyuter lazım olan məlumatı bizim ovcumuza yerləşdirir.Demirik ki,bu pisdir. Lakin baxaq-biz bunlarsız bir sivilizasiyada yaşaya bilərikmi? Əyər bizlərin taleyi hansısa bir gözlənilməz hadisədən dəyişərsə,bizlər özümüzü lazımı həyati vasitələrlə təmin etməli olsaq-nə edərik?

Son günlər,”sirvival horror” kimi janrlar durmadan  dəbə minərək,bu haqda elmlərə və təlimlərə baş vurmağı həyatı vacib edir. Çünki,dünyanın haqsız və düşünülməyən müharibələri nə vaxtsa  apokalipsisə gətirib çıxaracaq qədər həqiqətəuyğundur. Apokalipsis şəraitində yaşamaq, bu günümüzdə yaşamaqla tərs mütənasibdir.Kompyuter oyunları rəngarəng olsa belə, real hərəkətlər toplusunu əks etdirmir. Gəlin 20 müddəaya baxaq. Görək bunlardan hansılarını biz  bacararıq:

1-Tonaql yandırmaq. Çoxumuz  hətta quru odun parcaları olduqda belə,tonqal qalamağı bacarmırıq. Bəs onda odunların yaş olduğu,pis yanacağı zaman nə edəcəyik?

2-Ekstremal şəraitdə yaşama. Su olan ərazini tapmağı,vəhşi təbiətdə yeyilməsi xəstəliyə gətirib çıxaran ərzaqları,daldalanacaq tikməyi,vasitələr olmadan belə balıq tutmağı,çayları kecməyi,bədən tempraturunu lazımi həddə saxlamağı və s. bilirikmi?

3- Bütün mağazalardakı ərzaqlar talanıb qurtararsa,tərəvəz və yeyilməsi mümkün bitgiləri yetişdirməyi bacarırıqmı?

4- Üzmək. Çox hallarda  su hövzələrini kecmək,yaxud suda təhlükədə olan insanlara kömək üçün  üzgüçülük bacarığımız varmı?

5-Hərəkət vasitəmiz olan avtomiobilin ən yüngül təmirini,təkərinin yamanması və dəyişdirilməsini bilirikmi?

6-İlk yardımı etmək. Biz teleekranlarda coxlu dəhşətli səhnələr görürük. Lakin yaxından bədən üzvü yanmış,qanı axan,yaralanmış insan görəndə halımız pisləşir. Belə bir hadisə ilə rastlaşanda  kömək etmək ücün elmi və ruhi cəhətdən hazırıqmı?

7-Düzgün geyinmək. Dəblə geyinmək və hansı qalstuku seçmək haqda coxlu yazılar var. Lakin sizə başqa məlumat lazımdır. Siz özünüzü soyuqdan,yağışdan, istidən , müxtəlif növ uçan və xəstəlik gətirə bilən həşəratlardan qorunmaq üçün hansı geyimlərdən istifadə edəcəyinizi bilirsinizmi?

8-İnsanlarla ünsiyyət. Çətin şəraitdə tək yaşamaq,çətinliklərə sinə gərmək,qarşıya çıxan məsələləri həll etmək çətin bir sınaqdır. Sizin  insanları cəlb edərək,birlikdə yaşamaq və fəaliyyət göstərmək üçün bacarığınız varmı?  

9- Çəkinizə nəzarət. Uzun zaman yeyərək yatıb,qalxdıqda kompyuter stulunda oturmaq sizi hərəkətdən qoyub. Çətin şəraitdə  yaşamaq üçün siz çəkinizə və hərəkətsizliyinizə  çarə edə biləcəksinizmi?

10- İşıq əldə etmək. Elektrikin olmadığı şəraitdə,gecə vaxtı hərəkət,hansısa bir daldalanacaqda lazımı iş görmək üçün işıq mütləqdir. Siz işıq əldə etmək üçün vasitələrlə tanışsınızmı?

11-Özünü qoruma. Müxtəlif şəraitlərdə, təhlükələrdə özünü silahsız və yaxud sılahla qorumaq məcburiyyətinin yaranacağı şəksizdir. Siz silahsız özünü qoruma vasitələri ilə yaxud silahlardan istifadə ,hərbi ləvazimat və texnikanın taktiki-texniki xassələri ilə tanışsınızmı?

12- Tarixinizi unutmayın. İnternetin ,vəsaitlərin olmadığı zaman,ətrafınızdakı gənclərə öz xalqınızın tarixi,adət -ənənələri haqda danışmaq,onları maarifləndirmək lazım gələcək. Siz özünüz bunu bilirsinizmi?

13-Hər şeyi təmir etmək,tikmək,yaratmaq. Şərait sizdən çox şeyi təmir etmək,nəyi isə təmir etmək təlb edəcək. Siz teoretik də olsa bu işlər haqda maraqlanaraq,onların yerinə yetirilməsi prossesi ilə maraqlanmısınızmı?

14-Səmt və yer təyin etmə. BU gün artıq kompas və xəritədən istifadə  getdikcə unudulur. GPS naviqatorların işləmədiyi zaman siz  yenidən kompas və xəritəyə dönəcəyiniz təqdirdə, istifadə ücün biliyiniz varmı?

15-Tikmək. Bəziləri əlinə iynə və sap götürməyi  özünə əskiklik bilir. Lakin bu ekstremal şərait ücün vacib amillərdən biridir. İynə və sapdan istifadə edərək nəyi isə tikməyi məşq eləmisinizmi?

16-Avtomobilin idarə edilməsi. Biz ictimai transportdan istifadə edir,yaxud sürücü yanında otururuq. Sizə lazım olduqda avtomobil sürmək bacarığınız  varmı?

17-Ərzaqların qorunması. Hər zaman ərzaq əldə oluna bilməyən şəraitdə,ərzaqları düzgün saxlamaq,onları konservləşdirmək,əti qaxac etmək,mürəbbə bişirmək,meyvələri qurutmaq zərurəti yaranarsa,bunu etmək ücün məlumatınız yetərincədirmi?

18-Bişirmək. Sizin  ücün çox zaman yeməyi bişiriblər. Bəs  özünüz bunu etmisinizmi?

19- İnternetsiz yaşamaq. Günümüz monitor arxasında kecir. Bə internet olmadıqda,özünüzü tənha hiss edəndə,ruhdan düşməməyə hazırsınızmı?

20-  Qacmaq. İdman hərəkətlərinin başlıcası olan qacmaq kimi hərəkətlərin-bir zaman sizin həyatınızı qurtara biləcəyini düşünmüsünüzmü?

Abuzər əbilov(Legion)

Ekstremal şəraitlərdə "vitamin aclığından" qorunma metodları

Mağazaların piştaxtaları cürbəcür kimyəvi tormoz-hərəkət-əqli tormoz rolunu oynayan Redbull,Hell,Bizon,Burn ,Jaguar və s  kimi  zəhərlərlə doludur.Lakin uzun və yorucu yürüşlər zamanıcox zaman nəsə qüvvəni oyadan.stressi yox edən və sadəcə tonusu artıram hansısa bir vasitəyə ehtiyac yaranır.

Bu resept təbii və zərərsiz  enerji icgisidir ki,yola cıxmamışdan qabax özünüz hazırlayıb,lazım olduğu zaman qəbul edə bilərsiniz.

İcindəkilər:

-200 ml yağsız süd

-1 xörək qaşığı xalis kofe

-1 xörık qaşığı  bal

-1 cay qaşığı üyüdülmüş darcın

-80 qram sevdiyiniz giləmeyvə (qarağat,böyürkikan,moruq)

-1 cimdik kakao –tozu

Bütün bunlar blenderlə qarışdırılaraq 10 dəqiqəliyə soyuducuda saxlanılır və kicik qablara yığılaraq cantaya qoyulur.

Təsiri:

Kofein mərkəzi sinir sisteminin hərəkətini bərpa edir,bal və darcın qatışığı diqqəti və fiziki hərəkəti oyadir,beyinin kaplyarlarına oksigenin daxil olmasını sürətləndirir,arıqlamanı,piylərin təbii yolla yanmasını təmin edir,giləmeyvələrdəki vitaminlər isə hərəkət zamanı sərf etdiyiniz vitaminlərin yerini doldurur.

Yaddan cıxarmayın ki,hər bir halda təbii məmulatlardan  hazırladığınız ickilər,mənşəyi məlum olmayan və üstündə 20 manatlıq məmulat yazılıb,lakin öz2 2-1 manata sayılan dəmir bankanın icindəki zəhərlərdən daha xeyirlidir.

Abuzər Əbilov (Legion)

Ekstremal şəraitlərdə yaşama prinsipləri

Suyun məhdud olduğu zamanı hərəkətlər və qaydalar:

-Bu zaman cox yeməyin,yeməyi kicik porsiyalarla qəbul edin.

-Siqaret qəti cəkməyin-nikotin maye aclığının oyadıcısıdır

-Suyu ancaq səhər və axşam icin,bu müddət arasındakı vaxtda ancaq dodaqlarınızı isladın və ağzınızı yaxalayın.

-Susuzluğun yatırılması ücün suyu kicik qurtumlarla icin,udmadan əvvəl ağzınızda uzun müddət saxlayın.

-Mümkün qədər yandırıcı günəş altında cox qalmayın,kölgəli yer yapın. Güməş bədəni isidərək mayenin israfınə gətirir.

-Paltarınızı cıxarmayın,bu tərləyən zaman,bədəninizdən israf olan mayenin miqdarını coxaldır

Əyər siz günəş altındasınızsa,və su ehtiyatınız coxdursa ,coxlu su icən zaman ia duzlu qida qəbul edin,ya dilinizin altına bir cimdik duz qoyun. Bədəninizdən tərlə ifraz olan maye,duzları apardığından,duz “aclığı” əmələ gələ bilər.

Kölgəliyi özünüz qurarsınızsa,hava axınının kecməsi ücün səmtlərdə acıq yerlər qoyun

Əyər duzlu dəniz suyunun şirin edilməsi ücün sizdə kimyəvi filtr varsa,bu zaman ondan  kritik hallarda istifadə edin ki,filtrin təmizləyiciləri məhdud ola bilər.

Başqa vasitələr olmadıqda yağış suyunun yığılması məsləhətdir. Bunun ücün dəmir lövhə və yaxud polietilen cadır hissələri kifayət edər. Vasitənin ağzını əyib hansısa bir suyu yığacağa yönləndirin. Yığdığınız suyu,saxlaclarda 30 dəq saxlayın ki cıkündüsü dibinə cöksün.

İsti rayonlarda su ,yeməkdən vacib olan bir qida vasitəsidir. Səhralıq şəraitində suyu dərələrdə axtarın.Su axını hec vaxt yüksəkliklərdə olmur(səhralıq şəraitində).Belə yerlərdə dərə qazın,bu zaman siz nəm torpağa rast gəldinizsə,deməli 30 dəqiqədən sonra dərədə müəyyən su toplanacaqdır. Qurumuş cay vadilərindədə alcaq ərazilərdə qazın. Su yerin altındadır. Heyvan izləri də sizi su mənbələrinə yönləndirər. Su olan ərazinin üzərində cox zaman vəhşi quşlar fırlanır.

Təmizliyinə əmin olmadığınız yerlərdən götürdüyünüz su ya qaynadılmalı,ya da pantosid həbləri ilə zərərsizləşdirilməlidir.

Səhər şehindən də su yığşa bilərsiniz. Bunun ücün axşamdan hansısa bir qaba yönlənmiş ya metal lövhə,ya sellofan  parcası acıq havada qoyun. Üstünə xırda cay daşları yığın. Şeh bunlardan axaraq qaba yığılacaq.

Qar və buz da su məınbəyidir. Lakin onların soyuq havada istifadəsi də təhlükəlidir. Qızdırmağa və əritməyə calışın. Yadda saxlayın ki buzdan əmələ gələn su,qarını yumşalda bilir.

Böyük miqdarda su qəbul etmək yararlı deyil. Bu bədənə düşən yükü artırır,ürəyin işini əngəlləyir,böyük miqdarda tərcıxmaya səbəb olaraq,bədəni duzsuzlaşdırır.

Harda olsanız belə rast gəldiyiniz bulaq,cay.göllərdən su ehtiyatını hər zaman doldurun-qarşıda sisiz ərazilər ola bilər

Abuzər Əbilov(Legion)

bottom of page