top of page

Müəllifdən :

Yazılardan tədris və təlim ücün    istifadə AZADDIR.

Yaxın və uzaq müharibələrin savaş aparılma taktikasında şəhər döyüşləri,özünün unikallığı,secuilməzliyi və təkrarolunmazlığı ilə tarixi və müasir döyüşaparma taktikasında köklü dəyişikliklər etməyə vadar edir.

Şəhər,sıx yaşayış məntəqələrində döyüş aparma taktikası,ümumqoşun döyüş taktikasından köklü surətdə fərqlənir.Məsələn ümumqoşun döyüşü zamanı düşmən hücumu bariz görünürsə yaxud düşmənin canlı qüvvə,silah,texiika,kommunikasiya,idarəetmə mərkəzləri  hava  və yer kəşfiyyatı tərəfindən kəşf olunub,ona zərbə vurmaq ücün operativ şəkildə tədbirlər görülürsə,şəhər şəraitində bu operativlik ləngiyə və hecə enə bilər. Bunun bir necə səbəbi var.

-Şəhər və yaxud sıx yaşayış məskənlərində infrastrukturun,binaların və tikililərin mütləq maneə kimi düşmən tərəfdən istifadəsi;

-Şəhər və sıx yaşayış məskənlərində  yeraltı kommunikasiya,metro və s kimi gizli yolların olması;

-Binalarda,tikililərdə,təbii maneələr altında gizlənmiş düşmənim aviasiya ücün görünməz olması,;

-Şəhər tikililərində snayper və qumbaraatancıların binalar icində gizli və cəld hərəkəti;

-Dar kücələr,yolların kəsişməsi,barrikadalar və sünii maneələr,yanmış avtomobil və yaxud digər maneələr.

Belə şəraitdə həmcinin artilleriya atəşinin effektivlik dərəcəsi sıfıra bərabər olur.Əyər hücum edilən şəhərin infrastrukturasına zərər vurmadan onu zəbt etmək tapşırığı varsa,bu zaman artilleriyadan istifadə qəti yolverilməzdir.Bundan əlavə şəhər döyüşləri zamanı şəhər infrastrukturunun müxtəlif olmasından,hücum zamanı  aviasiya zərbəsi də demək olar ki,hec bir effekt vermir. Cünki.müxtəlif binalarda mövqe quran düşmən.aviasiyanın yaxınlaşdığı zaman həmən atəş höqtələrini operativ surətdə dəyişir və bu zaman vurulan zərbələr hecə enir.Böyük binaların da bir necə atıcıya görə yerlə yeksan olunması,nə hərbi,nə də insani faktorlara sığışmır.Bundan əlavə şəhər üzırində ucan aviasiya,hər zaman əks tərəfin gəzdirilən Zenit Raket Komplekslərinin ovuna cevrilə bilir.

Yaxın tariximizdə bir necə qaynar nöqtələrin şəhər döyüşlərini analiz etsək,görərik ki, şəhər döyüşləri,ümumqoşun döyüşlərinin  fazasında,özünün təkrarolunmamazlığı ilə fərqlənməkdədir.

1993-cü ildə Somalinin paytaxtı Moqadişidə ABŞ reyncerləri  general Aydidin qanundan kənar silahlı birləşmələri ilə silahlı münaqişəyə girdi. Aydidin silahlı birləşmələri  say etibarı ilə ABŞ reyncerlərindən cox,yerli şəraitə tam bələdciliyi olan və şəhər kvartallarında cevik hərəkət edən döyüşcülər olduğundan,bu döyüşdə ABŞ reyncerləri itgilərlə üzləşdilər.Somali alyansı hökumətinin 24 böyük cinli vəzifəlisini həbs etmək tapşırığı alan ABŞ reyncerləri döyüşün ilk saatlarında əməliyyatı uğurla yerinə yetirdilər.Lakin əməliyyatın birinci fazası bitdikdən sonra ikinci fazada  ABŞ komandanlığının buraxdığı bağışlanmaz səhflər-sonda ABŞ komandanlığının  bu kontingenti Somalidən cıxarmaq qərarı ilə üzləşdi.Hind okeanının sahilində yerləşən qədim Moqadişo özünün qədim məscidləri, böyük sarayları,kolonial villaları,kasıb məhəllələri ,kicik dəmir və taxta lövhələrdən tikilmiş evləri ilə  ABŞ reyncerlərini qarşıladı.Komandanlıq bu əməliyyata zirehli texnika və aviasiya da təhkim etmək istəsə də,sonda bu qüvvələri ala bilmədı. Ancaq desant helikopterləri olan "BlackHawk" və yüngül zirehli avtomobil texnikası ilə şəhərə girən reyndjerlər-general Aydidin dişinə qədər silahlı və fanatik ordusu ilə qarşılaşdılar. Bu əməliyyatda 18 reyncer və bir necə helikopter məhf edildi,77 yaralandı. Bundan əlavə müxtəlif dövlətlərin BMT missiyasında olan 35 nəfər həlak oldu və 100 nəfər yaralandı. Bundan sonra  əməliyyatı sona catdırmamış reyncerləri şəhərdən cıxarmaq əmri verildi.

Bütün bunların səbəbi,reyncerlərin ərazı və şəhərdə kəşfiyyat məlumatlarının bəsit olması,qarşıdakı döyüşcülərin qüvvə və bacarığına etinasız yanaşma,tanış olmayan şəhər labirintlərində naviqasiya məlumatlarının olmaması və sonda isə qruplar arasında əlaqənin pozulması göstərilir.Baxmayaraq ki əməliyyatdan əvvəl Moqadişinin havadan kəşfiyyatı kecirilmişdi,lakin hava kəşfiyyatı bir əmrlə toplana biləcək,son dərəcə mobil,fanatik və cəld Aydid döyüşcülərinin  toplantılarını aşkar edə bilməmişdi. ABŞ reycerləri də adlarının qorxunc olmasına əsaslanaraq,Aydid yaraqlılarının ciddi müqavimət göstərməyəcəyinə inanmışdılar. Lakin sovet RPQ-7 qumbaraatanı ,atıcı silahlar və pikaplarda qurulmuş iricaplı qumbaraatanlarla silahlanmış Aydid döyüşcüləri ,şəhərin dolanbac yollarında ,kicik ,lakin bir cox cıxışı və girişi olan məhəllələrdə,reyncerlərin yöndəmsiz texnikalarını ,atəş və barrikadalarla qarşıladı. Bu döyüş və məğlubiyyət bir daha isbat elədi ki, şəhər şəraitində döyüş aparma taktikası və döyüş vasitələri,daha incə taktikaya söykənməli və fərqli yanaşılma tələb edən  taktiki toplumdur.

1994-cü ildə Rusiyanın Cecenistan Respublikasının Qroznı şəhərinə yeritdiyi qüvvələr və texnika ilə şəhərin “təmizləmə” əməliyyatı  iflasa uğradı. Şəhərə dörd tərəfdən-şimaldan (general Konstantin Pulikovski),qərbdən(general İvan Babicev),şimal-şərqdən(general Lev Roxlin),şərqdən (general Nikolay Staskov) –un rəhbərliyi altında 250 zirehli texnika və canlı qüvvə yeridildi. Hələ əməliyyatın birinci saatında şəhərdə əməliyyat aparma  taktikasının şərtləri kobud surətdə pozulmağa başladı.

-Əməliyyatın ilk saatlarında qüvvələr arasında əlaqə sıfıra endı.

-Yerli şəraiti bilməyən və tam dəqiq səmtlənməyə  malik olmayan qüvvələr dar kücələrdə ilişib qaldılar.

-Əməliyyatın məxfiliyi pozuldu və mülki əhali geyimində olan mücahidlər,ordudan lazımı məlumatları əldə etdilər və onları asanlıqla müşahidə etdilər.

-Texnikanın atəş qurğuları hündür binaların damında mövqe tutmuş  mücahidləri vura bilmədi. Texnikanın atəş qurğularının atəş trayektoriyası imkan vermədi.

-Ərazi kəşfiyyat olunmadığından,texnika və canlı qüvvələr,əvvəlcədən hazırlanmış atəş nöqtələrinin önünə cıxdı və s.

Döyüşün ilk analarında Prezident sarayının aşağı mərtəbəsində ,monolit divarlar arxasında mövqe tutan mücahidlər Rus ordusunun texnikasını  asanca nişanlayıb məhf etməyə nail oldular. Bu zaman qoşunlar arasında əlaqə olmadığından,komandirlərin bu döyüş bövü haqda biliklərinin aşağı səviyyədə olmasından,meydana yeni texnikalar yeritməyə davam etdilər. Döyüşün acı nəticəsi də bu oldu ki, kəşfiyyat olunmamış əraziyə sıx hərbi texnika və canlı qüvvə teridən ruslar böyük itgilərlə üzləşdilər. Qalın divarlar arxasından,kanalizasiya lyuklarından,evlərin damından,zirzəmilərdən cıxan cecen mücahidləri,sərrast atəşlə rus texnikasını və canlı qüvvəsini böyük itgilərlə üzləşdirdilər.

Sonralar general lev Roxlin demişdir:

-Kvaşnin və Qracovun şəhərin alınması planını-rus silahlı qüvvələrinin “ölüm və məhfetmə planı” adlandırmaq olar.Mən bu gün bütün məısuliyyərimlə deyirəm ki,bu plan hec bir operativ-taktiki elmə dayaqlanmamış plan idi. Bu sadəcə avantyura idi,əyər bu avantyurada 100 lərlə hərbcinin ölməsini,100 lərlə əsir düşməsini,böyük sayda texnikanın məhfini nəzərdən qacırmasaq-bu cinayətkar avantyura idi.

General Qracovun hesablamalarına görə,Qroznıdakə əməliyyatlar ,Alma-Ata(1986),Tibilisi (1989),Fərqanə(1989),Bakı(1990),Oş(1990),Vinyus(1991),Moskva(1993) əməliyyatlarının davamı olaraq,ildırımsürətli və az itgilərlə başa gəlməli idi. Amma kəşfiyyatın yarıtmazlığı günüral Qracova imkan vermədi ki,anlasın-Bu şəhərlərdə insanlar əliyalın,Qroznuda isə mükəmməl hərbi təhsil almış komandirlərin idarə etdiyi döyüşcülərlə qarşılaşacaq.

Müasir şəhər döyüşlərinin taktikası bir cox uzun illər qüvvədə olan nizamnamə və hərbi  təlimatları inkar edir. Cünki,artıq müasir şəhərsalma elementləri 1980-cı illəri arxada qoymuşdur. Əyər 80-cı illərdə şəhərlərdə 5 mərtəbəli binaların fəth olunmasından söhbət gedirdisə,müasir dövrdə daha uca tikililəri,müxtəlif cətin konstruksiyalı tikililəri,kommunikasiya xətlərini,cətin körpülər kəsişməsi olan kücələri fəth etmək zərurəti yaranır. Bu zaman isə artıq 80 ci illərdə istifadə olunan xəritələrdən yenidən istifadə yersizdir.Cünki şəhər infrastrukturu durmadan inkişaf etdiyindən,belə xəritələrə güvənc vermək olmaz.Bundan əlavə müasir şəhər mühitində döyüş aparmaq ücün,əvvəlcədən güclü,səlist,dəqiq kəşfiyyata ehtiyac yaranır.Şəhər şəraitində aparılan kəşfiyyat da ,acıq səhra şəraitindən köklü surətdə fərqlənir. Fərqlər bunlardır:

-Şəhərin  havadan.yerdən ,əyər şəhər dəniz kənarında yerləşirsə,dənizdən vizual ,texniki  kəşfiyyatı aparılmalı,

-Yerli dili,adət-ənənəni,infrastrukturu bilən kəşfiyyat qrupları ,dinc əhali qismində şəhərə yeridilməli,

-yerli şəraiti nəzərə almaqla  şəhərin müxtəlif zonalarında  müşahidə məntəqələri yaradılmalı.

-Kəşfiyyat qruplarının tam radio “susma”-sı  zamanı, məlumat catdırılmasının təşkil olunmalı,

-Hərəkət zamanı yarana biləcək təbii,texniki maneələrin tam olaraq xassələrinin öyrənməli,

-Əhalinin düşmənə münasibətini,düşmənin yerli əhalidən istifadə potensialını,əsir və girovların saxlanış yerlərini müəyyən etməli,

-Kommunikasiya,yeraltı kecidlər,metrolar,tunellər,böyük anbarlar-bir sözlə,düşmənin yerdəyişməsini təmin edə biləcək bütün vasitələr  haqda informasiya toplamalı,

-Dümənin komanda mərkəzini və döyüş zamanı ehtiyat komanda mərkəzlərinin yerini müəyyən eləməli və s.

Göründüyü kimi şəhərdaxili kəşfiyyat  ümumqoşun kəşfiyyatından fərqlənir.

Şəhər şəraitində texnikanın hərəkəti məhdud olsa belə,texnikadan döyüş zamanı tam imtina etmək də olmaz.Cünki yuxarıda göstərildiyi kimi,şəhər mühitində döyüşlər zamanı hücuma kecən dəstələr bir sıra maneələrlə rastlaşa bilir. Bu maneələr partlayışlar zamanı yollara tökülmüş daş,torpaq,işıq dirəkləri,reklam lövhələri,yanmış avtomobillər,sünii barrikadalar və s –dir.Bütün bu maneələrin dəf edilməsi ücün ,xüsusi  zirehli texnikaların köməyinə ehtiyac var. Lakin bu zirehli texnikaların “möcüzə” göstərəcəyinə arxayın olmaq olmaz. Texnikalar da mühafizəyə,qorunmağa ehtiyacı var. Əks halda maneə təmizləyən zirehli texnika özü vurulduğu zaman maneəyə cevrilə bilər.Sadə dillə desən ,maneə təmizləyən texnika düşmən qumbaraatanının atəşi ilə sıradan cıxarıla və ikiqat maneə yarada bilər.

Şəhər döyüşləri zamanı istifadə olunan silah.sursat,texniki vasitələr və texnika da ümumqoşun döyüşü zamanı istifadə olunan vasitələrdən köklü surət də fərqlənir.Ağır,hərəkəti məhdud,daşınması xüsusi vasitə tələb edən silah və vasitələr şəhər döyüşləri ücün yarasıdır və bu cevik əməliyyat planlarını gecikdirə və hətta əməliyyatı poza bilər.Şəhər döyüşləri ücün silah,sursat və vasitələr  aşağıda göstərilən nümunələrdir:

-Snayperləri və digər  uzaq məsafədən optik nəzarət cihazlarını atəş acmazdan əvvəl aşkarlaya bilən detektorlar:

 Buna misal Kanadanın  “NEWCON OPTIK” şirkətinin məhsulu olan LAS-1000 detektorunu göstərmək olar.LAS-1000 optik prinsipə əsaslanaraq,təhlükə işə düşməzdən əvvəl onun yerləşdiyi nöqtəni təyin edir.Lazer skaner  öz sahə xəttində olan bütün linza və reflektorları təyin edərək həm vizual ,həm də səs siqnalı verərək,vizual kəşfiyyatcını xəbər dar edir. Təhlükə nöqtəsi təbii və yaxud qeyri təbii maneələr arxasında maskalandıqda belə,cihaz onun olduğu yeri və həmən nöqtəyə qədər olan məsafəni təyin edərək kəşfiyyatcıya catdırır.Cihaz ərazisində olan optik,işığı əks etdirən  binoklları,kameraları,optik və optik-elektron nişangahları,termal  cihazları,reflektorlu geodeziya dirəklərini 1200 metrdən asanlıqla təyin edə bilir.

-Tücütü qumbaraları:

RDQ-2-Sovetlər Birliyinin istehsalı olan tüstü qumbarasıdır. Qumbaralar maskalanma,tüstü zonaları yaratma və texnikanın yanmasını imitasiya etmək ücün istifadə edilir. Bu cür sursatlardan əraziyə dəqiq enmə həyata kecirmək istəyən vertolyotlar  ücün də  istifadə edirlə bilir. Cəkisi 600 qram olan bu qumbaraların təyinat və istifadə şəraitindən asılı olaraq RDQ-2B,RDQ-2C,RDQ-2X,RDQ-2P kimi konfiqurasiyaları da mövcuddur.

 ABŞ istehsalı olan M-18 tüstü qumbaraları müxtəlif rənglərdə tüstü buraxa bilr.Cəkisi 550 qram olan bu qumbaralar silahlı qüvvələrin bütün növlərində mövcuddur.60 saniyə qatı və əvvəlcədən təyin olunmuş növlə,təyin olunmuş rənglə tüstü buraxan bu qumbaralar,müəyyən sahənin kecilməsində maskalanmaq,işarə vermək,düşmənin atəşindən sapmaq ücün istifadə edilir.Bundan əlavə xüsusi təyinatlılar və polis əməliyyatları ücün nəzərdə tutulmuş G7A tipli qaz qumbaraları da mövcuddur ki, bu tip qumbaralar qapalı ərazidə gizlənmiş düşmən döyüşcülərini əsəb-iflic halina gətirə bilir.

Barrikada və maneələri  təmizləyən xüsusi zireühli texnika:

 İMR-2 Sovetlər birliyi ,Omsk mürəkkəb  texnologiyalar elmi istehsalat birliyinin  məhsulu olan  mühəndis ,maneələri dəf etmə maşını,əsasən cətin kecilən sahələrdə,barrikadalarda,təbii və qeyri təbii maneələrdə  yol acmaqla,hərəkətdə olan qoşunların əvəzolunmaz köməkcisidir.

M1132 Stryker ESV-Abş ordusunun istehkam-mühəndis hissələrinin istifadəsindədir.Bu M1132 Stryker İCV zirehli maşınıdır və onun ön hissəsinə  mühəndis qurğusu qoşulmuşdur.Ön hissəyə həm” Jettison Fitting Kit (JFK)” tipli minaları cıxaran və bir sıra qurğular da qöşmaq olur ki, bu maşın şəhər döyüşləri zamanı,həm zirehli transportyor,həm də barrikada və maneələri dəf edən xüsusi maşın kimi istifadə oluna bilir. JFK tipli qurğu lazım olan anda kənardan müdaxilə olmadan maşına qoşulmuş müxtəlif cür vasitələri bir anda tullayıb,hərəkətini davam etdirir.

-Hücum əl qumbaraları.

RQD-5 Sovetlər birliyinin istehsalı olaraq RQ-42 qumbarasını əvəz edərək,piyadaların hücum qumbarası kimi silahlanmaya qəbul edilmişdir. Qumbaradan evlərə,zirzəmilərə,tikililərə,barrikadaların arxasına hecum zamanı istifadə edilə bilir.310 qram olan bu qumbara 30-50 metr məsafəyə atılaraq 15-20 metr radiusunda olan canlı qüvvəni özünün qəlpələri ilə sıradan cıxarmaq imkanına malikdir.

Mk-II  ABŞ istehsallı əl qumbarasıdır.Qumbara Sovetlər birliyinin F-1 müdafiə qumbarasını xatırlatsa da ,qəlpələrin hazırlandığı kütlə və texniki göstəriciləri fərqlidir.Başqa sözlə desək,qumbaranın qəlpələri ucuş zamanı öz sürətini tez itirdiyindən,bu qumbara hücum ücün  nəzərdə tutulmuşdur.Cəkisi 595 qram,50 metr uzaqlığa atılaraq,30-40 metr radiusunda olan canlı qüvvəni məhf edəı bilir.

-Birdəfəlik qumbaraatanlar:

 RPQ-18 MUXA   Sovetlər birliyinin istehsalı olaraq “Bazalt” elmi istehsalat birliyində işlənib hazırlanmışdır. Qumbara  reaktivdir və yüngül daşınma və atəş qurğusunun icərisində yerləşdirilmişdir. Bu tip qumbaraatanları həm də “birdəfəlik” adlandırırlar ki,qumbaraatan atəş acdıqdan sonra onun daşıyıcı-atəş qurğusunu tullamaq lazım gəlir. Cəkisi 2.6 kq,atəş uzaqlığı 200m,qumbaranın kalibri 64mm –dir. Qumbaraatandan həmdüşmənin  zirehli texnikasına həm də maneələr arxasında gizlənmiş düşmənin canlı qüvvəsinə atəş zamanı effektlidir.

M-72LAW ABŞ istehsallı “birdəfəlik “ qumbaraatandır ki, öz sırasında M-31 və M20A1 «Super Bozoka” tipli qumbaraatanları əvəz etmişdir.  M-72LAW-zavod şəraitində kumulyativ qumbara iləı təhciz olunur və qumbaraatanı təkrar doldurmaz olmur. Yuxarı hissədə olan vurucu-buraxıcı sistem vasitəsi ilə atəş acılır.Buraxıcı boru ic tərəfdən aliminium,cöldən isə şüşəplastik lövhədən hazırlanıb. “Talley Industries and under license by Raufoss Ammunisjonsfabrikker A/S, Norway” şirkətinin məhsuludur.Tipindən asılı olaraq 2.2 və 2.3 kq cəkisindədir.Qumbaranın capı 63mm,atəş uzaqlığı isə 350-400 metrdir.

-Müxtəlif silahlara qoşulan və qoşulmayan  kicikcaplı lüləaltı və əl qumbaraatanları:

QP-30 “Obuvka” Sovetlər birliyinin istehsalı olaraq silahlanmaya 1989 ildə qəbul olunub.VOQ-25 tipli piyada əleyhinə qəlpəli qumbaralarla atəş acır. AKM,AKMS,AK-74,AKS74,AK-103,AK-107,AK-108  və s tipli avtomatların lüləaltı cıxıntısına qoşulur.Qumbarasiz cəkisi 1.3 kq,atəş uzaqlığı isə 400 metrdir. Qumbaraatan “asılma” tipli atəş aca bildiyindən,maneələr və barrikadalar arxasında gizlənən düşmənə atəş acmaq ücün keyfiyyətlidir.

M203  ABŞ  istehsallı lüləaltı qumbaraatandır ki,Aİİ şirkətinin məhsulu olaraq,ABŞ silahlı qüvvələrində istifadə olunur.40mm-lik qəlpələnən ,işıqlandırıcı,yüngülzirehdələn mərmilərə malik olan bu qumbaraatan da “asılma” atəşi funksiyasını yerinə yetirə bilir.Cəkisi 1.36 kq,Atəş uzaqlığı 400 metrdir. M16A1 və bu tipli avtomatik silahlara qoşula bilir.

-Avtomatlar və tapanca-pulemyotlar:

.AK,AKS,AKSU-74 Sovetlər birliyinin istehsalı olaraq ,piyadaların əsas silahı olaraq bu gün də gündəmdədir.Avtomatlar  əsasən yaxın və orta mənzilli döyüşlər ücün nəzərdə tutulmuşdur.Bu tip silahlara həm lüləaltı qumbaraatan  həm də səsboğucu qurğular qoşulması mümkündür.

,EM-14Azərbaycan hərbi sənayesinin istehsalıdır. Silah əsasən AK sistemli olsa belə,silahın konstruksiyasında köklü dəyişikliklər var. Bunlar əsasən geriyə təpmənin azaldılmasında,qundağın funksional dəyişikliyində,erqonomika və döyüşcünün sərrast və rahat atəş acması ücün bir sira yeniliklərdədir.Bundan əlavə silah ikili Pikkotini relsi ilə də təıhciz olunmuşdur ki, bu da müxtəlif nuişangahlar və bir sıra qurğuların silaha qoşulmasını real edir.

AN-91 Rusiya istehsallı avtomat-qumbaraatan kompleksidir.İxrac variantı 5.56 x45 mm kalibr  ölcüsündədir.Silah əsasən antiterror və xüsusi təyinatlılar ücün nəzərdə tutulmuşdur.Yerli  istifadə ücün nəzərdə tutulan nümunələrdə 7.62 güllələrlə atəş acan avtomat və 40 mm lik qumbaraatan nəzərdə tutulmuşdur.

UZİ İsrail istehsallı    Israel  Military İndustries  (İMİ)şirkətinin  tapanca-pulemyotdur.Siloah onun konstruktoru Uziel  Qallin adını daşıyır.250-300 metr  atəş uzaqlığı olan bu silahın cəkisi 3.5 kq,kalibr ölcüsü isə 9x19mm dir.Atıcı qruplar üçünsə uzaq məsafədə hədəfləri vura bilən snayperlərə deyil SVU-AS və VSS snayper tüfəngləri, habelə bull-pap tərtibatlı avtomatlar daha uyğun hesab olunur.

İsrail Ordusunun polkovnik-leytenantı Amos Golanın 2003-cü ildə icad etdyi “CornerShot”  silahı məskunlaşılmış məntəqələrdə aparılan əməliyyatlarda özünü doğrultmuş silahlardan sayılır. “CornerShot”un uzunuluğu 820 mm, çəkisi 3.86 kq təşkil edir. “CornerShot”a 9×19 mm 9.40 S & W, .45 ACP və ya 5.7x28 mm çaplı tapançaları daxil etməklə 100 metr məsafədə, eləcə də divarların və maneələrin arxasındakı düşmənin canlı qüvvəsini üzə çıxmadan dıqiq atəşlə məhv etmək mümkündür. ABŞ təhlükəsizlik qüvvələri bu cihazın üzərində daha çox Beretta 92F, Glock, SIG Sauer və CZ tapançalarını tətbiq edir. cihaza müxtəlif kameralar, audio vıı viideo ötürmə dəsti, İR lazer, səsboğucu, takktiki fənərlər, habelə qumbaraatan bağlamaq mümkündür. Yaxın perspektivdə ABŞ xüsusi təyinatlıları üçün “CornerShoot”a M-16 tüfənglərinin inteqrasiyası, sistemin uzaq məsafədən əməliyyatı idarə edən komandirə real vaxt rejimində görüntü ötürməsinin təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hələ 6-7 il öncə Eurosatory sərgisində “CornerShot”un “Panzerfaust” qumbaraatanı ilə inteqrasiya olunmuş variant da nümayiş olunub. Istehsalçı firmanın məlumatına görə, bu versiya standart sistemdəki kimi 90 dərəcə deyil, 60 dərəcə bucaq altında atəş açmağa imkan verir.

Hazırda bazarda müxtəlif ölkələrə məxsus şirkətlər tərəfindən istehsal edilmiş,  “CornerShot” konsepsiyasına əsaslanan və ya onun kopyası adlandırıla bilən bənzər silah sistemmlər mövcuddur. Məsələn, Çinin Chongqing Changfeng Machinery Co Ltd. və Şanxay Sea Shield Technologies şirkətləri tərəfindən HD-66 və CF-06 indeksli iki bənzər sistem yaradılıb. Hər iki sistem əsas tapança olaraq QSZ-92-dən istifadə edir. Pakistanın POF şirkətinin xüsusi təyinatlı qüvvələr üçün hazırladığı “POF Eye” sistemi “CornerShot”dan üzərinə atıcı silahla bərabər qumbaraatanın yerləşməsi ilə fərqlənir. Sistem istifadəçinin kürəyində, yük çantasındakı açıq tabletlə inteqrasiya olunur. Bu zaman atıcı silahın monitorundan, arxadan gələn əsgərlər isə tablet üzərindən silahın kamerasından ötürülən görüntününü müşahidə edir.

-Rabitə vasitələri(müxtəlif)

-Yeri təyin etmə cihazları(Naviqatorlar).

Bundan əlavə xüsusi şəraitdə şəhər döyüşlərində başqa silah,sursat,xüsusi vasitələr bə texnikalar da istifadə oluna bilər. Bütün bunlar lazımi vaxtda,lazımı şəraitdə və dəqiq taktiki plan üzrə olmalıdır ki-hücuma kecən,yaxud müdafiə olunan qüvvələr düşmənin mühasirəsinə və atəş xəttinə düşməsin.

Yazl " Azeridefence" jurnalında dərc olunub.

bottom of page