top of page

PUSQU

Pusqu-bu hərbi termin döyüş qruplarının,kəşfiyyat döyüş qruplarının -düşmənin hərəkət istiqamətində əvvəlcədən gizli şəkildə mövqe quraraq,düşmənin hərbi texnikasının və canlı qüvvəsinin gözlənilməz hücumla məhf edilməsidir.

Materiallar tədris və təlim ücün acıqdır.

                            A. Əbilov

Pusqu-döyüş aparılması ilə əlaqədar olaraq günün hər vaxtı,hər cür meterioloji hallarda,düşmənin cınahlarında ,önündə və arxasında qurulub ,həyata kecirilə biləcək döyüş taktikasıdır. Əlavə vasitələrdən(artilleriya ,aviasiya) istifadə isə pusqunun qoyulmuş tapşırığını daha keyfiyyətlə yerinə yetirilməsinə köməkci vasitədir.
Pusqunun vəzifələri:

Düşmənin canlı qüvvəsini,texnikasını,vasitələrini tam olaraq-yaxud hissə-hissə məhf etmək və yaxud əsir götürmək.Yəni dəqiqləşdirilmiş və gözlənilməz hücum və atəş nəticəsində-düşmən öz vasitə,silah,sursat,təminat,texnika və canlı qüvvəsini itirərək-döyüş qabiliyyətini zəiflədir.Bu hər bir pusqunun arzuolunan vəzifəsidir.

Bu vəzifəni yerinə yetirmək ücün pusqu qrupu (PQ) yaxud qoşun birləşməsi düşməndən bir cox hallarda üstünlük əldə etməlidir.Bu bir necə amildən ibarətdir:
-PQ-u mövqeni secəndə.bütünlüklə əmin olmalıdır ki düşmən bu mövqedən tam olaraq məhf edilə biləcək və PQ-lazım gəldikdə itgisiz olaraq bu mövqeni tərk edə biləcək.
-Başlıca amillərdən biri də PQ-un silah və sursatlarının bu cür əməliyyatda keyfiyyətli və səmərəli istifadısi ücün secilməsidir.
-PQ-un sayı düşmənin məhfi ücün yetərli olmalıdır. Az halda bu qrup,döyüşün birinci dəqiqələrində düşmənin qat-qat cox olan canlı qüvvəsi və atəşın sızlığı ilə rastlaşaq və qrup məhf olma təhlüksəi ilə üzləşə bilər. Bu zaman düşmənin hərəkət istiqamətinin minalanması da böyük rol oynayır.
-PQ-nun bir vəzifəsi də onun gizliliyi və gözlənilməzliyidir. Bu zaman PQ-u calışmalıdır ki ,birinci atəşlə düşmənin ən lazımlı texnikasını və vasitələrini(radioəlaqə,zenit qurğuları,sursat maşınlarını) məhv etdin və düşmən qoşununun infrastrukturuna ən ağır zərbə vursun.

Hətta PQ-nun say etibarı bir cox hallarda başlıca rol oynamır-bu cür hallar mövcuddur:
Sənədli ədəbiyyatda iki ABŞ snayperi Karlos Xeckok və Conni Burk -un 1967 ci ildə Vyetnamda qurduqları pusqudan bəhs edilir-onlar ikilikdə Şimali Vyetnam ordusunun bur bölümünü məhf etmişdilər.
Həlledici faktor bunlardır:

Mövqe. İki ABŞ dəniz piyadası,meşənin dik yerində mövqe tutaraq.ağaclar arasında gizli olaraq yerlərini dəyişir,bu zaman aşağıda acıqlıqda və günəşin işıqladırdığı ərazidə yerə yatmağa məcbur olmuş Vyetnamlılar ovuc icində görünür və ABŞ dəniz piyadalıları onları 700 metr məsafədən tam dəqiqliklə məhf edə bilirdilər.
-Silahın effektliliyi-sözsüz ki avtomat və pulemyotla silahlanmış ABŞ dəniz piyadalıları hec zaman bu məsafədə dəqiq atəş aca bilməzdilər. Snayper silahı isə bu cür döyüş ücün ən yararlı vasitədir.
-Hazırlıq və praktika-Pusqudan ABŞ dəniz piyadalılarının yaxşı döyüş elminə yiyələnmiş və döyüş hazırlığı görmüş əsgərləri-düşmənin elə birinci döyüş zamanı zabitlərini vuraraq,naşı döyüşcülərini başsız qoyaraq panikaya salmış və sonda onları məhf etmişdilər.
Yuxarıda göstəriləm misaldan görünür ki,hec də hər zaman riyazi hesablamalar Pusqudan döyüş aparmaq ücün yetərli deyil. Burada başqa amillər də var. Yəni əyər düşmən acıq sahədə 2 tankla irəliləyirsə,və əyər döyüşün birinci dəqiqəsində bu tanklar TƏİR(tank əleyhinə idarə olunan raket ПТУРС) və yaxud qumbaraatanla məhf edilirsə-sözsüz ki artıq düşmən texniki dəstəkdən danışa bilməz.

Meşədə döyüş və hərəkət  taktikaları.

Meşə şəraitində döyüş öz spesifik faktlara görə cox secilir. Onun  sıx ağaclı,kollu, bataqlıqlı və seyrək olmasına baxmayaraq. Düşməndən əlavə bir cox təhlükələr meşənin faunasından,xəstəlik yayıcısı olan mikroblarından və meşənin daxilində olan atmosferdən də gələ bilir.Sıx bitgilər görməni məhdudlaşdırırmasına baxxmayaraq,düşmənə maskalanmış şəkildə yaxınlaşma və yaşıllıq icində müxtəlif cür məhfedici sürprizlər qoyulması ücün münbit şərait yaradır.Bütün yuxarıda göstərilən amillər,döyüşcünün silah və sursatdan əlavə xüsusi hazırlığa,xüsusi ləvazimata və sağlamlığa malik olmasını tələb edir.

 

Meşədə ekstremal şərait üzrə hərəkət etmə prinsipləri:

Meşə şəraitində ekstremal şəraitdə hərəkət etmək,uzun zaman yaşamaq,döyüş aparmaq ücün ,sizi gözləyən nyuanslar barədə bilikli olmaq vacibdir.Nəzərə almaq lazımdır ki,meşənin hansı relyefdə yerləşməsindən asılı olaraq,hava şəraiti tez bir zamanda və fərqli dəyişə bilər.Bunun ücün döyüşcünün arsenalında mütləq sukecirməyən cadır,yaxud cadır örtük,nəmişliyə davamlı cəkmələr,arxa cantası ücün qoruyucu örtük olmalıdır. Bilavasitə bu vasitələr həm döyüşcünü,həm də onun ləvazimat və ərzağını qorumaq ücün vacib vasitələrdir.Bundan əlavə nəmişlik hər zaman spesifik göstəricisi olan meşə şəraiti ,həşəratlarla doludur. Burada olan bit və birələr,ağcaqanadlar,müxtəlif növ arılar və böcəklər -cox ağır xəstəlik olan ensefalitə və boreloza,qızdırmaya,dəri xəstəliklərinə gətirib cıxara bilər. Bu zaman peyvənd metodları vacibdir.Bundan əlavə tor geyimlər vacibdir ki,onlar da əsas geyimin üstündən taxıldıqda ,həşəratların əsas geyimə yaxınlaşaraq ,onun daxilində gizlənməsinə mane olur və əsas geyimi tam bağlamadığından tərləmə və ağırlaşmaya yol acmır.Kimyəvi tərkibli,yandırılaraq həşəratları qacıran kicik tabletlər bu zaman böyük köməkcidir. Bu zaman əyər meşədə gecələyəcəksinizsə,hec zaman acıq havada yatmağı ağlınıza belə gətirməyin. Cadırlardan.cadır örtükdən mütləq istifadə edin. Həşəratlardan da qorxunc ilanlar siz yuxuda olduğunuz zaman,bədəninizin istiliyinə doğru gələrək,sizin geyiminizə soxula bilərlər.Meşə şəraitində icməli su problemi asan gəlsə belə,hər zaman bu problem bildiyimiz kimi cözülmür. Kicik caylar,xırda göllər göründüyü kimi təhlükəsiz deyil.Bu zaman arsenalda suyu zərərsizləşdirmək ücün xüsusi preparatların olması vacibdir. Kecilən yollarda əllərə budaqların toxunlası,müxtəlif bitgilərin tozunun yapışması labüddür. Bu zaman əlin təmiz yuyilmaması zamanı,onu ağızla  və acıq qida məhsulları ilə təmasda olması,arzuolunmaz xəstəliklərə gətirib cıxara bilir.Kicik yaralar,cızıqlar tez bir zamanda  spirt və digər zərərləşdirici əl altında olan vasitələrlə təmizlənib.ağzı bağlanmalıdır.

Hər döyüşcünün arsenalında  xəritə,kompas,GPS naviqator olması vacibdir. Cünki  sıx meşələrdə azma ehtimalı böyükdür. Müasir GPS naviqatorlar getdiyiniz yeri dəqiq göstərə,kecdiyiniz yerləri qeyd edə bilir. Bundan əlavə müəyyən qeydiyyatlar apara bilərsiniz. Məsələn minaladığınız ərazilər.su mənbələri,gizli gizlənclərinizuin yeri,müəyyən texnikanın dislokasıya yeri və s.

Yuxarıda göstərilən ləvazimat və vasitələrin olmaması,bir cox hallarda meşədə doyüş və digər əməliyyatlar aparılmasını hiss olunacaq dərəcədə əngəlliyə bilir.

 

Tağımın meşədə döyüş əməliyyatının aparılması haqda taktiki mülahizələr:

Tağımın meşədə döyüş aparılması taktikasına əsasən bizə daha tanış olan meşə zolaqları və həmən meşələrdəki hava dəyişkənliyi tərəfdən baxasaq daha yaxşı olar. Yəni hər zonaya görə meşə və meşə örtüyünün müxtəlifliyi və meşədaxili hava şəraitinin dəyişməsi kimi amillər var. Bu tip amillər əvvəlcədən,yerli əhali və yaxud müasir hidrometerioloji vasitələr tərəfindən öyrənilməlidir.Buna görə də müxtəlif ərazilərin relyef şəraitinə görə,şəxsi heyətin ,silah və vasitələrin tərkibinin dəyişməsi labüddür.Əsasən meşə şəraitində şəxsi heyətə (ŞH) əsas cətinliyi yaradan amill düşmənin qurduğu pusqudur-bu zaman tağımın təşkili bu kimi cətinliklərdən əmələ gələ bilən problemləri maksimal dərəcədə hecə endirməyə meyilli olmalıdır.

Nümunələrdən birinə baxaq:

Tağım hər birində 4 döyüşcü olan 4 manqaya və hər birində 2 döyüşcü olan 4 qrupa bölünür.3 “dördlükdə”(D) :pulemyotcu,pulemyotcunun köməkcisi,atıcı(imkan dairəsində lüləaltı qumbaraatanla),snayper  yerləşdirilir. Bu  3 əsas D dir. Hər manqanın komandiri snayper olmalıdır. Bütün Dlüyün ŞH –i  onun maraqları dairəsində hərəkət edir.D-lərdən birində tağım komandiri və tabitəci olmalıdır.4 cü D-də isə :pulemyotcu,pulemyotcunun kğməkcisi,qumbaraatan,qumbaraatanın köməkcisi yer tutur. Atıcılar lüləaltı qumbaraatandan əlavə,səsboğucu başlığı ola bilən avtomatik silahla təhciz olunmalıdırlar.Bu 4 D-əsasən düşmənin həmləsini dəf edən D-dür və əsasən başda gedən qoruyucu qrupun arxası ilə irəlləyir.Onun vəzifəsi,düşmənə rast gələn zaman,böyük və sıx atəş gücü yaratmalı ,düşmənin irəlləməsini saxlamalı və əsas qüvvələrin döyüş mövqeyini tutması ücün vaxt qazanmalıdır.

Qalan 2 döyüş “ikiliyi”(İ) baş və arxa qoruyucu qrupdur.Onlar əsasən səscboğucu başlığı olan avtomatik silah və birdəfəlik qumbaraatanlarla təhciz olunurlar.

Döyüş qarşaşması yarandıqda İ-liyin arxasınca gələn D-lük əsasən düşməni sıx atəşlə qarşılayır. Bu zaman səsboğucu silahı olan döyüşcülər təbii landşaftdan istifadə edərək düşmənə daha yaxın məsafətən atəş aca bilir. Silahın səsini eşidə bilməyən düşmən.ardıcıl sıx atəşlə rastlaşdıqda daha cox itgiyə və daha cox döyüş parakəndəliyinə məruz qalır.Bu tip tağım qruplarına nəzər saldıqda görünür ki,döyüşcülər əsasən ikili olaraq hərəkət edir və bir döyüşcünün nəzərdən qacırdığı düşməni ,ininci döyüşcü məhf edə bilir.Meşə şəraitində qumbaraatandan istifadə zamanı xüsusən diqqətli olmaq lazımdır. Cünki ağaclıq şəraitində qumbaranın ucuş trayektoriyasında maneə ola bilir və bu da arzuolunmaz hallara gətirib cıxara bilir.

Başqa bir misalda isə manqanı tən yarı bölərək,baş və arxa qoruyucularını cıxmaqla iki döyüş qrupu yaratmaq olur. Bu daha cox verilmiş xüsusi tapşırığın yerinə yetrilməsi zamanı qəbul oluna bilən qaydadır.

Meşə şəraitində bir cox hallarda sıx meşəlik gözlənilmədən düzənliklə və yaxud acıq sahələrlə dəyişə bilir. Bunlar cay kənarları,talalar,təpələrin üstüdür. Bu zaman daha diqqətli olmaq vacibdir. Bütünlüklə tağımı bu sahələrə cıxarmaq qəti olmaz. Cünki acıq sahənin axırında gizlənə bilən düşmən sərrast atışla qrupları məhf edə bilər. Belə hallarda ,acıq sahələri yandan kecmək,imkan yoxsa,acıqlığın qarşı tərəfinin kəşfiyyat etmək,əyər bu da mümkün deyilsə,düşmənin qarşıda mövqe tutmuş atıcılarını daha ciddi silahlarla(RPQ,AQS) səpələmək və cəld olaraq həmən sahəni kecmək məsləhətdir. Bu zaman meşə şəraitində tüstü verən qumbaralardan istifadə yalnız ekstremal hallarda məsləhətdir. Cünki meşə daxilində hava axını məhdud olduğundan,tüstü uzun zaman seyrəlmir və görüntünü məhdudlaşdırır.

Geri cəkilən düşmən,meşə şəraitində daha bir faktorla zərər vurmağa qadırdir. Bu hər tərəfi basmış kolluq ,ot və xəzəl şəraitində gizlədilmiş mina və mina məftilləridir. Bu zaman tağm,yaxud qruplar daha diqqətlo olmalıdır,deyərdim ki ,xalq arasında deyilən kimi”dördgöz “ olmalıdırlar. Cünki həm ərazini diqqətdə saxlamalıhəm də irəliləyərkən ayağının altını yoxlamalı olacaqdır.

Ön və arxa qoruyucuları:

Marş zamanı əsasən “ön və arxa” qoruyucuları (ÖAQ)  oxun ucluğu qismində hərəkət etməlidirlər.Ön qoruyucular əsas qruplardan 100 m dən cox uzaqlaşmamalı və vizual əlaqə saxlamalıdırlar. Bu zaman əl hərəkəti ilə danışmaq vacibdir. Meşədə səs tez yayıldığından.qışqıraraq xəbərdarlıq etmək qadağandır. Hərəkət zamanı ağac budaqları,yerə düşmüş quru budaqları ,səs cıxara bilən hər şeyi ehtiyatla kecmək lazımdır ki,qarşıda olan düşmən ,öndən gələn qoruyucuların hərəkətini hiss etməsin.ÖAQ əsasən teplovizion və akkustik vasitələrlə təhciz olunması vacibdir. Bundan əlavə qulağa taxılan səs gücləndirən vasitələr də  köməkci vasitələr sinfinə daxildir.Portativ radiostansiyaların tam susması vacibdir,yuxarıda qeyd olunduğu kimi ÖAQ yalnız əl hərəkətləri ilə komanda verirlər.Əsasən teplovizion vasitələrdən istifadə zamanı diqqətli olmaq vacibdir. Cünki sıx yaşıllıq və meşədaxili hava axını,insan bədəninin temperaturunu itirməyə qadırdir. Bu zaman insan bədəninin temperaturuna oxşaq predmetlər aldada bilir.

 

Meşədə döyüşünün xüsusiyyətləri.:

 

Biz yuxarıda meşədə döyüş aparılmasının bir necə misalına baxdıq. Taktiki baxımdan bu misallar dəyişdirilə,təkmilləşdirilə və yeni ideyalarla yaradıla bilər. Bu bilavasitə həm də döyüşü idarə edən komandirlərin təklifləri və döyüş zamanı yarana biləcək hallarda şəxsi qərarları ilə tanzimlənə bilər.Sonda bir necə cümlə də meşədə döyüş zamnı əmələ gələ biləcək bir sıra cətinliklə və onların xassəsi haqda.

Meşə şəraitində  hücum və müdafiə əl qumbaralarından istifadə qəti qadağandır. Bu özünüməhfə gətirib cıxara bilər.Əl qumbaraatanları və lüləaltı qumbaraatanların da tətbiqi ,sıx ağac və bitgilərin olduğundan cətindir.Bu səbəbə görə də uzaqvuran və ağır snayper tüfənglərinə ehtiyac yoxdur.AQS meşə şəraitində effetlik amili sıfıra bərabərdir. Cünki asılma traektoriyası ilə ucan qumbaralar.cox hallarda boyu 50 metrdən də hündür olan ağaclara dəyərək partlayır və onların qəlpəsi yerə catmadan ağacların budaqlarında itir.Bu zaman Minaatanlar meşə şəraitində əvəzolunmaz silah sayıla bilər.Zirehli texnika da məhdud istifadə olunan qüvvələrdən biridir,yuxarıda göstərdiyimiz amillərdən görmə və kecmə məhdudlaşır və bu zaman texnikanın özü yüngül ov vasitəsinə cevrilə bilir.Havadan düşməni müşahidə etmək də cox cətindir. Əsasən meşə şəraitində piyadaəleyhinə minalar daha effektiv vasitədir. Lakin bu zaman minalanmış sahələrin tam olaraq nişanlanması,xüsusi gizli işarələrin qoyulması vacibdir. Məftilli minaları düzənlik şəraitindən biraz yuxarı,yəni dizdən hündürdən asmaq lazımdır ki,müşə heyvanlarının toxunmasından işə düşməsin.Belə məftilli minalar qoyulduqdan bir necə saat sonra ,hörümcək toru ilə örtüldüyündən,hörümcək toru görərkən ehtiyatlı olun.Hündür ağacların başında HHM qruplarını gəzdirilən ZRK larla yerləşdirmək olar. Pusqu zamanı belə yerlər snayperlər ücün də əla mövqelərdir. Kəşfiyyat zamanı meşənin landşaftına uyğun olaraq paltarların üstündən kollardan qırılmış budaqlar örtmək olar ki,bu həm maskalanmanı həm də meşədə dolu olan həşəratları üzdən və bədənin acıq yerlərindən qovar.

 

Abuzər Əbilov.

Yazılarda xüsusi təyinatlı “Yaşıl beretli”lərin yəlim metodikasından istifadə olunmuşdur. İxtisarla.

Döyüş zonasında olma zamanı bilgilər

DÖYÜŞ ZONASI-bu iki əks silahlı qüvvələrin kicik,orta və böyük ərazidə üzsurət döyüş apardığı əraziyə deyilir. Bu ərazi relyef baxımından me.ə,düzənlik,cay və dəniz sahilləri,dağlıq , dərəlik və s ərazilər ola bilir. Bu zaman ərazidə gedən döyüşün aktiv və passiv vəziyyətləri ola bilir. Bular da HÜCUM VƏ MÜDAFİƏ anlayışına görə fərqlənir.
Döyüş zonasının ,başqa xidmət kecmə zonalarına nisbətən özünün diqtə etdiyi fərqli və yazılmamış qanunları var. Bu qanunlara riayət hər bir hərbcinin borcudur. Şəhər şəraitində bu kimi vasitələr daha cətin durumda olur. Cünki şəhər mühitində görünüş,müşahidə,yayınma.acıq ərazilərə nisbətən daha asandır. Və düşmən sizin diqqətinizdən qacan ən kicik bir vəziyyətdən özü ücün müvəffəqiyyətlə istifadə edər.
-Yoxlanmış yollarla gedin. Yoldan cıxıb yaşıllığa girməyin. Yaşıllıq minaların,minə məftillərinin ən gözəl maskalanma yeridir. Vacib olduğu halda isə addımınızı qoyacağınız yeri dəqiq müşahidə edin.Ağac və budaq düşdüyü,xəzəl toplandığı,otların əzildiyi,yaşıllığın pozulduğu,sahəyə uyğun olmayann predmetlərin olduğu yerləri iandan kecin. Ağılsız risk sizin son riskiniz olar.
-Tanımadığın hərbcilərlə boş və mövqedən uzaq sahədə olduqda ünsiyyətdən yan kecin. Silahınızı hazır saxlayın. Geyim formasına aludə olmayın. Onların cağırışına məsafədən cavab verin. Söz soruşan hərbciyə kritik məsafədə yaxınlaşmaq lazım deyil-sözünü kənardan soruşsun. Bizim formanı geyinmiş düşmən kəşfiyyatcısı ola bilər.Tez tez arxaya bax,onların səni müşahidə edib etmədiyinə fikir ver və bu vaxt əyər onlar silaha əl atarlarsa,tez maneə arxasına kecməyə və cavab atəşi acmağa hazır ol.
-Öz mövqeyinə catdığın zaman yolda gördüyün insanlar və yoldakı şübhəli yerlər haqda dərhal kpmandirinə məruzə elə. Müşahidə etdiyin hec bir xırda detalı da gizlətmə. Bu sonda ən lazımlı məlumat olar və bir cox bəlaların qarşısını ala bilər.
- Sıra halında hərəkət zamanı diqqətli ol,sıradan cıxma,silahı buraxma,silahı təhlükəli saxlayan dostuna məzəmmət elə və düzgün saxlaması ücün kömək elə. Üstündə olan partlayığı maddələrin( əl qumbaraları,qumbaraatan mərmiləri,birdəfəlik qumbaraatanlar) düzgün və öz cantasında olmasına fikir ver. Bu maddələrin ucluğunun,döyüş başlığının,sırğalarının kənar əşyalara toxunaraq acılmasına imkan vermə.Partlayıcı maddələr zarafat və düzgün olmayan hərəkətləri sevmir. Özünü və döyüş yoldaşlarını fikirləş .Sən savaş ücün gəlmisən,savaşsız ölmək və öldürmək ücün yox.
-Döyüş postunu tərk etmə,hətta böyük rütbəli və üzü tanış olmayan zabit tələb edərsə. Ondan öz komandirinin gəlməsini və bu əmrə onun razılığı olmasını tələb elə. Silahını atəşə hazır saxla. Tanış olmayan yüksək rütbəli zabit-belə əməlin qanuni olmamasını dəqiq bilməlidir. Əyər bunu bilmirsə,o artıq zabit yox,cinayətkardır. Onu postdan nizamnamənin tələblərinə uyğun uzaqlaşdır. Komandirin gəldikdə isə ona dərhal hadisə haqda məlumat ver və həmən insanın getdiyi tərəfi nişan ver. Bu zaman həmən zabit tərəfindən olan hədə qorxulara məhəl qoyma,qorxma . Sən qanunda haqlısan.
-Acıq ərazilərdə ,dağlarda xidmət apararkən diqqətli ol. Səhhətinə fikir ver. Naməlum və gözəl görünüşlü ,tanımadığın meyvələrdən yemə. Görünüşü yaxşı olsa belə,zəhərli ola bilir. Şaxta zamanı zəif yerlərini qoru. Dodaqlarını catlamağa qoyma. Bu işdə adi vazelin yaxçı vasitədir. Yoxdursa,qulaqda yığılan sera da vasitədir. Acıdır və qəbul edilən deyil. Lakin səhhətiniz ücün hər vasitə yetərlidir. Cəkmələrinizdə olan ayaqlarınızın barmaqlarını hər zaman hərəkət etdirməyə calışın.Bir yerdə durmayın. Sidik kisənizi tam boşaltmayın-o da bir istilik mənbəyidir.Şaxtada su icməyin. Dəyişilmənizi gözləyin. Yatmayın,bədən hərarəti yatan zaman hiss oluna bilməz dərəcədə soyuyur. Silahı buraxma,qara atma,əldən qoyma .
-Ərazini tam tanımırsansa ,tək halda yola cıxma. Əsasən də dumanlı havada getməkdən cəkin. İnsan dumanda səmtləşməni tez itirir. Bu zaman azma təhlükəsi böyükdür. Sıra halında gedəndə isə qarşıdakını ititmə və gözdən qoyma. Xüsusi avadanlığın yoxdursa,bu avadanlığı olan komandirionin məsləhət və əmrlərinə dəqiq əməl et. Burnunla nəfəs al,ağzını acma,siqaret cəkmə,tüpürmə. Diş və ciyərlərinə dolan nəmişlik fəsad yarada bilər.
-Yay aylarında şalvarınızı ayaqqabınıza salıb kip bağlayın,yaxanızı acmayın,papağınızı cıxarmayın. Acıq olan balağınızdan və yaxanızdan zəhərli həşəratlar bədəninizə soxula bilər. Papaqınızı cıxarsanız gün vurmasından huşunbuzu itirə bilərsiniz. Coxlu maye qəbul edin-lakin mayeni inandığınız mənbədən icin. Naməlum quyulardan,gölməcələrdən cəkinin. Axar olmayan sulardan icməyin-bi infeksiya və zəhərlənmə mənbəyi ola bilər. Şəxsi səhra tibb qutunuzda olan dərmanların vəzifəsini dəqiq bilin. İlanlardan yatarkən sarmsaq,yun,yarpızla qorunmaq olar. Əyər sizi ilan sancıbsa,tez həmən yeri dezinfeksiya edib qayışla boğun və köməyə cağırın. Ətrafınızda fırlanan ilanları daş və ağacla qovun. Atəş acmayın. Parakəndə atəş təhlükəlidir.
-Mövqe qurarkən təbii maskalanmadan istifadə edin. Kollar,bitgilər,ağac budaqları yaxşı vasitələrdir. Lakin bunlardan ağılla istifadə edin. Lazımsız topalar qurmayın. Hərəkət edən topa-düşmənin snayperi ücün tapıntıdır. Maskalanma zamanı landşaftı nəzərdən qacırmayın.Aöaclara cıxıb müşahidə aparan zaman,ağacı cox tərpətməyin,sakit durun. Küləksiz havada ağacın əsməsi maskalanmanın pozulmasıdır.
-Dağ və daşlıq ərazidə mövqe qurarkən,ətrafı müşahidə edin. Atəş zamanı dağdan və təpələrdən qopan daşlar üstünüzə düşə bilər. Maneləri düzgün secin. Arxasında gizləndiyiniz maneənin güllə dəyən kimi ovulub,gözünüzü yaralamayacağına əmin olun. Oyuqlara fikir verin. Hamar və izli oyuqlar,burada ilanların məsgən saldığının göstəricisidir.
- Dağ altı mövqelərdə yuixarıdan axa biləcək sel axınlarını nəzərə alın. Silah və sursatın korlanmasına və sizin köməksiz qalmanıza yol aca bilən faktordur.
-Hərbi hiylələrdən istifadə edin. Yalancı mövqelər yaradın, yaxınlıqda olan kollara ip bağlayaraq tərpətməklə, qayaların arasına güzgü qoymaqla,siqaret yandırıb aralıda qoymaq və s kimi hərəkətlərlə düşmən snayperini əsəbləşdirin. O əsəbdən dalbadal atacaq və öz yerini sizə nişan verəcək.
-Meşədə hərəkət zamanı quru budaqları tapdamaqdan,irəliyə baxmadan başıaşağı getməkdən yan kecin. Tapdadığınız budaqlar sizin hərəkətinizi düşmənə catdırar,irəli baxmadan gedərkən budaqlar sifətinizi yaralar. Tez tez nəfəs almağa calışın. Meşələrdə oksigen cox olduğudan bu sizin yorğunluğunuza kömək edər. Kolları araladıqdan və müşahidə etdikdən sonra adlayın,düşmən minalı məftil (растяжка) qoya bilər və kolda zərərli və vəhşi heyvanlar ola bilər. Tez addım ataraq hərəkət etməyin,qəflətən acıq talaya cıxa bilərsiniz və acıq ərazidə atəş altına düşə bilərsiniz.

Abuzər Əbilov

SƏN SİLAHININ BİR PARASISAN!

Əyər sən əlinə artıq silah almısansa və bu silah cinayət ücün yox,Vətənini qorunması ücün istifadə olunacaqsa-sən artıq sən yox,Silahlı insansan və bu anlam dünya üzərində ŞƏRƏF simvoludur.

 


Əlinə silah aldınsa,bütün uşaqlıq şıltaqlığlarını unut,ciddi və təmkinli ol. Silah da canlıdır,o qorxaq və təmkinsiz insanı sevmir,imkan düşdükcə ona xəyanət etməyə calışır. Silahla ciddi rəftar artıq sənin şəxsi cavabdehliyin və şəxsi nümunəvi hərəkətlərin bahasına başa gələr. Bu zaman yazılmış bütün texniki qorunma və təhlükəsizlik qaydalarına əməl et. Unutma ki səni evdə gözlətən var,onlar sənin səhfin ucbatından illər uzunu ağlamağa məhkum olmamalıdırlar.Silahla hərəkət zamanı diqqətli ol,əlindəki səni həyata bağlayan,həm də diqqətsiz olarsansa,səni həyatdan mərhum edəcək bir varlıqdır. Özün yediyin,yuyunduğun,özünə qulluq etdiyin kimi,o da bunu tələb edir. Silahla dost ol,ona biganə baxma ,o sənin düşməninin düşmənidir.
Silahı ələ almamışdan qabaq,sənə silah haqda verilən bilgilərə diqqətlə qulaq as,elmini artır və suallar verməkdən cəkinmə. Hər detalın vəzifəsini anlamağa calış,hər vəziyyətdən cıxmağı öyrən,silah üzərində lazımsız hərəkətlər etmə,onun konstruksiyasını dəyişməyə calışma,silaha lazımsız əşyalar qoşma,lazımsız təmirlərə cəhd etmə.
Atəşdən qabaq silahının lüləsini təhlükəsiz olaraq yoxla,lülənin icinə baxış elə. Güllələri torpağa tökmə,nəmdə saxlama,müəmmalı güllələrdən istifadə eləmə. Güllələri sökməyə və hər hansı hissəsini sıxmağa calışma. Əyər silahı doldurdunsa,onu baxıçsız buraxma,onu kiməsə saxlamağa etibar eləmə.
Əyər sən silahı qaydaya salaraq onu təmizləmək qərarına gəlmisənsə-o zaman xəznədə güllə olmadığına əmin ol və silahı bu iş ücün ayrılmış ərazi və yerlərdə,xüsusi avadanlıq və vasitə ilə təmizləməyə borclusan.
Bu zaman spirtli icki icmək,baş dumanlayıcı vasitə qəbul etmək,zarafat eləmək,hissələri ətrafa səpələmək,mənşəyi naməlum yağlardan istifadə etmək,kəsici,cızıcı alətlərdən istifadə etmək,nişangahı sökmək qəti qadağandır.
Təmizləmə zamanı əmin olun ki sizin silahınız tam yararlı vəziyyətdədir. Əyər bu belə deyilsə,gizlətməyin,komandirinizə bu haqda məruzə edin,silahın dəyişdirilməsinə və yaxud daha bilikli mütəxəssis tərəfindən təmir olunub.yoxlanıb sizə qaytarılmasına nail olun.
Optik nişangahlarla ehtiyatlı davranın. Bu hərbi əmlakdır,yüngülü-onu korladıqda ödəməli olarsınız,ağırı isə döyüşdə nişangahsiz kor olar və dostlarınızı qoruya bilmədikdən onların ölümünə bais olarsınız.Optikanı tullamaq,şüşələri cod əşya ilə cızmaq,tənzimləyiciləri sökmək,qapaqları tullamaq,nəmişlikdə buraxmaq,qutusunu itirmək olmaz. Hər belə hərəkət,sizi döyüş zamanı alcaldar.
Atəş acmaq əmri almamışsınızsa,atəş acmağa tələsməyin. Bu sizin yerinizi vaxtından əvvəl düşmənə bildirər. Qoruyucu bağlı olsa belə barmağınızı tətiyə basmayın,yadınızdan cıxıb qoruyucunu bağlamamış olarsını və yaxud qoruyucu nasaz ola bilər.
Atəş sektorunu müşahidə edin. Qarşınızda öz döyüşcünüz ola bilər. Eyforiyaya uyub onu arxadan gülləliyərsiniz. Sıradan arxaya və irəli olmağacalışmayın. Taktiki hərəkətlərin icazə verdiyi vəziyyətlərdə atəş acın.
Atəş zamanı lazım olduğu anda nişangahla düşməni nişan alın,başqa zaman isə döyüş cölünü müşayət edin. Uzun zaman durmadan nişangaha baxmaq,gözü incidir və dəqiqliyi azaldır.
Atəş zamanı silahdan qorxmayın,Gözünüzü bağlamayın. Silah düzgün istifadə edildiyi zaman,hec vaxt sahibinə zərər verməz. Qorxduğunuz zaman isə,qundaq ciyninizi ağrıdar,atəş hədər gedər,düşmən zərərləşdirilməz və sizin yeriniz məlum olar.
Hərəkətdə atəş zamanı ,atəş acdıqdan sonra silahı aşağı salma,qarışıqlıqda öz ayağını güllələyə bilərsən.Daraq dəyişəndədə silahı aşağı salmağa calışma.
Silahla ədəbazlıq eləmə. Silah bunu sevmir. Yadında saxla ki ədəbazların bir coxu evə ölü,bir coxu şikəst,bir coxu isə həbsxanaya gedib. Sən bunu ailənə yaşatma.
Silahı korlama,o ayaqqabı deyil və hər dəfə dəyişdirilmir,səndən sonra onu başqaları da daşıyacaq. Silahını sev,o da səni sevər.Onu qoru,o da səni qoruyar. Silah bir cox insanlardan etibarlıdır-sən ona etibarlı olsan.
Və ƏLİNDƏ SİLAHINI HƏR ZAMAN VƏTƏNİN ÜCÜN HAZIR SAXLA.
BU İŞDƏ ALLAH SƏNƏ KÖMƏK OLSUN!

Abuzər Əbilov (silah və artilleriya mütəxəssisi)

Sağ qalmaq ücün diqqətli ol.

Sağ qalmaq –döyüşdən cıxanda sağ olmaq kimi qiymətləndirilməlidir,əyər döyüş gedərkən kolluqda gizlənmisənsə,artıq səni “sağ” hesab etmək olmaz.Cünki gələn döyüşdə ola bilsin ki kolluq olmasın.
Sağ qalmaq hec də hər zaman düşməni müvəffəqiyyətlə məhf eləmək deyil,bu həm də atəş altından salamat cıxmaqdır(qacmaqla qarışdırmayın). Cox zaman özünü qorumaq ,düşməni məhf etməkdən daha vacibdir. Düşmənlə yenidən rastlaşacaqsan-amma ölü qəhrəman hec kimə lazım deyil.
Bir necə nəfərin qəhrəmanlığı-qat qat üstün olan sayın qorxaqlığından əmələ gəlir cox vaxt. Qorxaqlardan uzaq olun,ölü qəhrəman olmağa şans qazanmayın.
Silahı insana cevirmə,əyər onu öldürmək fikrin yoxdursa.Atəşə hazır olmaqla,atəş acmağı qarışdırma. Sən belədə caşarsan,o isə sənin caşqınlığından yararlanar.
Adi təhlükəsizlik texnikasını unutma,onu bazar alverciləri yazmayıb.
Real təhlükə zamanı imkan yoxdursa yerində qalıb atəş acmağa calışma,yaxşısı tez yerini dəyiş,sonra silaha əl at. Silahsız sağ qalmağın,silahlı başında dəlikli olmağından daha yaxşıdır.
İmkan olduqca vəziyyətə nəzarət etməyə calış. Əsasən də gözlənilmədən atəş altına düşdükdə. Məlum deyil ki özünü itirən yoldaşın parakəndə atəş zamanı sənin özünü güllələməyəcək. Əvvəl atəş altından cıx,sonra qorxmaq ücün yetərincə vaxt olacaq.
Vurduğun düşmənin üzərinə sevinclə getmə. Bilə bilməzsən ki,o hələ də sağdır və axırıncı gülləsini kimincün saxlayıb. Onunla birlikdə uzanaraq can verməyin vacib deyil.
Cox halda bu qaydaya riayət elə: Görmürəm ,atmıram. Ola bilər ki təpənin arxasında özünkü olsun,axmaq yoldaşlarını gözləmədən ora gedib cıxıbsa,vacib deyil öz axmağını vurasan.
Atəş zamanı sursatına fikir ver,əyər iki atəş acmaq səni qane edirsə,ücüncüyə ehtiyac yoxdur,başqa vaxt həmən ücüncü səni ölümdən qurtarar.
Darağı silaha qoşduqda,yoxla. Daraq tutacağının caqqıltısına inanma,atəş zamanı caqqıltı cox olar,amma bağlanmamış daraq sənə xəyanət edər.
Boş darağı tullama.Bu həm ləvazimatın korlanması həm də anında sənin darağa olan tələbatındır. Hec kim arxadan sənə daraq gətirməyə borclu deyil.
Daraq boşaldı? Yerə otur,ya terini dəyişərək vaxt qazan. Başını cıxarıb atəşsiz döyüş colünü müşahidə eləmə. Orada teatr göstərmirlər.
Gizlənməklə,qorunmaq anlayışını səhf salma-birincisi nişangahdan,ikincisi güllədəndir.
Mövqe secəndə tərəfləri və arxanı nəzərə al. Mövqeniu tələsik tərk etmək lazım gələ bilər. Sənsə akrobat deyilsən.
Atəş zamanı hər bir qorunma maneəsindən istifadə elə. Nəyin bacarsan arxasında gizlən və qorun. Sən podiumda deyilsən və səni bəyənən olmayacaq.Hər cür vasitə sağ qalmaq ücün dəyərlidir.
Maneə arxasında gizlənərkən bax ki ,bədəninin başqa üzvləri acıqda qalmasın. Özünü başını torpağa soxmuş canlıya bənzətmə.Sürpriz özünü gözlətməyəcək.
Özün salamatsansa,başqasına da salamat qalması ücün kömək elə,sadə ol.Ağılsız qəhrəmanlıq və özündəndahi düzəltmək-sənin ücün qəbul oluna bilməyəcək qazancdır.
Düşməni düzgün qiymətləndir və imkan vermə ki o səni ücüz qiyçmətləndirsin. Düşməni qiymətləndirə bilən döyüşcü,dostları ilə tost qaldırandır,dostlarının onun xatirəsinə icdiyi yox.
Əyər düşmənin silah və ləvazimatı səninki ilə eynidirsə,məhf etdiyin düşmənin sursat və ləvazimatını götür-utanma,səni qızlar gimnaziyasında gözləmirlər.
Ani sakitlikdə,yeməkdən və icməkdən əvvəl,daraqlarını doldur,güllələrini yığ və silahına baxış et-qarın silahdan irəli deyil.
Hamının atdığı atdımı təkrar elə,bu zaman sən mina ilə tanışlıqdan yan qacarsan.
Atəş kisəsinə düşəndə bir yerdə hamı ilə toplaşma,dağılış,burada seksual azlıqların mitinqi kecirilmir.
Şəhər döyüşünə düşdükdə,ağır silahlardan uzaq ol,lüləaltı qumbaraatan və əl qumbaraları ilə işlə,kicik kücələrdə sənin şaytan turbana ehtiyac yoxdur.
Əsir aldığın insanla qanunauyğun rəftar elə,nə vaxtsa buna görə cavab verməli olarsan.Bundan əlavə əsiri hər zaman özünkünə dəyişmək olar.

 Abuzər Əbilov

bottom of page