top of page

Yazıdan maariflənmək və dərs vəsaiti kimi istifadə etmək azaddır.

Müəllif.

OTRK( operativ taktiki raket kompleksi)   İSKƏNDƏR (Rusiya)

Bu tip raket kompleksi  istehsalcının iddiasına görə,yüksək dəqiqlikli ortamənzilli raket kompleksləri sinfinə aid olub,operativ dərinlikdə yerləşən  qüvvəölərə və xüsusi vacib böyük və kicik sahələrin məhf edilməsi ücün nəzərdə tutulmuşdur.

 

RK(Raket kompleksinin ) məhf edə biləcəyi hədəflər

 

-Komanda  idarəetmə mərkəzləri və rabitə qovşaqları,

-Böyük ordu qruplaşmaları,

-Atəş vasitələri,

-HHM və RƏM(raket əleyhinə müdafiə) sistemləri,

-Təyyarə və helikopterlərin dayanacaq aerodromları.

 

RK –nin xüsusiyyətləri:

 

-Əks tərəfin aktiv REM  (radioelektron müdafiə) və RƏM istifadəsi zamanı effektiv və yüksək

dəqiqli zərbənin endirilməsi,

-Döyüş növbəsinə gizli hazırlanma və raket zərbələrinin endirilməsi,

-Avtomatik hesablanma və raketin ucuş parametrlərinin buraxıcı qurğu vasitəsi ilə verilməsi və tənzimlənməsi,

-Raketin hazırlığında və buraxılması  zamanı problemlərin olmaması,

-Aparıcı maşının bütün oxlarının aparıcı olması ilə əldə olunan ,böyük manevr imkanları,

-Döyüş idarəetməsinin avtomatlaşdırılması və kəşfiyyat məlumatlarının idarəedicı  komandaya operativ catdırılması,

-Bütün hava və günün bütün saatlarında tez bir zamanda döyüş halına gətirilərək,atəş acma imkanları.

 

Kompleksin avadanlıqları :

 

 

-Raketlər,özügedən buraxılış vasitəsi,doldurucu – transport maşını.

-Komanda qərərgah maşınına birləşdirilmiş ,döyüş və informasiya təminatı vasitələri,

-Texniki xidmət və döyüş təminatı şəxsi heyətinin ,döyüş növbəsində olduğu zaman, yaşama təminatı maşını,

- Aldadıcı raket və buraxıcı kompleks maketlərivə tədris – təlim vasitələri.

 

 

Kompleks döyüş istifadəsini dəniz səthindən 3000 metr yüksəklidə ,həm acıq,həm də bağlı ərazilərdən yerinə yetirə bilir. Bu zaman xüsusi mühəndis hazırlığına ehtiyac yoxdur.Həm tək,həm də qoşa raketlərlə atəş acmaq imkanı var.

 

TTX(taktiki-texniki xassələri:

Atəş uzaqlığı: 50 km(minimal) 280 km (maksimal)

Statrt cəkisi(raket)-3800 kq

Döyüş başlığı: qəlpələnən döyüş elementləri ilə,qəlpəli – fuqas,dərinliyə daxil ola bilən fuqas.

Şassi: təkərli,yüksək kecid imkanlı.

Cəkisi 42.300 kq

Raket sayı 2..

Döyüş hesabı:3 nəfər

  • Facebook Social Icon

ATACMS ( Army Tactical Missile System,)

Bu tip operativ taktiki raket kompleksləri Lockheed Martin şirkətinin istehsalı olaraq  yaxın və orta mənzilli ballisik raketlər sinfinə daxil olaraq ABŞ MN –nin MGM-140,MGM-164,MGM-168 indeksini daşıyırlar.ARACMS raketi,buraxıcı –daşınma konteynerində M39 indeksi daşıyır.Kompleks 1988 ci ildə yaradılmağa başlasa belə,1991 ci ildən orduya daxil olunmuşdur.Bir kompleksin qiyməti 2.3 milyon dollardır.

  • Baza yaranışı olan raketi inersial idarəetmə sistemi ilə,özündə 950 patrladıcı elementi birləşdirən M74 kasset başlığı ilə 165 km məsafəyə zərbə endirə bilir.

  • MGM-140B ATACMS Block 1A modernləşdirilmiş  modifikasiya olaraq ,inersial idarəetmə sistemi , amerika peyk sistemi olan NAVSTAR  qəbuledicisi ilə  kompleksləşdirilərək,verilən hədəfi yüksək dəqiqliklə 300 km məsafədə kasset tipli başlığı ilə məhf etmək imkanına malikdir.

Bundan əlavə  MGM-168A ATACMS Block 4A tipli daha yüksək dəqiqlikli raketlər tipi mövcuddur ki, bu tip raketlərin dəqiqlik əmsalı +- 10 metrdir.

Raketlərin atəşi ücün modernləşdirilmiş və yüksək kecidə HIMARS (Hight Mobility Artillery Rocket System) istifadə olunur.Bu tip daşıyıci və atəş sistemi  C-130 tipli təyyarədən boşaldılandan sonra 10 dəqiqə ərzində döyüş halına gətirilə bilir.Bu tip OTRK lar “Səhrada tufan” əməliyyatı zamanı istifadə olunmuşdur

bottom of page