top of page

Reaktiv və adi artilleriya sistemləri.

Artilleriya –dünya savaş tarixinin qədim növlərindən biri olaraq,öz dağıdıcı,məhfedici qüvvəsinə görə,bir cox savaşlar zamanı öndə olan bir növdür. Öz başlanğıcını primitiv kəndirlə hərəkətə gətirən mancanaqlardan başlayan bu döyüş növü-illər kecdikcə,insan barıt qazlarına daha cox yer verdikcə,daha da aktuallaşdı. Böyük cuğun sexlərində tökmə üsulu ilə əldə edilən ağır yöndəmsiz və dəqiqliyi olmayan toplar artıq tarixdə qaldı. Bu günkü  müharibə arenalarında artıq təklülə prinsipi yox,toplum və dəqiq atəş prinsipi daha cox müraciət edilən hərb üsullarına cevrildi. Artıq dünya, yaylım atəşli,dəqiq,komanda ilə idarə olunan,hədəfi özü secən,başlığında böyük sayda elementləri birləşdirən yer-yer tipli RYAS(reaktiv yaylım atəş sistemləri)-nə yer verməkdədir. Əyər yüzilliklər öncə daş mancanaqları müharibələrin müqəddəratını həll edirdisə,bu gün də yeni sistemlər,savaşaparma texnologiyasında ön sıralardan birini tutur.Və bu tendensiya yüksələn templə irəlləməkdədir.

Abuzər Əbilov-silah və artilleriya üzrə mütəxəssis. Ehtiyatda olan zabit.

Tarixə görə bu tip Reaktiv Artilleriya Sistemlərinin yaranmasını tarixcilər Koreyanın “alovlu arabası” Xvacxa  ilə bağlayırlar.  Böyük Sedjonun krallığı zamanında XVəsrdə   ixtira olunan ilk reaktiv artilleriya  qurğusu demək olar ki reaktiv artilleriyanın başlanğıc təməlini qoydu.Birinci olaraq bu tip silah kütləvi halda döyüş tətbiqini XIX əsrin əvvəllərində ingilis qoşunlarının1806 cı ildə  Bulon şəhərinə hücumu zamanı 200 barıt raketləri buraxılmaqla tapdı.Bundan sonra 1812-1815 ci illərdə ingilis-amerika müharibəsində istifadə edildi. Lakin raketlərin istehsalındakı qeyri dəqiqlik, balisstikadadakı səhflər,raketin ucuş trayektoriyasını  dəyişərək,onu hədəfdən sapdırdı. Məhz bu amil ,uzun zaman bu layihəni unutduraraq,bu sistemlərə olan tələbatı  hecə endirdi.

Reaktiv artilleriya sistemlərinin yenidən gündəmə gəlməsində Sovetlər birliyinin Reaktiv Elmi araşdırma mərkəzinin 1927-37 ci illərdə RS-82 və RS -132 mərmilərini sınaqdan kecirməsi böyük rol oynadı.1930-41ci illərdə ZİS-6  yük maşınlarının bazasında BM-13 buraxıcı qurğusu sınaqları  uğurla kecərək silahlanmaya qəbul olundu.

Reaktiv Yaylım Atəş Sistemləri(RYAS) əsasən silah kompleksidir ki, özündə coxdoldurulan buraxıcı qurğu və reaktiv mərmiləri(idarəolunmayan raketlər,reaktiv dərinlik bombaları) birləşdirir.Bundan əlavə bu komplekslərə köməkci vasitələr də aid edilir. Bunlar doldurucu maşınlar və bu kompleksə aid olan qurğulardır.Belə sistemlər dünyanın bir cox ordularının quru qoşunlarında,hərbi hava qüvvələri və Hərbi dəniz qüvvələrində tətbiq olunur.

A-100.Cin istehsallı 300 mm lik RYAS.

2000 ci ildə silahlanmaya qəbul olunub.Sovetlər birliyinin”SMERC” Reaktiv Yaylım Atəş Sisteminin texniki göztəricilərindən istifadə edərək hazırlanmışdır.

Capı: 300 mm.

Ucuş məsafəsi 100 km.

Uzunluğu 7276 mm

Cəkisi 840 kq

Döyüş başlığının cəkisi 235 kq

Dəniz səthindən icazə verilən yüksəklik 3000 m

İstismara icazə verilən hərarət -40,+55

Dğyüş başlıqlarının növü:

500 ədədlik kumultariv-  qəlpəli   döyüş elementli. Kasset tipli.

30 dərəcə bucaq altında 70mm lik zirehi dələ bilən 5 özüistiqamətlənən kumulyativ-qəlpəli döyüş elementli .Kasset tipli.

 

AR1A Cin istehsallı RYAS.

A-100 RYAS –nin sonrakı modernləşdirilmiş modelidir və Sovetlər birliyinin”SMERC” RYAS –nin əksidir.

 

AR1A.Cin istehsallyı 300 mm-lik RYAS.

2009-cu ildə kecirilən İDEX sərgisində NORİNCO şirkəti  özünün  yeni RYAS-i olan AR1A –nı  təqdim etdi. Demək olar ki bu hec də yeni bir model yox,sadəcə A 100 RYAS-nin modernizə olunmuş modeli idi. Sovetlər birliyinin “SMERC” RYAS-nın əksi olan bu sistem də əsasən “SMERC” –in dəqiq  əksləşditilmiş modeli olmaqla bərabər,hətta reaktiv mərmilərin işlənib hazırlanmasında Rusiyanın Dövlət elmi tədqiqatlar institutu olan “SPLAV”-ın da əməyi var.

Buraxılış ili 2009

Döyüş halında cəkisi 42500 kq

İstiqamətləndiricilərin sayı 10

Yürüş halından döyüş halına gətirilmə 5 dəq

Yaylım atəş vaxtı 60 s

Şosse yolda hərəkət sürəti 60 km\saat

Təkər formulası 8x8

Sursatlar:

Kasset tipli mərmi BRE2 –ucuş məsafəsi 60-130 km,döyüş başlığı –fuqas tipli,məhfedici elementlərlə.Döyüş başlığının cəkisi 190 kq.Effektiv məhfetmə  radiusu 100 m.

Kasset tipli BRE3-ucuş məsafəsi 20-70 km.Döyüş başlığında 623 kumulyativ –qəlpəli məhfedici elementlər vardır.Kumulyativ-qəlpəli məhfedici elementlər( KQME) 80 -160 metr məsafəyə səpələnə bilir.50mm qalınlığında olan zirehi deşə bilir.

Kasset tipli BRE4 –ucuş məsafəsi 60-130km.Döyüş başlığında 480 KQME vardır.KQME –lər 80-16 m məsafəyə səpələnə bilir. 50mm qalınlığında zirehi deşə bilir.

WM-80 Cin istehsall; PYAS

Bu tip RYAS-ləri Cinin 123 nömrəli xüsusi müdafiə  kompleksləri ücün nəzərdə tutulmuş bağlı zavodunda istehsal olunmuşdur. İxrac variantı Cinin Norinco korporasiyası tərəfindən təklif olunur. Bu tip sistemlər Banqladeş,Ermənistan,İordaniya  və Sudan kimi ölkələrə bir necə divizion şəklində satılmışdır. Buraxıcı qurğu Shandonq Taian TAS5380 ,yükqaldırma qabliyyəti 20 ton olan 8X8 tipli yük maşınlarında qurulmuşdur.Marş vəziyətində maşının kabinəsində 5 ekipaj üzvü yerləşir. Bu tip sistemlər də əsasən Sovetlər birliyinin “Smerc” tipli RYAS-lərinin “klonu” adlandırmaq olar. Atəş idarə etmə,sistemin konstruksiyaları,doldurulma mexanizmi cox oxşardır.

Buraxıcı lülənin uzunluğu 4885 mm

Buraxıcıların sayı 8 əd

Maksimal qalxma bucağı 60 dərəcə

Heyəti 5 nəfər

Sistemin marş halından ,döyüş halına gətirilməsi 3-5 dəq.

Capı 273 mm

Mərminin cəkisi 505 kq

Döyüş başlığının cəkisi 150 kq

Atəş uzaqlığı 34-80 km-dır.

RYAS-ın döyüş vəziyyətindəki cəkisi 34 tondur.

Bu modeldən sonra Cinlilər atəş uzaqlığının artırılması ücün,sistemi daha da modernləşdirmək qərarına gəldilər. Böyük işlərin getməsinə baxmayaraq ,sistemdə hiss olunan bir dəyişiklik əldə etmək mümkün olmadı. Sistem özü demək olar ki, dəyişilməz qalsa da ,yeganə nailiyyət  raketləriə 120 km məsafəyə qədər  uzaqlıq verməm mümkün oldu. Ümumiyyətlə Cin Xalq Respublikası,istehsal gücünün nəhəngliyinə baxmayaraq,sınanmış və istehsalda olan Dünyanın ayrı-ayrı sistemlərinin modernləşdirilmiş  “klonlarına” üstünlük verir. Bu da artıq məsrəf olan böyük elmi araşdırma mərkəzlərinin saxlanmasından yan qacmağa kömək edir. Belə ki, lazım olan sistem alınır,bir müddət sonra həmən sistemin,bir sıra modernləşdirmə,kicik texniki göstəricilərin dəyişmə,qurğunun idarəedilməsində müəyyən dəyişilmə ilə alınmış qurğunun “klonu” meydana cıxır. Bu zaman əvvəlki istehsalcı “modernləşmə və texniki dəyişilmə” faktı ilə üz-üzə qaldığından,hec bir irad və tələb irəli sürə bilmədiyindən,faktla barışmaq məcburiyyətində qalır.

VEYŞİ -1 .” KEŞİKCİ -1”(Straj-1)

Cinin 302 mm-lik RYAS-i. “Sıcuan eyrospeys indastriz” SCAİC korporasiyasının məhsuludur.Sistemin hazırlanmasına 1980 cı illərdə başlansa da ,yalnız 10 kecdikdən sonra onun yoxlamalarına başlanmışdır.Əslində bu model hazırlandıqdan sonra silahlanmaya qəbul edilməmiş və ixrac olunmamışdır. 2013-cü ildə Tailand lisenziyasına malik olduğu və özünün W-1 adlandırdığı,VOLVO FM12 şassisinin üzərində yerləşdirdiyi modelini işləyib hazırladı. Bu tip WS1 və   WS-1B  idarə olunmayan RYAS-I  Suriya tərəfindən “XABAR-1! Və “R160” (maksimal ucuş uzaqlığının 160km- qədər uzadılmışdır).Bu tip raketlərdən Fələstin döyüşcüləri İsrailə  atmışlar.

Capı 302 mm

Raketin uzunluğu 4.7m

Raketin cəkisi 524 kq

Atəş uzaqlığı

WS-1 40-100 km

WS-B 60-180 km.

Buraxıcının sayı  sayı  4

 

WS -3  KEŞİKCİ-3(STRAJ-3).

Cinin istehsalı olan 400mm –lik RYAS. Cinin Sichuan Aerispace İndustry Corporation (SCAİC) korporasiyası tərəfindən işlənib hazırlanmışdır. Bu modeldə WS -2-yə nisbətən dəqiqlik daha artırılmış,fədəfdən sapmanın qarşısı maksimum dərəcədə alınmışdır.Raketləri 200 kq-lıq partlayıcı döyüş hissələrindən ibarətdir. Bunlar : fuqas,kassettipli(540 döyüş elementi ilə) və böyük həcmli partlayış ücün olan başlıqlardır.

Capı 400mm

Raketin uzunluğu 7.302m

Raketin cəkisi 1285kq

Döyüş başlığının cəkisi 200 kq

Atəş uzaqlığı 70-200km

İdarəetmə sistemi: GPS –lə korreksiya  olunan İNC sistemi.

HİMARS .(HİGH MOBİLİTY ARTİLLERY SUSTEM)ABŞ istehsalı olan yüksək mobil raket artilleriya sistemi. Bu sistem operativ –taktiki təyinatlıdır.Yüngülləşdirilmiş  RYA sistemlərinə aiddir və təkərli texnika üzərində qurulmuşdur.

HİMARS ,ABŞ ordusunun  silahlanmasında olan 5 tonluq FMTV( Family of Medium Tactical Vehicles)  tipli avtomobillərin üzərində qurulmuşdur.Bu tip avtomobillərdə 6 reaktiv mərmi,yaxud 1 operativ-taktiki  ballistik raket olan ATACMS aparmaq mümkündüqr.

HİMARS ,c-130 tipli təyyarələrdə daşına bilir. BAE System Mobility &Protection Systems(əvvəllərArmor Holdingc İnc)tərəfindən istehsal edilir.Raket hissələri Lockheed Martin firması tərəfindən hazırlanır.

1994-cü ildə HİMARS-ın hazırlanması elan olundu. 2002 ci ildə ABŞ-ın Dəniz Piyadaları korpusu ,Quru qoşunları ilə danışıqlar cərcivəsində 40 belə sistem əldə edə bildi. 2007-ci ilin iyununda14-cü dəniz piyadaları alayının  FOKS-2 dəniz piyadaları batareyası İrakın Əl-Ənbar vilayətində yerləşdirildi.Bu dəniz piyadalarının birinci nümayəndəsi idi ki, HİMARS-la döyüş əməliyyatlarında iştirak edirdilər.

2011ci ilin sentyabrında Sinqapur ordusu HİMARS-ları öz silahlanmasına qəbul elədi.Silahlı qüvvələrə 18 HİMARS,9 ədəd  5 tonluq FMTV və XM31(GMLRS) tipli raket konteynerləri catdırıldı.

HİMARS-ın başqa naliyyətlərindən biri də onun həm “yer-yer”,həm də AİM120 AMRAAM tipli zenit raketlərindən atəş aca bilməsi funksiyasıdır.HİMARS-lar ücün 2 tip MFOM ( MLRS Family of Minitions-universal tipli reaktiv sistemlər ücün sursat )  tipli döyüş sursatları nəzərdə tutulmuşdur:

M26 –idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər (subelementlər M77)

M26A2-idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər(subelementlər M77) böyüdülmüş atəş uzaqlığı ilə(ER MLRS),

M26A1 idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər (subelementlər M85)böyüdülmüş atəş uzaqlığı ilə,

GLMRLS(Guited MLRS-idarəolunan MLRS)-İDARƏOLUNAN(İnersial+GPS) bir raketin qiyməti 100 000 dollardır.

M28-təlim reaktiv mərmisi,

M28A1-Təlim reaktiv mərmisi(kicildilmiş atəş uzaqlığı ilə)

AT-2 –kasset tipli mina səpələyən mərmi,

ATACMS Block I A-950 döyüş elementi olan ,165 km-ya inersiya idarəetmə sistemi olan taktiki raket,

ATACMS BlockIA-300 döyüş elementi olan ,300 km ya inersial idarəetmə sistemi  və GPS qəbuledicisi olan taktiki raket,

ATACMS Block IA Unitary-500 funt cəkisi olan,fuqas başlıqlı və 270 km atəş uzaqlığı olan ,inersial idarəetmə sistemi və GPS  qəbuledicisi olan taktiki raket.

ATACMS Block II -13 özünişanlayan BAT tipli  döyüş elementi  olan,kasset tiplivə 140km döyüş uzaqlığı olan taktiki raket.

ATACMS BlockIIA-6 özünişanlayan BAT tipli döyüş elementi olan,kasset tipli və 300 km döyüş uzaqlığı olan taktiki raket.

Bu tip RYAS-lar NATO bloku ölkələrində yayılmaöa başlamışdır. Blokdan kənar  dövlətlərə satılması,lisenziyaların verilməzi və texnologiyanın bölüşdürülməsi prespektivləri müzakirə olunmur. Belə ki ,Böyük Britaniya ordusu bu tip PYAS-ları əldə edərək ,bu top sursatları özünün istehsalına verərək,qurğunu özünün Supraqat 600 tipli maşınlarında quraşdırmışdır.

M270 MLRS(Multiple Launch Rocket System,(həm də SRLL-Self-Propelled Loader kimi təqdim olunur))ABŞ –ın universal buraxıcı qurğu sistemidir ki,həm də RYAS kimi və taktiki raketlərin buraxıcısı kimi istifadə olunur. 1980-cı illərdə bu qurğudan AGM-137 TSSAM qanadlı raketlərinin buraxılması ücün də istifadə olunmuşdur.Lockheed Martin Missiles and Fire Control firmasının məhsuludur. ABŞ ordusunda silahlanmaya 1983 cü ildə qəbul olunub.

Buraxıcı qurğu M2 BRADLEY tipli tırtıllı ABŞ döyüş maşınının üzərində quruımu.dur.Kabinədə 3 heyət üzvü yerləşdirilmişdir: Qurğunun komandiri,tuşlayıcı və sürücü-mexanik.

.HİMARS-lar ücün 2 tip MFOM ( MLRS Family of Minitions-universal tipli reaktiv sistemlər ücün sursat )  tipli döyüş sursatları nəzərdə tutulmuşdur:


MFOM

M26 –idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər (subelementlər M77)

M26A2-idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər(subelementlər M77) böyüdülmüş atəş uzaqlığı ilə(ER MLRS),

M26A1 idarəolunmayan kasset tipli başlığı olan reaktiv mərmilər (subelementlər M85)böyüdülmüş atəş uzaqlığı ilə,

GLMRLS(Guited MLRS-idarəolunan MLRS)-İDARƏOLUNAN(İnersial+GPS) bir raketin qiyməti 100 000 dollardır.

M28-təlim reaktiv mərmisi,

M28A1-Təlim reaktiv mərmisi(kicildilmiş atəş uzaqlığı ilə)

AT-2 –kasset tipli mina səpələyən mərmi,

AFOM

AFOM tipli sursatlar(Army TACMAS Family pf Minitions) ATACMS-lar ailəsinə daxildir.

ATACMS Block I A-950 döyüş elementi olan ,165 km-ya inersiya idarəetmə sistemi olan taktiki raket,

ATACMS BlockIA-300 döyüş elementi olan ,300 km ya inersial idarəetmə sistemi  və GPS qəbuledicisi olan taktiki raket,

ATACMS Block IA Unitary-500 funt cəkisi olan,fuqas başlıqlı və 270 km atəş uzaqlığı olan ,inersial idarəetmə sistemi və GPS  qəbuledicisi olan taktiki raket.

ATACMS Block II -13 özünişanlayan BAT tipli  döyüş elementi  olan,kasset tiplivə 140km döyüş uzaqlığı olan taktiki raket.

ATACMS BlockIIA-6 özünişanlayan BAT tipli döyüş elementi olan,kasset tipli və 300 km döyüş uzaqlığı olan taktiki raket.

Mərminin capı 227mm

Mərminin uzunluğu 3960mm

Mərminin cəkisi 258-310 kq (döyüş başlığının tipindən asılı olaraq)

Döyüş başlığının cəkisi 107-159 kq

Doyüş uzaqlığı:

M26A1\A2 raketləri ücün 45 km

GMLRS M30 raketləri ücün -70 km

ATACMS Block IA-80 km

Döyüş maşını:

Uzunluğu 6.9m

En  2.97 m

Hündürlük 2.6m

Döyüş halında cəkisi 25 t

Şosse yolda maksimal sürəti 65 km\saat

Döyüş maşınının döyüş halına gətirilməsi 2 dəqiqə

Tam atəş paketinin atılması(12 raket) 60 s.

Maşının satış qiyməti 4 milyon dollardır.

T-300 KASIRQA (Türkiyə).

300 mm lik Türkiyə Respublikasının istehsalı olan T-300 kasırqa tipli RYAS-i,hətta “Smerc” tipli RYAS-i ilə müqayisədə daha güclü və dağıdıcı imkana malikdir. Bu tip qurğular ,düşmənin dərin müdafiə zonasında yerləşən həyati vacibi obyektlərinə,kommunikasiyalarına,infrastrukturuna,cəbhəxanalarına,texnikanın sıx toplandığı zonalara,qoşunların  bazalarına,taktiki raketlərin buraxıcı qurğularına 1 kilometr radiusunda zərbə endirmək ücün işlənib hazırlanmışdır.

Qasırğa raketinin cəkisi 525 kq-dır ki bunun da 150 kq-sı döyüş başlığının üzərinə düşür. Raketin ucuş traektoriyasının sabitliyini-üzərində  eninə və uzuinuna nisbətdə qurulmuş sabitləşdirici  bloklar tənzim edir. Bu tənzimləmə zamanı raket  verilmiş sürətdə fırlanan hərəkətdə olur.TR-300 tipli raketlər ROKETSAN şirkətinin məhsuludur.Qurğu 4 buraxıcıdan ibarətdir və əsasən MAN tipli coxsahəli maşınlar üzərində qurulmuşdur.

Capı 300 mm

Döyüş uzaqlığı : TR300E   65-100km

                             TR-300S 36-65 km

Raketin cəkisi 525 kq

Döyüş başlığının cəkisi 150 kq

Döyüş başlığının tipi- hazır döyüş elementləri olan  qəlpələnən fuqas.

 

9K58 “SMERC” RYAS-i.  Sovetlər birtliyinin Tulqos Nİİtocmaş(sonradan NPO “Splav “indi isə FQUP”QNPP”Splav” Tula şəhəri) mütəxəssisləri tərəfindən işlənilib hazırlanmışdır. Cinin 1990 ildə hazırladığı WS-1 qurğusuna qədər,ən uzunmənzilli RYAS-i sayılırdı.Artilleriya hissəsi əsasən MAZ-79111 yaxud MAZ-453 M irihəcmli yük avtomobilində qurulmuşdur.Hindistan sifarişcisi ücün isə TATRA 816ZVR8T10x10.1 avtomobilində qurulmuşdur.Bu sistemlərin ,döyüş tapşırığı aldıqdan sonra,döyüşə hazırlığı 3dəqiqəyə  ərzində yerinə yetirilir.Bütünlüklə döyüş ehtiyatını 38 saniyə ərzində atəş aca bilir və bundan sonra 1 dəqiqə ərzində yığışdırılıb marş halına gətirilir. Bu da opreativ halda manevr imkanlarını və düşmənin atəşindən yayınmanı təmin edir.

Sursatlar.

9M55K-300mm kasset tipli ,hazır 9H235KQDE(kumulyativ qəlpəli döyüş elementləri)-ləri ilə təmin olunmuş döyüş başlıqlı raketlərdir.Özündə 72 KQDE və bu elementlərdə hazır 6912 tipik qəlpələr aparan bu başlıqlar,düşmənin yüngül zirehli və canlı qüvvəsini məhf etmək ücün nəzərdə tutulmuşdur.300-1100kubmetr sahəni məhf eləmək imkanına malikdir.

Sonradan bu tip mərmilər modernizə edilərək bir cox modelləri ortaya cıxdı.Bu modellərdə xüsusən atəş uzaqlığı,dəqiqlik,müxtəlif təyinatlar,başlıqların hədəfiaxtarma və özünü idarəetmə mexanizmləri işlənib hazırlandı.Bu tip RYAS-lar əsasən kecmiş postsovet respublikalarında,kecmiş Varşava müqaviləsi ölkələrində,bir cox Sovetlər birliyinə rəğbəti olan ölkələrdə geniş yayılmışdır. Bundan əlavə mütəxəssislər belə fikirləşir ki, döyüş zonasını və düşmən mövqeyini  öyrənmək ücün istifadə edilən “Orlan” kimi PUA-lar,operativ atəş ücün yararsızdır. Cünki,döyüş zamanı atəş ücün hazır olan “Smerc”-in mövqeyindən,düşmənin 100 km uzaqlıqda yerləşən mövqeyini,kəçfiyyat və hədəf məlumatlarını ötürmək ücün “Orlan”PUA-larına 35-40 dəqiqə vaxt lazımdır ki, bu da operativliyə böyük xələl gətirə bilir. Bunun ücün mütəxəssislər  qurğudan atılan,havada acılıb hərəkət edə bilən və hədəfə başqa PUA-larla müqayisədə,mərmi sürəti ilə catan  mərmi-dronlar yaratdılar.T-90 adı almış mərm-dronlar qurğudan mərmi halındaburaxıldıqdan sonra,müəyyən məsafədə başlıqdan ayrılır,PUA-nın cıxarıcı paraşutu,başlığın icərisində olan konteyneri azad edir. Konteynerin daxilində yerləşən PUA ,konteyneri tərk etdikdən sonra,döyüş hədəflərinin koordinatlarını,telematik  görüntüsünü  radioblok vasitəsi ilə  real vaxt ərzində komanda mərkəzinə ötürür. T-90 dronlarının hədəfə catması sürəti  1.5-1.8 dəqiqədir ki, bu da başqa PUA-larla müqayisədə böyük göstəricidir.Cox zaman kəşfiyyat PUA-larını operatorlar taktiki ərazidə əl ilə idarə edirlər. Bu da zonada olan əks tərəfin HMQ-nın və REM(radio  elektron  mübarizə)qoşunlarının əks həmləsi ilə üzləşmə riskini qacılmaz edir. Lakin 9M534 tipli ici T-90 dronlu mərmilər bu problemi daha yaxşı dəf edə bilirlər. Mərminin marş ucuşu 25-30 km hündürlük trayektoriyacında olduğundan və bu zona bir cox REM-avadanlığı ücün əl catmaz olduğu ücün dronların vurulma riski cox aşağıdır.Və dronlar bir cox hallarda öz hədəfinə cataraq verilən tapşırığı yerinə yetirə bilirlər.

İsrailin hərbi sənaye nəhənglərindən olan İMİ (İsrael Military İndustries) şirkəti KADEX-2014 sərgisində müxtəlif çaplı raketlərini, artilleriya vasitələri, tanklar və minaatanlar üçün yeni döyüş sursatlarını nümayiş etdirib. Sərgidə ilk dəfə olaraq uzaq məsafəli hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün hazırlanmış Predator Hawk taktik raketini sərgiləyən İMİ mütəxəssislərinin sözlərinə görə, 370 mm çaplı bu raket 200 kiloqramlıq qəlpəli-fuqas döyüş başlığına malikdir. Raket rəqibin 250 km uzaqlıqdakı nəzarət məntəqələrini, mərkəzlərini, logistik bazalarını və başqa infrastrukturlarını yüksək dəqiqliklə məhv etməyə imkan verir. GPS/GLONASS/İNS naviqasiya sisteminə malik Predator Hawkın dəqiqliyi 10 metrdir. İsraildə sınaqları keçirilmiş bu sistem artıq silahlanmaya qəbul olunub. Raketin taktiki-texniki göstəriciləri barədə əlavə məlumat verilmir. İMİ sərgidə həmçinin EXTRA və ACCULAR uzaqvuran raketlərini də nümayiş etdirib. Qeyd olunub ki, EXTRA raketinin atış uzaqlığı 20-150 km, dəqiqliyi isə maksimum 10 metr təşkil edir. GPS başlıqlı ACCULAR yüksək dəqiqlikli raketləri isə 14-40 km uzaqlıqdakı hədəfləri məhv etmək üçün nəzərdə tutulur. Raket müxtəlif tipli döyüş başlıqları ilə təchiz oluna bilir. Bu raketlər LAR-160 kompleksinin bütün buraxıcı platformalarına birləşdirilir

 

LUNX İSRAİL.

Lunx tipli RYAS-lar İsrail dövlətinin istehsalı olub-“qənaətcil”  reaktiv artilleriya sinfinə daxildir.Bu tip RYAS-ləri 122-300 mm caplı raketlərlə atəş acmaq ücün nəzərdə tutulub və 6x6 tipli yüksək  kecidli təkərli avtomobillər üzərində qurilmuşdur. Qurğu tam avtomatlaşdırılmış və 10 dəqiqə ərzində doldurularaq döyüşə hazır vəziyyətinə gətirilir.LUNX  2 müstəqil idarəolunan mərmi paketləri ilə təmin oluna bilir(2 paket-hərəsində 20 raket).122 mm lik capı olan raketlər 20-40 km məsafəyə ,160mm lik capı olan raketlər (LAR yaxud ACCULAR) 45 km məsafəyə,300mm-lik raketlər(EXTRA) 150 km məsafəyə ucmaq funksiyasına malikdir.Bundan əlavə qurğu platformasından yüksəkdəqiqlikli  Delilah-GL qanadlı raketlərini  və taktiki ballistik raketlər olan LORA tipli, qəlpəli,fuqas,yandırıcı,tüstülü,işıqlandırıcı başlığı olan və 280 km uca bilən  raketləri də buraxa bilir.Sistem yüksək mobilli olduğundan,düşmənin əksbatareya atəşinə düşməsi  risqi cox kicikdir. Bu tip sistemlər atəş acdıqdan sonra,operativ halda yerini dəyişərək ,döyüş təhcizatını təmin edir,paketlər bilavasitə atəş nöqtəsindən kənarda doldurulur və yenidən mövqeyə qatıdaraq atəş acırlar.LUNX sistemlərinin başqa keyfiyyətləri də onun daha müasir RYAS-lar sırasında davamlı qalmasına zəmin yaradır.Bu :tam avtomatik idarəetmə,bir cox raketləri və müxtəlif növ sursatları buraxa bilmə funksiyası,müasir komandaidarəetmə sistemləri,rabitə idarəetməsi,yüksək dəqiqlik,müasir inersial naviqasiya sistemləri,keyfiyyətli hidravlik və mexanik  idarəetmə vs.

Bu gün LUNX sistemlərinin müxtəlif versiyaları bir cox ölkələrin ordularında yer alır. Bunlar Azərbaycan,Argentina,Venesuela,Gürcüstan,İsrail,Qazaxıstan,Rumıniya və Cili-DİR. Gürcüstan 2007 ci ildə iki 13 paketli LAR-160 qurğusuna malik oldu ki,bu qurğular Mersedes3341 Actros(6x6) avtomobilinin üzərində quruldu. Azərbaycan Müdafiə Nazirliyinin tələbi ilə ,ölkəmizə catdırılan qurğular DOLU 1 (122mm Kamaz 6350),LEYSAN (160mm Kamaz 6350),ŞİMŞƏK(300mm Kamaz 6350) adı aldı.Bundan əlavə Azərbaycan LUNX-ları Türkiyə istehsalı olan ŞAKARYA T-122 tipli paketləri də bu qurğuda qurmağa nail oldu. Qazaxıstan isə (122mm Kamaz 6350) tipli LUNX-ları “Nayza(Nizə) adlandıraraq silahlanmaya qəbul etdi.

Ümumiyyətlə,hələ də RYAS-in modernləşmə və yenilənməsi prossesi davam etdirilir.Stalinin dediyi”Müharibənin Allahı artilleriyadır” terminini nəzərə alsaq bu gün dünya hərb texnologiyasında Allahların daha müasir döyüş elementləri və daha müasir hədəfə catdırma,idarəolunma və dəqiqləşmə prossesi hərəkətdədir.

Yazı "Azeridefence" jurnalında cap olunub.

152 mm-lik 2A36 “qiasint-B” topu.

İstehsalçı ölkə: SSRİ
İstehsalçı fima: Motovilikha Zavodu
Tip: yedəkdə daşınan top
İstehsal tarixi: 1975 – 1989
Xidmətə giriş ili: 1975 – günümüzə
Heyət: 8 nəfər

Ağırlığı: 9.76 ton
Uzunluğu: 12.92 m
Lülənin uzunluğu: 7.56 m
Eni: 2.78 m
Hündürlüyü: 2.76 m
Klirens: 0.475 m
Yedək maşını: Ural-4320
Yol sürəti: 80 km/saat

Kalibr: 152 mm
Lülənin qalxma bucağı: -2.5º... +57º
Üfüqi tuşlama bucağı: -25º... +25º
Mərmi ağırlığı: 33.5 – 46 kq
Mərminin çıxış sürəti: 945 m/san
Atış tezliyi: 6 atış/dəq
Atəş məsafəsi: 30.5 km
Maksimal atəş məsafəsi: 40 km

İstifadə edən ölkələr: Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Gürcüstan, İraq, Livan, Qazaxıstan, Moldova, Türkmənistan, Ukrayna, Özbəkistan, Finlandiya.

2A36"Qiasinit-b topu Azərbaycan silahlı qüvvəlrinin paradında.

155 mm-lik “M198” topu.

İstehsalçı ölkə: ABŞ
Tip: yedəkdə daşınan top
İstehsal tarixi: 1978 – 1992
Xidmətə giriş ili: 1979 – günümüzə
Heyət: 11 nəfər

Ağırlığı: 7.15 ton
Uzunluğu: 12.3 m
Lülənin uzunluğu: 6.09 m
Eni: 2.8 m
Hündürlüyü: 2.9 m
Yol sürəti: 72km/saat

Kalibr: 155 mm
Lülənin qalxma bucağı: -5º... +72º
Üfüqi tuşlama bucağı: 45º
Mərminin çıxış sürəti: 684 m/san
Atış tezliyi: 4 atış/dəq
Atəş məsafəsi: 22.4 km
Maksimal atəş məsafəsi: 30 km

İstifadə edən ölkələr: ABŞ, Avstraliya, Bəhreyn, Ekvador, Honduras, İraq, Mərakeş, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Tunis, Tailand Krallığı.

TOS-1A “Solntsepyok” (Günəş alovu)

Bu ağır atəş sistemi düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş nöqtələrini sıradan çıxarmaq üçündür. O cümlədən, zirehli texnikanı məhv etməyə də qadirdir.

TOS-1A daha öncə istehsal olunan və şərti adı “Buratino” olan TOS-1 yaylım atəşi sisteminin təkmilləşdirilmiş formasıdır. İdarə olunmayan raketlərlə atəş açan bu sistem dağlıq ərazilərdə daha effektivdir.

2001-ci ildə “Buratino” modernizasiya olundu və “Günəş alovu” (Solntsepyok) adlanmağa başladı. Bu sistem BM-1 döyüş maşını üzərində quraşdırılmışdır.

Maşın dayanandan sonra 90 saniyə ərzində atəş açmağa hazır olur. Raketlər tək-tək atılırsa, hər 6 saniyədən, cüt-cüt atılırsa, hər 12 saniyədən bir atəş açmağa qadirdir. Bütün raketləri isə cəmi 24 saniyə ərzində buraxa bilir. Raketlərin çapı 220, uzunluğu isə 3300 millimetrdir. 173 və 217 kiloqram ağırlığında iki variantı var. Termobarik raketlər düşdükləri nöqtədə böyük dağıdıcı təzyiq və 3000 dərəcə temperatur yaratmaqla güclü partlayış törədir. Nəticədə həmin radiusda yerləşən bütün canlı və cansızlar bir an içində külə çevrilir. Yeniləşmiş `TOS-1A` yaylım atəşi sistemi 24 raketi 6 kilometrə qədər məsafəyə atəşləyə bilir. Bir TOS-1A “Solntsepyok” qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir.

Atəşin idarə olunması sisteminə optik nişangah, lazer məsafəölçəni və elektron ballistik komputer daxildir. Onun köməyilə hədəfin yeri 10 metr xəta ilə müəyyən edilir. Bu məlumat avtomatik olaraq bort kompüterinə ötürülür və hədəf nişana alınır. Sistem atəşin dəqiqliyini təmin etmək üçün əlavə yardımçı vasitələrə də malikdir.

TOS-1 "Buratino" sistemi isə T-72 tankının şassisi üzərində yığılıb. TOS-1 "Buratino" 30 raketi 3.6 km məsafəyə atəşləyə bilir və idarəetmə sistemləri TOS-1A-ya görə köhnə sayılır. Buna görədə silahın daha mükəmməl və daha asan istifadə olunan variantı - TOS-1A “Solntsepyok” yaradılıb. Qeyd edək ki, TOS-1A-nın qızmasının qarşısını almaq üçün boruların sayı 30-dan 24-ə endirilib. Hər raketində dağıdıcı radiusu artırılıb.

122 mm-lik TR-122 "Sakarya" reaktiv yaylım atəş sistemi.

stehsalçı: Türkiyə
Lülə diametri: 122 mm
Lülə sayı: 40 ədəd
Doldurulma: 5 dəq.
Məhvetmə radiusu: 500x500 m
Salvo Atış müddəti: 80 saniyə
Atəş məsafəsi: 40+ km

Ordumuzun arsenalında da vardır.

160 mm-lik "LAR-160" reaktiv yaylım atəş sistemi.

İstehsalçı: İsrail
Lülə diametri: 160 mm
Lülə sayı: 36 ədəd
Doldurulma: 10 dəq.
Məhvetmə radiusu: 31.400 m2
Salvo Atış müddəti: 18 saniyə
Atəş məsafəsi: 45 km

Ordumuzun arsenalında da vardır.
2S3 Akasiya

2S3 Akatsiya Sovet ordusunun Əfqanıstan müharibəsində çox yaxşı təsir bağışladı və bu müharibədən sonra ən məşhur özüyeriyən artilleriya qurğularından biri hesab olunurdu. Həmçinin, 2S3-lər hər iki Çeçen müharibəsi daxil keçmiş SSRİ ərazisində baş verən bir çox münaqişələrdə kifayət qədər uğurlu şəkildə istifadə olunmuşdur. Bu haubitsanın istifadə olunduğu digər müharibələr aşağıdakılardır:

İran-İraq müharibəsi (1980-1988)
Körfəz müharibəsi (1991)
Birinci çeçen müharibəsi (1994-1996)
Rusiya-Gürcüstan müharibəsi (2008)
Liviya vətəndaş müharibəsi (2011)[1]
Suriya vətəndaş müharibəsi (2011-davam edir)[2]
Donbass müharibəsi (2014

bottom of page