top of page

Terrora və İşğala YOX !

  • Facebook - White Circle
Dəccalın  doğuluşu və yaxud terroor vasitəsi ilə müharibə.

                             Əsasən birinci sual vermək zərurəti yaranır: Terror nədir?

 

Terroru doğurdan səbəb, onu yaradan qüvvə, onun icrasına rəvac verən maliyyə və sonra psixoloji yanaşma. Biz terror dedikdə əlində bomba, silah və digər öldürücü alətlə hamının üzərinə hücum edən bir barbar şəxsiyyəti durur qarşımızda. Amma belə deyil. Terror və terrorun yaranma səbəbi və vasitələri daha dərindir. Terror-əsasən 1 nömrəli, sınanmış və heç zaman məğlub olmayan SİYASİ GEDİŞDİR. Terror və terrorçu deyəndə mütləq göz önündə siyasət və siyasi maraqlar durur. Hələ tarixdə məramsız və siyasətsiz terror mövcud deyil. Bu əhəmiyyəti yoxdur :hansısa ərazilərin ilhaqı,azadlıq hərəkatı,rejimə qarşı mübarizə və yaxud xarici maraqların bu vasitə ilə vadar edilməsi olsun. Terrorçu yadplanetli deyil. Müəyyən döyüş təcrübəsinə malik, müəyyən hərbi hazırlıq görmüş, müəyyən maliyyə vəsaiti alan, müəyyən tapşırıqları icra edən, müəyyən xüsusi kəşfiyyat idarəsinin əməkdaşıdır. Hətta Afrika qəbilələrində qəbilələrarası münaqişədə də terrorun müəyyən siyasi baxış bucağı var. Əsasən də terror hər zaman böyük gücə, vəsaitə, hərbi potensiala malik dövlətlərin seçimidir. Vacib deyil ki, terror ordulaşmış qruplar tərəfindən edilsin. Tarixdə ünvanlı böyük terror hadisələri də vardır ki, bu zaman həmən hadisələr məhz böyük dövlətlərin sifarişi ilə yerinə yetirilir. Yaşadığımız dövrdə isə bu anlam daha da ozünün inkişafını tapmış və artıq terroru böyük, yığılmış, hazırlanmış, professionallaşmış ordular həyata kecirir. Bu niyə lazımdır? Dövlətlərin siyasi maraqları toqquşanda, artıq onlar müharibə vəziyyətinə gəlir. Lakin müharibə üzücü və cox böyük daxili sosial gərginliyə gətirib cıxarır. Bu zaman isə xaricdən vəsait hesabına alınan, hazırlaşdırılan və döyüşə göndərilən kontingent köməyə gəlir. Yaşadığımız dövrdə keçmiş müharibələrdə püxtələşmiş, sosial vəziyyətindən narazı çoxlu "döyüşkən material" var ki, bunlar da müəyyən vəsait hesabına, özlərinin psixologiyasında "romantika" yerini almış müharibələrə atılmağa hər zaman hazırdırlar. Bundan əlavə radikal dini, patriotik, millətçi "materiallar" da cox arzu olunan vasitələrdir. Məhz bu tip insanların psixoloji, mənəvi, sosial durumu-onlardan tam terrorçu kimi istifadəyə münbit şərait yaradır. Və bu münbit şərait-öz ordusu ilə döyüşüb, maraqlarını yeritmək istəyən dövlətlər ücün oksigendir. Bu zaman dini, patriotik, millətçi maskalanmalar-artıq cəmiyyəti çaşdıra bilmir. Yaşadığımız dövr -yüksək sürətli məlumatlar dövrüdür. Burada İŞİD, BOKO HARAM, ƏN NÜSRƏ, ƏL-CUBƏ, ANTİİMPERALİST KOMMUNİST KOMİTƏLƏRİ, OLSTER MÜDAFİƏSİ ASSOSASİYASI, İRLANDİYA XALQ AZADLIQ ORDUSU, GARPO, QIRMIZI ƏL KOMANDOSU, QIRMIZI BRİQADALAR, QAFQAZ ƏMİRLİYİ və s kimi terror ordularının sırf prisipial və hansısa bir məram üçün yarandığını heç kim deyə bilməz. Hər birinin yaranmasında hansısa dövlətin maraqları, gizli əli, maliyyə vəsaitləri durur.Və maraqlar böyüdükcə və fövqəldövlətlərin maraqları toqquşduqca, bu qara kölgə başqa dövlətlərə doğru hərəkətdədir. Əfsuslar olsun ki, yaşadığımız Azərbaycanın iqtisadi, təbii resursları, bu ölkənin Avropa və Asiya yolunun üstündə strateji məkanda yerləşməsi də belə təhlükəni bizim sərhədlərə doğru yaxımlaşdırır. Bu zaman sayıqlıq, tədbirlər, ordu və xüsusi ixtisaslı qoşunlar, Dövlətin təhlükəsizliyinə cavabdeh orqanlar, daha tədbirli, daha sayıq olmalıdır. Ölkədə terrorçular və onların aprardığı müharibələrdən nümunələr analiz olunmalı, onların taktikası daha dərindən öyrənilməlidir. Yalnız terrorizmə ciddi yanaşmalar, onunla qlobal müstəvidə mübarizə ilə, onun qarşısını əngəlləmək mümkündür.

Kicik müharibələr,böyük mübahisələr,təbii fəlakətlər ,dünya maliyyə böhranları,enerji daşıyıcılarının qiymətində siyasi faktorlar.idarəolunan narkomanlıq,insan alveri,korrupsiya,adı “hüquq keşikcisi olan” lakın əməldə hüquqa düşmən zatların cəzasızlığı,atmosfer cirklənməsi,böyük farmokoloji kompaniyalar tərəfindən düşüqnülən xəstəliklərdən yorulmuş və beli bükülmüı dünyamız-biz ciddi qəbul eləməsək də,artıq Dəccalın doğuluşunu,böyüməsini və dünya nizamını dəyişməsini müşahidə etmək zorunda qaldı. Deyərdim ki,Dəccal doğulmadı,onu süni bətnlərdə yetişdirib bəslədilər.Və qoca dünyaya bir iblis balası sifətində buraxdılar. Kim və Nə ücün?

Güya  Usama Bin Ladenin şəxsi  əmri ilə 11c senntyabrda  partladılan  əkiz qüllələrdən sonra, dünyaya yeridilən “Əl Qaidə “ terror təşkilatı  tarixdə yeni nizam yeni bir anlayış irəli sürdü. Bu radikal terror təşkilatlarının parakəndəlik,başıpozuqluq prinsiplərini silərək,hərb tarixinə mükəmməl hərbi mütəxəssislərlə,böyük maliyyə imkanları ilə,informasiya texnologiyaları və təbliğat ilə ,mobil silah və texnika ilə silahlanmış nizami–lakin radikal terrorculuq prinsipli ordu gətirdi. Kim yaratdı bu ordunu? Məqsəd nə idi?

Geostrateji baxımdan 11 senntyabr  dünya nizamının köklü surətdə dəyişməsində başlıca rol oynadı. Əkiz qüllələrin yıxılması ilə dünya yeni bir strategiyaya ,yeni bir düzəmə doğru irəllədi. Əsasən Əfqanıstana uzun illər beynəlxalq təhdidlərə görə girə bilməyən ABŞ ordusu-bu fürsətdən istifadə etməyə bilməzdi.İrakda “Səddamda nüvə silahı var” deyən ABŞ,Əfqanıstanda Usama Bin Laden  axtarışına cıxdı. Böyük hərbi kontingentlə.Hərbi əməliyyatlar bilavasitə “Taliban” və “Əl qaidə” döyüşcüləri ilə aparılsa belə,bu zaman sadaladığımız terror ordusu hec də zəifləmədi,əksinə böyüyərək daha mobil,daha müasir orduya cevrildi. Sual yaranar niyə?

Texnologiya nə qədər inkişaf etsə belə-dünyanı idarə edən maliyyə qurumları, ciddi cəhdlə  enerji daşıyıcılarının istifadəsini  gündəmdən buraxmır. Baxmayaraq ki, enerji istifadəsi və istehsalı ücün elmdə  karbohidrogen vasitələrdən ucuz başa gələn ,asan istifadə olan coxlu resurslar var, lakin dünyanın idarəsində məhz karbohidrogen ehtiyatlara secim edilməkdədir. Artıq bu kimyəvi tərkibli qara şeytan-dünyanın idarəetmə mexanizminə cevrilib.Məhz bu idarəetmə mexanizmində hegemonculuq,öncülük prinsipləri qabarır. Bu zaman hegemonluqla və öncülüklə razılaşmayan qüvvələr,yəni dövlətlər meydana cıxır. Etiraz edən dövlətləri müxtəlif vasitələrlə sakitləşdirmək lazım gəlir. Bu zaman üz-üzə müharibələrdən qacılır. Cünki böyük dövlətlərin müharibələri,amansız,sonu isə dünyanın dağılmasına gətirib cıxaran vasitələrlə doludur. Bəs nə cür etməli? Bu zaman sınanmış üsullardan biri də müttəfiqlərin məhf edilməsidir.

BƏLİ ARTIQ HƏR ŞEYİ ÖZ ADI İLƏ CAĞIRMAQ  ZAMANIDIR.BU İKİ BÖYÜK GÜC DÖVLƏTLƏRİNİN MÜHARİBƏSİDİR.

ABŞ niyə Əfqanıstana girdi? Usama Bin Laden beləmi gözəgörünməz və məhfolunmaz idimi? Bəs belə idisə müxtəlif vaxtlarda “həbs” edilən Usama,niyə məhz ABŞ-ın yüksək rütbəli şəxsləri tərəfindən azadlığa buraxılmışdı? Sovetlər zamanında Sovet qüvvələrinə qarşı savaşda iştirak edən,böyük nüfuza maalik Usama  məyər ABŞ xüsusi xidmət orqanlarının” hansı nömrəli isə  agenti “ deyildimi? Yerin altını müşahidə edən peyklər texnologiyasına  malik olan dövlət,hansısa mağarada Usamanı görə bilmirdimi? Üzdə görə bilmirdi. Lakin həqiqət başqadır. Həqiuqət daha dərindir.

Yadımdadır Cingiz Abdullayevin hansısa əsərində narkotik plantasiyalarının məhsulunun böyük dövlətlərin aldığını oxumuşdum. Bu bədii əsər idi. Lakin bu həqiqətə düşən şüa idi. Bəli bir cox dövlətlərin  gizli “Nuhun gəmisi” planlarının olması artıq sirr deyil. Bu plana əsasən nüvə müharibəsi baş verərsə,bu zaman təhlükədən qaca bilməyən insanlar ücün,yəni nüvə bombalarının sarsıda bilməyəcəyi bunkerlərdən kənarda qalan lakin ölməyən əhali ücün,aldıqlıarı yanıq və digər yaraların müalicəsi zamanı əsas tələbat,ağrıkəsici morfi tipli preparatların üzərinə düşəcək. Bu zaman ölcüyəgəlməz həcmdə bu tip preparatlar tələb olunacaq. Belə preparatların hazırlanmasında narkotik maddələrin istifadəsi şəksizdir. Və böyük həcm də narkotik məhsulun alınması da böyük vəsait tələb edir. Nüvə müharibəsi olmadan da bu cür preparatlar istifadə olunur və onun resurslarını yeniləmək və kifayət həcmdə saxlamaq lazım gəlir. Bu zaman ucuz  narkotik məhsul lazımdır. Belə xammal bazası da Əfqanıstan ərazisidir. Bu ölkədə yetişdirilən narkotik maddə,böyük həcmi və keyfiyyəti ilə Qızıl Ücbucaq ölkələrindən secilir. Bu fərz olunan birinci aspektdir.İkinci  aspektdə yaxın şərqdə bir cox müxalif və kecmiş sovetlər birliyi respublikalarına cıxacaq bir bazanın yaradılması. Əfqanıstan Tacikstan,Özbəkistan,Türkmənistan ,İran,Cin,Pakistanla həmsərhəddir. Bu ölkədə mövcud olan qeyri stabil vəziyyət,onunla həmsərhəd olan dövlətlər ücün mütləq təhlükə mənbəyidir. Son zamanlarda Tacikstan və Özbəkistanda baş verən  cevriliş cəhdləri və silahlı toqquşmalar  bu aspektin də gündəmdə olduğunu təsdiq edir. Məhz  maraq dairəsinə daxil olan dövlət və respublikalarda qeyristabillik-bu ölkə və respublikalara öz maraqlarını yeritmə sırasında ən sınanmış metodlardandır.

Sirada İSLAM faktoru.,yaxud müasir dünyaya yeridilmiş “terrorcu din” anlayışı.

Məhz  İslamın dünya dini və elmi aspekt baxımından 1000 lərlə təsdiqini tapan dünya nizamı qurmaq istəyən supergüclər,müsəlman əhalisinin durmadan artmasının qarşısında real təhlükəni görməyə bilməzdilər. Baxın əyər İslam dünyada bərqərar olarsa,bu zaman dünya supergüclərinin apardığı oyunlar nəticəsiz qalacaq,dünya HƏQİQİ  İSLAMIN TƏMİZ VƏ MƏKRSİZ İDARƏSİNƏ CEVRİLƏCƏKDİR. Bu zaman isə supergüclərin sünii yaratdıqları hər bir natəmiz ideya hecə enəcəkdi. Bunun qarşısını hecə almaq olardı?

Hərb elmində və bu gün İŞİD adlandırdığımız barbarlar qurumunda mənim son dərəcə xoşuma gələn  və ənənəvi döyüş  aparma qaydalarına köklü surətdə dəyişiklik gətirən bir taktiki gediş var. Bu “İcəridən dağıtma” –dır. İŞİD  döyüşcüləri əsasən hücum edəcəkləri rayonlara,qacqın mülki əhali ilə qarışaraq soxulur,düşmənlərinin komanda mərkəzləri və təminat  zonalarına cox sıx yaxınlıqda məskən salırlar. Əsas qüvvələr hücuma kecdiyi zaman isə onlar daxildən düşmənlərini parcalayaraq tam iflic vəziyyətinə salır və məhf edirlər. Məhz İSLAMIN dağıdılması da daxildən,kənar  dindən yox,müsəlmanlar tərəfindən olmalı idi. Və bu zaman İSLAMİ TERROR ORDULARI ,TERROR QRUPLARI meydana cıxmağa başladı. Qəribə burasıdır ki, bir cox hallarda bu orduların başında bir zamanlar ABŞ ordusu,xüsusi xidmət orqanları və qəddar rəftarları ilə secilən ƏBU QREYB əsir düşərgəsinin kecmiş məhbusları dururdu.

Bəs İŞİD nədir?

Aysberqin görünən tərəfində bunlar barbar ordusudur ki, parakəndə halda,üzlərində saqqal,xalq arasında qorxunc “vəhhabi “ adlanarlar. Lakin aysberqin görünməyən tərəfində İŞİD böyük bir hərbi,iqtisadi,elmi potensiala malik bir qurumdur. Belə qurum hec zaman maliyyəsiz yaşaya bilməz və buna onun şansı da yoxdur. Aysberqin aşağısında  dünyanın  hər tərəfindən,hətta müsəlman olmayanlardan nbarət 1000 lərlə ixtisaslı İŞİD-in tərkibinə qatılmışdır. Bu Nüvə müharibəsindən də təhlükəli bir yaranmadır ki, yaradıcılar böyük silahlardan tutmuş,kicik iynəyə qədər hər şeyi düşünmüşlər. Bu gün İŞİD-in maliyyə durumu 2-10 milyard ABŞ dolları civarında hesablanır. İŞİD cəngərlikdə gizlənən,ara sıra hökumət qüvvələri ilə silahlı münaqişəyə girən bir partizan qüvvəsi deyil. İŞİD dünyaya yayılmış bir vəbadır ki, onun kökünün kəsilməsi dünyaya hələ cox başa gələcək. Sadəlövh olmayaq. Bu gün İŞİD bütün növ mütəxəssisləri öz sıralarına cəmləyir. Həkimlər, İT mütəxəssisləri,Telekommunikasiya,maliyyə,təhsil,hərbi və bir sıra başqa sahələr. Bu gün İŞİD cöx böyük internet ressurslarına malikdir. Böyük studiyalarda ,əla formatlarda İŞİD-i reklam edən filmlər cəkilir və həmən filmlər operativ surətdə catdırılır. Bu filmlərin əksəriyyəti İŞİD in amansız və qəddar bir qüvvə olduğunu göstərir. Niyə? Bəli bu silahdan da güclü olan təbliğatdır. Bu qorxunc imic yaradaraq,hücum etdiyi ərazilərdə ,onun gəlişindən xoflanaraq qacan rəqib qüvvələrinə hesablanmış bir psixoloji hücumdur. İŞİD-təmiz İSLAMI gətirəcək qüvvə kimi təbliğ olunduqca,onun sıraları genişlənir. Bundan əlavə  maliyyə durumu cətin olan insanlar,məhz güclərini İŞİD –də sınamağa üstünlük verir. Bu gün İŞİD dünyanın hərb aparma anlayışına köklü dəyişikliklər etmiş bir taktika elminin banisidir. Bu taktikaya baxdıqca-bütün orduların taktiki təlimlərində dəyişikliklər vacibdir. İşid icəridən dağıtma,mobil,hücum zamanı müdafiə,müdafiə zamanı hücum kimi  taktiki gedişlər etməklə rəqibini hər zaman caşdırır. Bu da sonda rəqibin başıpozuq düşməsinə imkan yaradır. Baxın Rusiyanın elit “Alfa” dəstəsi haqda  Şamil Basayev demişdi: Alfanın bir catışmayan cəhəti var. Onlar hücum etməyə öyrədilib,müdafiəyə yox. Onlara hər yerdə hücum edin və onlar müdafiə olunmaq elmi olmadığından tələf olacaqlar. Lakin İŞİD bu iki məhfumu bir birinə qarışdırmaqla yeni bir taktika işləyib hazırlamışdır. Sozsüz ki bu saqqallı “Vəhabilərin” yox,daha professionalların işidir.

Onlar Müsəlmanmı?

Bütün media yazılarında İŞİD cilərin ALLAHU ƏKBƏR  cığırmasına baxmayaraq onlar müsəlman deyil. Bu birmənalıdır. Allah evlərinə,Allahın Rəsulunun nişanələrinə,insanların inanc yerlərinə  təcavüz edən,məscidlər dağıdan ,YUNESKO nun tarixi incilər kimi qorunma fərmanı verilən abidələrini bir göz qırpımında partladaraq külə cevirənlər ALLAHIN EVLADI OLA BİLMƏZ. Onlar şeytan və iblisdən əmələ gələn DƏCCALIN evladlarıdır. İSİD –in ideologiyasında bütün sitayiş mənbələri  təzkib və təqib olunur. Bu idologiyada müqəddəs hec bir anlam yoxdur.Hətta İslam alimlərinin və Rəsulun  ailəsinin məzarları sökülmə və dağılma gündəmindədir.Baxın Qədim İraqın Suriyanın torpaqlarında yaşı 3000 min ildən cox olan arxeoloji qazıntıklar zamanı meydana cıxmış coxlu eksponatlar vardı. Bu eksponatlar bir cox müharibələrə davam gətirərək qorunmuşdu. Amma XXI əsrdə İŞİD onları tamamiilə dağıtdı. Dünya bu vəhşiliyi göz yaşı ilə seyr etdi. İŞİD qədim məbədləri,məscidləri, abidələri dağıtmaqla güya “Allaha şərik qoşulan idolları” məhf etdiyini və müsəlmanların Allahdan başqasına sitayiş etməməsinə calışdığını deyir. Lakin bu cür deyimlərin arxasında daha təhlükəli oyunların olması şəksizdir. Belə dağıtmalar nəticəsində milyonlarla qiyməti olan abidələr və tarixi eksponatlar yoxa cıxır yaxud onlar ölkə ərazisindən cıxarılırdı.Məsələn,cox ekspertlərə Mosul şəhərində  tarixi kitabxananın İŞİD tərəfindən yandırılması  müəmmalı göründü. Bu kitabxanada Ərəb filosofiyasının və tarixinin qədim əl yazmaları saxlanırdı. İŞİD-cilər kitabxananı yandırdıqdan sonra,mülki əhali  onların 12 suriya nömrəli yük maşınınında  kitabxanadan qutular yüklədiyini və şəhərdən cıxarıldığının şahidi olmuşdular.  Təcrübə və mənbələr göstərir ki, İŞİD aparıla bilməyən nümunələri məhf edir,aparıla bilən və qiymətli nadir tarixi nümunələr isə milyonlarla qiymətə şəxsi kolleksiyalara satılır.Ekspertlər bu qənaətdədir ki, İŞİD cilər milyonlarla dollarlıq sərvəti  yaxın şərqdən cıxarılan neft və antikvariat sayəsində xəzinələrinə ötürürlər.

Bu gün Rusiyanın İŞİD-i bombalaması fonunda eyforiyaya qapılıb bu dünya nəhəngini məhf edəcəyi haqqında düşüncələr,ən azından ağıldankəmlikdən başqa bir şey deyil. Rusiya qüvvələri sadəcə olaraq Suriyada Bəşər Əsəd ücün ənənəvi Abxaziya,Dnestryanı, Donbass,Luqansk hazırlayırlar desək yanılmarıq. Cünki, Rusiya hec zaman tam olaraq İŞİD üzərində qələbəyə hazır deyil. İşid üzərində qələbəyə aviazərbələrlə müvəffəq olmaq mümkün deyil. Cünki Rusiya və dünyadan fəqli olaraq İŞİD gələcək müharibələr planları üzərində calışır və bu planları uğurla yerinə yetirir. Bir coxuna naməlumdur ki, İŞİD-in bir cox hərbi hazırlıq düşərgələrindən başqa,ənənəyə zidd olaraq kicik yaşlı uşaqlar hazırlayan düşərgələri də var. Bu düşərgələrdə uşaqlar silahlarla davranışı,hücum taktiki fənləri,partlayıcı maddələrin hazırlanmasını,təbliğat və təşviqat müharibəsini və bir sıra hərbi aspektləri öyrənirlər. Bu o deməkdir ki, İŞİD nəsilbənəsil müharibə aparmaq  niyyətindədir.

Əvvəllər Türkiyə ərazisindən istifadə etməklə Səudiyyədən və Suriya Azad ordusu ücün nəzərdə tutulmuş köhnə silahlardan istifadə edən İŞİD ,sonralar İrakın hərbi anbarlarını qarət etməklə 42 milyardlıq silah,sursat,ləvazimat, avtomobil və zirehli texnikaya malik oldu. İlk zamanlarda ASU(Azad Suriya Ordusu) ,”Ən Nüsrə”,”Əl qaidə” və digər həbiləşmiş qurumlarla əlaqəli şəkildə vuruşsa belə sonradan bu qruplara qarşı vuruşaraq ,demək olar ki onları sıxışdırıb maraq dairəsindən kənarlaşdırdı. Bu kənarlaşmadan sonra İŞİD vahid qüvvə kimi həm İraq,Həm də suriyada aktivləşdi. ASU –isə zəif müqavimətlərlə İŞİD yönümlü olaraq hələ də nəfəs alır.

İŞİD –i “ mövhumatcı radikal islamcılar idarə edir” –deyənlər yanılır və bu dövlətyaradığıların tərkibində nə qədər yüksək ixtisaslı mütəxəssislər(hər sahədən) olduğundan xəbərsizdirlər.

Liderlər:

ABU BƏKR ƏL BAĞDADİ . Əsl adı: İbrahim Bərdi. İxtisasca İslam  fakultəsinin müəllimidir. Bundan əlavə Bağdadın və Fəllucənin bir cox məscidlərində imam olmuşdur. 4 iyun 2004 cü ildə ABŞ və İrak hərbciləri tərəfindən həbs olunsa da ,sonradan həbsdən”qaca” bilmişdir.ƏL-Qaidəyə tabe olan İraq İslam Dövləti əvəzində o 2013 cü ildə İŞİD –i yaratdı.  Və bu dövlətə İraq İslam Dövlətinin bütün strukturlarını tabe etdi.

 

ƏBU YƏMƏN ƏL İRAQİ. Səddamin  hakimiyyəti dövründə İraq HHQ –nin polkovniki rütbəsində xidmət kecib.Kod adı : ƏBU MÜXƏNNƏD ƏL SÜVEYDƏVİ-dir.2004 cü ildə “həbs olunub”,2007 ci ildə azadlığa buraxılıb.Aleppo və İdlib əməliyyatlarının başcısıdır.

 

ƏBU ƏHMƏD ƏL ƏLƏVANİ. Həqiqi adı VƏLİD CƏSİM. Səddam hakimiyyəti dövründə İrak ordusunun yüksək rütbəli zabiti olub. Hal hazırda İŞİD hərbi şurasının üzvüdür.

 

ƏBU ƏBDÜLRƏHMAN ƏL BİLƏVİ . İŞİD –in Ali Məclisinin sədri olub. İndi Hərbi şuranın 4 liderindən biridir. Səddam ordusunun yüksək cinli zabiti olub.27 yanvar 2005 ci ildə İrakda ABŞ hərbciləri  vasitəsi ilə həbs olunaraq “ƏBU QREYB” həbsxanasına göndərilir və sonradan həbsxanadan”yoxa cıxır”. 4 iyun 2014 cü ildə Mosulda  gizli evində döyüş nəticəsində həlak olur.

 

HACI BƏKİR.Həqiqi adı SAMİ MÜHƏMMƏD. Səddam ordusunda HHQ lərinin xüsusi xidmət polkovniki olub. İŞİD –in İdeoloji atasıdır. ABŞ qüvvələri tərəfindən həbs olunub “ƏBU QREYBƏ” aparılsa da ,sonradan müəmmalı surərdə İrakda peyda olur. İŞİD-in döyüş əməliyyatlarını idarə edənlərdən biri olub. 2014-cü il fevral ayında LİVA TƏVHİD  döyüşcüləri ilə döyüşdə ALEPPO da həlak olub.

 

ƏBU FATİMA ƏL CEXŞİ.Həqiqi adı NİMA ABDUNAİF.Məlumatlara görə İŞİD-də sayılan hərbcilərdəndir. Əsasən İraqın şimalında aktiv olub.

 

TARİQ ƏL XAŞİMİ. Prezident Cəlal Tələbaninin müavini olub.Həm də sələfi yonlü “müsəılman qardaşları” təşkilatının İraq İslam partiyasının lideri olub.Bu şəxs İŞİD-in gizli liderlərindən biri hesab olunur.

 

ƏBU ÖMƏR ŞİŞANİ. Həqiqi adı TARXAN BATARAŞVİLİ.Pankis dərəsində doğulub.Gürcüstan cecenlərinin ailəsində doğulub. Gürcüstan ordusunun zabiti olub.

Bu aysberqin görünən tərəfində olan komandir və liderlərdir. Aysberqin görünməyən tərəfində isə daha ciddi fiqurlar yaşayır. Bu fiqurları yox etmək 10-15 Rus  təyyarəsini nbombardmanı ilə mümkün deyil. Görünən analiz olunan budur ki:

Bu gün dünya nəhəng GÜC DÖVLƏTLƏRİNİN DÜNYA  SAVAŞINDADIR. BU SAVAŞ HƏLƏ VARŞAVA  MÜQAVİLƏSİ İTTİFAQI DAĞIDILANDAN SONRA DAVAMLI SURƏTDƏ DAVAM ETDİRİLMİŞ-İNDİKİ DURUMDA İSƏ İSTİ HALINA GƏTİRİLMİŞDİR. ARTIQ NƏ İRAK,NƏ SURİYA ,NƏ LİBİYA VƏ BAŞQA RUSYÖNÜMLÜ müsəlman ölkələri-bu cür isti müharibələrdən kənar qalmayacaq. Kənar qalmaq ücün isə bu dövlətlərin ayıq başlı liderləri olmalıdır. Gördüyümüz kimi isə bu hələdə yoxdur. Əyər yoxdursa,o zaman:

ALLAH BU XALQLARIN YARDIMCISI OLSUN ! . BAŞQA CÜR-HEC CÜR.

                                                              TERRORUN ANTALOGİYASI -1

Müasir dünyanın bir cox politoloqları  canlı bomba adını almış terrorcu kamikadzelərin məhz  müsəlman  fundamentalizmi ilə bağlılığını sübut etməyə calışdıqları zaman-tarixə xəyanət etmiş olduqları şəksizdir. Cünki bunu “cihad “ adlandıraraq-mənsubu olduqları dövlətlərin bu ad altında törətdikləri siyasi terrorun izini itirməkdə davamlıdırlar. Tarizə görə ilk olaraq canlı bomba əməliyyatları Hindistan və Cində yaranmışdır.Müasir tarixdə isə bunu Yaponiyaya,yəni  yapon kamikadzelərinə,tamil partizanlarına hansı ki “Qara pələngləır”adında bir ordu yaratmışdılar ki,bu da əsasən canlı bombalardan ibarət idi,Suriya millətci partiyasına,Hind sikxlərinə,Kürdüstan işci partiyasına,xalq inqilabi azadlıq cəbhəsinə,İrak vəŞam  islam dövlətinə(İŞİD),Əl –Qaidə  və Fələstin təşkilatlarına aid etmək olar.Bu təşkilatlar hesab edir ki ,suisid terrorculuğu siyasi cəhətdən legitim və hec də  ozünüöldürmək anlamında deyil. Bu bir siyasi mübarizə üsuludur ki,mənbəyində  daxili İnqilab durur. Yaxın günlərdə biz  “canlı bombaların”(CB)  iştirakı ilə silsilə partlayışların şahidi olduq ki,bu da hər zaman böyük insan tələfatına gətirib cıxartdı. Sultanəhməd rayonunda 2 polisin şəhidliyi ilə nəticələnən , Dağıstan sakininin və İŞİD ilə əlaqəli olan güman edilən gənc qızın törətdiyi partlayış,Nigeriyada 10 yaşlı qızın törətdiyi və 16 insanın həlak olduğu partlayış və digər bu kimi əməllər bir sual altında düşünməyə vadar edir:

NİYƏ İNSANLAR  ÖZÜNÜN PARTLADARAQ TERROR EDİR?

Bunu anlamaq ücün bir sıra suallar ətrafında  analiz aparmaq vacibdir: (CB) –lar psixi xəstdəirmi və bu onların əqlində problem yaradırmı ? Onların beyni hansısa təsirdən dumanlanıbmı? Bəlkə bu şəxsi  düşüncənin dağılması və yaxud  şəxsi problemlər toplusudur? Hansısa bir kateqoriya varmı ki,məhz onları bu cür əməllərə  yazmaq olsun? Onların başqalarından ayrıla bilən profilləri varmıdır? Yoxsa bu uzun zaman şəxsiyyət üzərində aparılan pataloji eksperementlərin nəticəsidir?

Müasir (CB) araşdırdıqca,mütəxəssislər bir necə hipoteza üzərində dayanır:

-Terror törədicisi ,əməliyyatdan sonra geri cəkilək ücün yollar axtarmır və terrorun hazırlanması ,geri cəkilməkdən daha asan başa gəlir;

-Bu cür terror aksiyaları cəmiyyətə  böyük psixoloji  təsir imkanına malıkdır  və belə fikir yaradır ki terrora qarşı hec bir  qisas aksiyası göstərmək mümkünsüzdür;

-Bu zaman özünü partladan şəxsin simasında “əzabkeş” obrazı yaradılır və bu da terroru idarə edən dövlətlərin xüsusi xidmətlərinə,daha cox sayda insanlar cəlb etməyə kömək edir;

-Terror törədən şəxs terrordan sonra hec zaman istintaq edilə bilmir və bu da terrorun təqiqatını cətinləşditrir və onun təşkilatcısına cıxmaq imkanını sıfıra endirir.

Məsələn yaradılmış illyuziyada müsəlmanların (CB) yaratdığını iddia edərək,onların “əzabkeş” ölümü ilə şəhid olduqları hipotezasını irəli sürənlər,həmən şəhidin dərhal cənnətə düşəcəyini  bir  sübut kimi ortaya qoyduqlarına baxmayaraq-islam alimləri bu anlamın məkrli və qondarma olduğunu iddia edirlər. İslam dinində terropr anlayışı qətiyyən yoxdur və “Cihad” anlayışı də bu anlama hec cür pərcim olunmur. “Cihad” əsasən Allah yolunda savaş kimi anlansa belə,əslində bu yola gedənin qarşısında cox ağır şərtlər qoyur. Bu şərtlərdən:

-İlk əvvəl Cihad edən şəxs daxilində cihad etməli,şüurunda yer salmış şeytani əməllərlə,məkrlə,nəfslə,haramla  mübarizə aparmalı və qalib olmalıdır;

-Cihad zamanı Allah qarşısında öhdəlik götürməlidir ki,günahsız,zəlil,məzlum ,əsir,yaralı ,köməksiz,xəstəyə zərər verməməli,hətta bu kateqoriyalı kafirə də həmən zərəri yetirməməlidir. Cünki  məkr və zülmkar olmayan kafirin də haqqı Allahdadır və Allah hec kimə nahaq mühakimə haqqını verməmişdir.

- Cihad zamanı öldürməkdən cox,bağışlamaq,kömək etmək,dağıtmaqdan cox,yaratmaq və tikmək,cahillikdən cox-kamillik,zalimlikdən cox-mərhəmət  tələb olunur.

Bütün bu göstərilən hipotezalar,müsəlmanların Cihad və əzabkeş obrazında terror törətməsi anlamını bir daha hecə endirir.

Əsasən terrorcuları təqiq etdikdə məlum olur ki,onlar pataloji şəxsiyyətlərdir ki,mərkəzində həmən insanların bacarıqsız aqressiya,uzunmüddətli qorxu hissi ,depressiv hal,günahkarlıq hissi,avtoritarlıq,özünə catışmayan güc və qürur hisslərini yamamaq və ifrat eqoistlik kimi keyfiyyətlidirlər. 32 terrorcu üzərində tədqiqatlar onu da göstərdi ki ,əsaslı olaraq bu insanlar sosial əlaqələrdən əziyyət cəkir və xarici təsirə cox meyillidirlər. Onların qüruru tez sınır,tez inciyir və kicik sosial  ədalətsizliyi özləri ücün faciəyə cevirirlər. Bu insanların coxusu qadınlar tərəfindən sayılmadıqlarına görə,yaxud cinsi əlaqə istəyi zamanı,əks cins tərəfindən etinasızlığa məruz qaldıqlarından,insanlığa nifrət aşılamışlar.Əvvəllər terrorcuların kasıb təbəqədən olduğu güman edilsə belə,sonradan tədqiqatlar bu hipotezanı da hecə cıxardı. Belə ki 430 Əl –Qaidə terrorcusunu təqiq etdikdə məlum oldu ki,bunlardan coxu yüksək təhsilli insanlardır ki,yaxşı gəliri və maaşı olan sahələrdə calışıblar və həyatda cox nailiyyətlər qazanıblar.Lakin onların da sosial gündəmində yuxarıda göstərilən kimi problemləri olmuş,bu problemləri  məhz terror yolu ilə dəf etmək istəyində olmuşlar. Bu baxımdan da burada “Cihad” və Şəhidlikdən hec birv söhbət gedə bilməz.

Bu cür terrorculuğun başqa görünməyən üzü də böyük ölkələrin maddi və siyasi maraqları ücün ,hədəf götürdükləri dövlətlə acıq müharibəyə girmədən,bu cür insanları taparaq,onların beyninə,illər uzunu tapa bilmədikləri meyarları yeritməklə istifadə etməkləridir.Məhz İŞİD anlamında bir cox ölkələrdən gələn və maddi durumu və şəxsi  patalogiyasında problemi olan insanları ,qadınlar üzərində hökmranlıq etməklə mükafatlandıraraq,beyinlərinə o biri dünyada bu qadınlardan da şirin hurilərin olduğunu isbat etməklə onları(CB) cevirərək dövlətlərə yönəldir və həmən dövlətlərdə partlayışlar törətməklə ,daxili və siyasi sabitliyi pozmağa calışır və bununla “görünməyən müharibə aparırlar.

(Ardı Var)

“Xilafət” qoşunları tərəfindən Suriya və İrakda tankların tətbiqi.

 

Hərbi planları izlədikdə,hərb mütəxəssisləri belə qərara gəlirlər ki “Xilafət” hibrid bir strulkturdur. Bu nə ordu,nə də partizan dəstələridir. “Xilafət”iki anlamın arasında qərar tutan “texno-partizan” anlamına gələn bir birlikdir. Bu özünü bu islam birləşməsinin zəbt etdiyi və döyüşlər vasitəsi ilə əldə etdiyi tankların istifadəsində özünü göztərirdi. Münaqişənin axarı zamanı “Xilafət” coxlu sayda tank və digər texnikaları qənimət kimi ələ kecirmişdi. Bəs “Xilafət” əldə etdiyi tankları necə istifadə edirdi? Əsasən tanklardan istifadə Suriya hərbi svaş teatrında daha cox nəzərə carpırdı. İrakda isə bu kimi vasitələrdən cox az istifadə olunurdu. Faiz göstəricilərinə baxsaq tanklardan istifadə ümumi döyüş zamanı Suriyada 68% olduğu halda İrakda bu göstərici 2% lə yekunlaşırdı. Bu göstəricilərə baxanda bu qənaətə gəlmək olur ki “Xilafət” Suriyada öz tanklarından İraka nisbətən daha cox istifadə edirdi. Bu da ondan irəli gəlirdi ki,Suriyada İraka nisbətən ağır texnikadan istifadə daha cox effekt verirdi. Bundan əlavə Suriyada tankların tətbiqi ona görə coxalmışdı ki ,hava hücumu vasitələri texnikanı yox ,ən cox yaşayış məntəqələrini bombalamaqla məşqul idilər.
Statistikaya müraciət etsək 2016 cı ilin yanvar ayında “İŞİD” Xoms vilayətində şimali koreya istehsallı lazer uzaqlıqölcənlə təmin olunmuş T-55 və T-72 “Ural” tankı ilə,fevral mart aylarında Hama vilayətində zirehli metal lövhələrlə bərkidilmiş T-72 , şimali koreya istehsallı lazer uzaqlıqölcənlə təmin olunmuş T-55, zirehli lövhələrlə qülləsi və gövdəsi bərkidilmiş T-62 tankı ilə,mart aprel aylarında Homs vilayətində T-73M1və T-55 tankları ilə,aprel may aylarında Zk-Həyr əyalətində 3 ədəddən biri qüllə ətrafında qum kisələri ilə bərkidilmiş T-55 və T-72M1 tankları ilə,İyun iyul aylarında Əl-Bəkra əyalətində şimali koreya istehsallı lazer uzaqlıqölcənlə təmin olunmuş T-55 və zirehli lövhələrlə bərkidilmiş və xüsusi rənglə avasiyadan qorunmaq ücün maskalanmış ,qülləsinə dəmir kumulyativəleyhinə tor qurulmuş T-72 tankları ilə döyüşlərə qatılmışdır. Bu tanklar əsasən Suriya ordusundan və qvardiyasından döyüşlər zamanı alınmış,sonradan üzərində dəyişiklik edilərək döyüşlərə buraxılmışdır.2015 ci ilin noyabrında İŞİD özünün zirehli –tank briqadalarının fotosunu yaymağa başladı. Bu briqadalar əsasən qənimət texnikalardan ibarət idi: 3 cü Əl-Fətuk adlı briqada Niniv (Mosul) əyalətində yerləşdirilmişdi. Briqada əsasən T-55 Tankları, İraq istehsallı İLAV Bader zirehli maşınları ilə təhciz olunmuşdu. Bundan əlavə Mosulda “Müdafiə batalyonu” yerləşdirilmişdi ki,bu batalyonun bütün texnikası qara rənglə rənglənmişdi. “Hücum batalyonu” və “ Ölüm batalyonları “ isə əsasən partlayan avtomoibillərdən ibarət idi və bu da hecuma kecən qevvələri ,güclü atəşlə təmin etmək ücün nəzərdə tutulmuşdu. Buna rəqmən 3 mayda Əbu Bəkr Əl Bağdadinin qüvvələri ilə “Müdafiə və Ölüm batalyonlarının “qüvvələri Tər Kayfa əyalətində Kürdlərin müdafiə xəttini darmadağın edərək irrəlləməyə müvəffəq oldular. Bu zaman onlar əsasən M1114 Humvee avtomobillərinə xüsusi avadanlıqlar quraraq ildırım sürətli əməliyyat apardılar. Yalnız ABŞ aviasiyasının onları bombalaması nəticəsində hücumlar səngidi.Bundan sonra İŞİD qüvvələri öz taktiki gedişlərində yenilik etdilər. Əsasən büütün texniki vasitələrini və zirehli texnikalarını Mosul mühasirə olmamışdan cıxardaraq ,şəhərdən kənarda yerləşdirdilər. Bu zaman ətrafı kəşfiyyat etməyən qüvvələr tələsik şəhərə doğru yol aldıqda İŞİD –in arxadan gözlənilməz zirehli texnikasının atəşinə məruz qaldılar.Klassik döyüşlərdən və texnikanın ənənəvi döyüşlərindən fərqli olaraq İŞİD ,bir cox hallarda T-55 tanklarından ,özüyeriyən atəş vasitəsi kimi istifadə etməkdə davamlı idilər. Əsaən əks tərəfin tank qoşunları ilə sıx təmasa girməyən İŞİD tankcıları Palmira yaxınlığında qülləsi xarab olan və əsks tərəfdən alınmış PDM lərə böyük miqdarda partlayıcı dolduraraq tankların köməyi ilə əks tərəfin qoşunlarının kompak yerləşdirilmiş ərazisininə soxulur və böyük tələfatlar törədirdilər. Buna baxmayaraq “Xilafət” qoşunları(İŞİD) şəhər döyüşlərində tanklardan cox az istifadə edirdilər.Belə ki şəhər döyüşlərində “Xilafət” tərəfindən bir döyüşdə tanklar istifadə edilmişdir. 2016-cı ilin sentyabrında T-62 tankı ilə şəhər döyüşlərində iştirak etmişdir.
“Xilafət” döyüşlərdə tanklardan istifadədədə davamlı idi. Bu onların artilleriya qurğularına malik olmamasını yaxud kicik sayda malik olmasını göstərirdi. Az sayda D-30 və M-46 toplarına malik olan “Xilafət” qoşunları,kustar halda düzəldilmiş minaatanlar,bombaatanlar,TƏİR-ləri saymasaq,hələ cox döyüşlərdə əks tərəfin mövqelərini bombalamaq ücün tanklardan istifadə edəcəyi şəksiz özünü göstərdi.
Abuzər Əbilov( Legion)

bottom of page