top of page

Səngərə yağan yağışlar,yaxud səngərdə də həyat var !

Bir zamanlar mənim tabur komandirim mayor Şapka Aleksandr,döyüşlərin ara verdiyi anlarda üzünü bizə tutub bir filosof görkəmi ilə deyərdi : Oğullar, biz o insanlarıq ki,tanımadığımız,hec adını bilmədiyimiz insanların sakit yaşaması namınə ölümün üzünə dik baxırıq. Biz başqalarının yaşaması naminə ,ölümü secənlərik. Biz bu həyatda yaşam və xoşbəxtlik naminə ,həyat qurban verənlərik. Biz HƏRBCİYİK-amma döyüş maşını yox insanıq. Qəılbimiz də,rumuz da var.Gülə,ağlaya,sevinə,kədərlənə bilirik. Biz insanlığın bu dünyada yaşama gəldiyi andan,insanın özüyük. Fəxr edin ki,bu yoldasınız-cünki Fəxr sözü bizim adımızla başlayır...Səngərdə sakit və xoşbəxt anlar haqda arzulayaraq,bir necə sətir yazardıq. Biz şair yaxud yazıcı deyildik. Sadəcə Vətənin əsgəri idik. Iakin əsgər olduğumuz anda "əli silahlı hərb maşını " yox,insan olaraq qalırdıq.Bizi anlayacaq insanlar azdır. Az olsa da var. Və bu səhifəni o "az" ların xatirinə yaratdım!

 

Unknown Track - Unknown Artist
00:00


Salam bayquş!
Həə salam dostum,Bu gun nə yaman tez durmusan yuxudan? Yenə tənhasan mənim kimi? Yenə də səni mənim kimi başa duşən,dərdlərin yanan yox? Deyəsən coxdan unudub bizi unudan!
Coxlu əfsanələr gəzir haqqinda! Kimi deyir qizsan,hansisa nakam məhəbbətindən insanlardan uz dondərmisən,kimi deyir bədbəxtlik gətirənsən!Sənsə dinməz soyləməz oturmusan.Ozun xaraba divar ustundə,qəlbin qəm otağında.
Mən də sənin kimiyəm dostum,məndə təha,qolu zəncirli,qəlbi sust və kədərli.Mən də sənə oxşamışam.Bəlkə elə məndə əzəldən bayquş doğulmuşam.?
Baxma mənə məlul-məlul,bir mən bilirəm ki,bala olan vaxtinda sən də ana əzizi olmusan,Yuvada əzizlənmısən.Zaman kuləkləri əsib,taleyinə dumanlar gəlib,cixib getmisən,bu nahaqq dunya ilə mubarizədə geriləmisən.
Mənim oxşarım.Mən də anamın bircəsiydim,məndə əzizdim,mən də qayğisiz ,fikirsiz,dərdsizdim.O kuləklərin qəlpəsi mənə də dəydi.Əyilməz idim,kuləklər əydi.
İndi əlimdə durbin baxiram sən duran yerə,Sən məndən də qeyrətlisən,o xaraba kəndə icazəsiz gedə bilirsən,mənsə yox.Sən azadsan,mənimsə əllərim zəncirdə.Bir qira bileydim onlari,yanina gələrdim,qayidardim.Sonra gələrdim birdə.
Baxma mənə belə tənəli,zamanin dəyirmancisi deyiləm mən.Dəyirmancilar neynir ki burda?Buralar soyuq və tənha,onlarsa isti yerlərdə!Lazimdirmı ki,onlar gələ və duralar soyuqda?
Burda bir sənsən,birdə mən.Blirəm yanıma ucmaq kecir qəlbindən.Tənhalığı atmaq ucun.Tənhalıqdan qacmaq ucun.Amma gəlmə,birdən elə zəncirli vətən torpağının ətri gələr səndən,o zaman dozərmisənmi ki? Axi nalələr eşidərsən qəlbimdən.
Eh gun gələydi səndə qurtulaydin təlikdən,mən də zəncirlərdən.Amma reallıqdir bu ki,səni təklik incidir,məni biləklərim.Ağriyan isə silahdan deyil,ağridan zəncirdir!
Gun gələydi ki,o xarabalar abad olaydi,yenə cəpərlər arxasindan təndir corəyinin ətri gəleydi,hənirtiyə həsrət divarlar canlanaydi,gulləllərdən dəlik-deşik olmuş canlari dincəleydi.Gun olaydi ki,durbini kənara tullayaraq sənə tərəf gəleydim.
Gun olaydi sənə catib deyəydim: SALAM BAYQUŞ.
Gun olaydi ki,cavab verəydin:Əleykumə Salam, AZAD OLMUŞ !!!

Yenə o bağ olaydi,
Yenə yığışaraq Siz,
O bağa kocəydiniz.
Amma nə o bağ var,nə də Sən. Bağ da ,Sən də arzuların tarixində qaldin.İndi o tarıxı tənha səngərdə varaqlayıram mən.
O Fatmayı bağları,o yaxın dənizin ləpələrinin pıciltisi,o sakit gunəşli sahil.Bu sahildə inci qumlar ustundə izlərimiz.Və bir də uz-uzə dayanaraq,bir birinə baxaraq sozsuz daşışan gozlərimiz.
Gəncliyin və ilk məhəbbətin o zamanlarında ,ahəstə caqqıldayan saatın səsi vardi,Duşunduk,ki bu saat elə ömrumuz boyu belə caqqıldayacaq.Amma heyhat! Bir gun o saat dayandi.Sən vağzalı sədaları altinda bu bağ xatirələrimi tərk edib,başqa xatirələrə işıq saldin,mənsə hələ də bu işığı ovcumda saxlayıb xəyallara dalıram.Daldıqca gah gəncləşır,gah qocalıram.
Eh nə olardı ki, yenə o bağ olaydı,yenə yığışaraq Siz ,o bağa koceydiniz.
Yenə o kicik cəpərin ustundən Səni səsliyeydim.Yenə bir balaca pişik balasıni ovcumda Sənə bağışlamaq ucun goturub yanına gəleydim.Onu sənə verəydim.Sevincinə baxaydım.Ozumu də bu sevinclə əzizliyeydim.
Yoxdur o bağ artiq,yoxdur sən adli qonşumuz.Var soyuq səngər və hucuma hazırlaşan qoşunumuz.iNDİ ƏMR VERİLƏCƏK.Və mən Səni də,ozumu də,bağımızı da goturub irəliyə hucuma kecəcəm! Saniyələr,dəqiqələr,saatlar kecəcək.
Vida etmək istəmirəm o xatirələrə.Sadəcə demək və reallığa cevirmək istərdim:
Yenə o bağ olaydi...
ƏMR VERİLDİ........

 

 

Когдато давно,в один осенний вечер, я присел на скамейку на Елисеевских полях, и имел твердое намеренье просто сидеть и философствовать. Спокойно вокруг,без суеты , не стреляют,нет тех, кто сидя в кабинетах, бьют по клаве, что" Карабах мой и ты не сможешь его любить как я", нет тех, кто своими поступками каждый день разделяеть и сеет вражду между людьми ,у кого еще остался огонь любви к Родине и понятие чести воина,нет злых морд с дьяволскими улыбками.Нет ничего. Есть скамейка и я. И просто луга. Есть душевный покой. Не философ я. Таким не родился.И родиться не мог.Где в простом доме железнодорожника философия? Тогда философы были где-то,а сейчас везде они. С козьими мордами,с шакалиными шкурами. Нет, сегодня не хочу писать о них. Я хочу писать о любви. Несмотря на то что любовь как понятие родилась сомной и ныне живет внутри меня. Самый дорогой и самый ценный дар Аллаха земным-это любовь. Любовь, которая не имеет ничего, кроме чистоты.Любовь, которая питает все вокруг-делая всё красивее. К Человеку?-Да! К Родине?-Да! Боже, ответь когда то мне ,почему я родился таким? Не проще б было жить как многие люди? Жрать,ржать,срать и дня конец? Можеть лицемерю? Может хочу в старости быть похож на героев? Увы . из меня герой,как от вороны невеста. Не идеал я. Был один человек, избегавший брак всю жизнь, и когда он умирал в возрасте девяноста лет, кто-то спросил его: — Ты так и не женился, но никогда не говорил почему. Сейчас, стоя на пороге смерти, удовлетвори наше любопытство. Если есть какой-то секрет, хоть сейчас раскрой его, ведь ты умираешь, покидаешь этот мир. Даже если твой секрет узнают, вреда это тебе не причинит. Старик ответил: — Да, я держу один секрет. Не то что я был против брака, но я всегда искал идеальную женщину. Я провел всё время в поисках, и так пролетела моя жизнь. — Но неужели на всей огромной планете, населенной миллионами людей, половина из которых — женщины, ты не смог отыскать одну-единственную идеальную женщину? Слеза скатилась по щеке умирающего старика. Он ответил: — Нет, одну я все-таки нашел. Спрашивающий был в полном недоумении. — Тогда что же произошло, почему вы не поженились? И старик ответил: — Та женщина искала идеального мужчину… Вся жизнь так. Тут женщина не объект. Всё же не в буквальном смысле.Не идеалы мы в этой жизни,мы просто тени. У кого в руках оружие. Приведем один пример. Все мы веселимся. Поднимаем бокалы за аксаккалов,за начальников,за жену.Но в этих даже жалких словосочетаниях под названиям "тост", нет место людям,которые всю жизнь отдали за то ,чтобы сегодня просто вы подняли рюмку мирно и не под падающими осколками снарядов. Горько отдать жизнь за тех,кто даже в сортире не вспомнит тебя. Но всё же есть любовь! Сказал я и, бросив очередную сигарету, встал от скамейки. Зачем я это писал? Сказал же... не получится из меня философ. Да и черт с ним. !!!

Özümdən Özümə məktub.

Beləcə günlər gedir.aylar bir birini əvəz edir. Artıq yağışlar da başladı,ömrün yox. Hələ payızım deyil,budaqlarımın yarpaqları saralsa belə. Hələ köküm torpaqda möhkəmdir. O kökün şaqqıltı ilə rişələrini torpaqdan sıyrılıb cıxmasına və vücudumun oduncaq olmasına cox var hələ. Ayaqdayam. Cünki,babalarım"işi yarımcıq qoyma,yaxud ,dad yarımcıq əlindən" deyib miras qoyublar mənə. Bəlkədə gülüncdür. 52 yaşlı bir xalq dilində"pensioner" deyilənin,əyninə bu libası geyib.dağda daşda gəzməsi. Bəlkədə anlamırlar məni. Anlamıyın .Yetim əlində qoğal gülünc olar. Yetiməm mən də. Torpaqsız və savaşsız yetim. Anam sağ olsaydı,deyərdi: Nə işin var bu yaşında səngərdə. Cavabım da bu olacaqdı: Səngərin bu yaşında mənsiz nə işi var?. Axı doğulanda alnıma yazılıb bu səngərlər. Onlar mənsiz ucub tökülür,mən onlarsız. Cəmiyyət və onun törtöküntüləri hələ də siyasət cirkabında boğularaq,referendum,hakimiyyət,müxalifət davası döyürkən,mən deyirəm: nə gözəldir buralar. Burada iki üzlü hec nə yoxdur. İblislər də artıq burada yorulib.bir üzlərindən əl cəkərək,təküzlü gəzirlər. Yoxdur burda umu küsü,yoxdur burda ikitirəlik,yoxdur burda qibtə,yoxdur paxıl qəlblər. Səhərlər düşən şeh kimi hər şey təmizdir. Hətta ölüm də burda daha gözəl və daha safdır. Bura səngərdir. Mənim ücün bir bəzəkli ev.bir qış axşamında yanan ocaq istiliyində məkan.bir bahalı villa kimi rahat ərazi. Gülməlidir? Onda gül,qoy qəlbin sevinməsə də,icin tirtəməsə də,dişlərin görünsün.Amma mən ürəkdən güləcəyimvə sevinəcəyim məkandır bura. Cünki bu səngər mənim alın yazımdır. Bu səngər mənimdir,Bu daş bu torpaq mənimdir.
Və səni bir gənc vaxtı ilk sevgim qədər,ilk məhəbbətim qədər,ilk arzularım qədər,ilk qürurum,ilk dünyam,ilk gəhərim qədər sevdim-SƏNGƏR.

Yetimin göz yaşı.
( Yenə cəbhədən yazdım-başqa həyatım olbmu ki?)

Soz vaxtına cəkər.Ağdamda bir Yeddixırman dağı var. Üzbəüzdə xalq tərəfindən Fərrux deyilən daha bir dağ var. Bu Yeddixırmana gedən yol bir bəla yoldu. Yağış yağanda zığ palcıx aləmi basır.Maşın sürüşür,bircə QAZ66 özünü lezvalaya-lezvalaya catdırırdı azuqəni bura. Bir səhər cisginli günlərdən birində palatkada olan kravata oxşar əndrəbadi yerimdən durub, başırın cisginindən üşüyərək üryan ayaqlarımı botinkaya salıb"Əzzağa" deiə anqırdım. Əcəba bu kopayoğlu Əzzağa hec palatkanın qapısın acmadı-güya bu da mənim murdar canımın cangüdəni idi.Bəs bu gədə hec zaman palatkanın qarşısından getməzdi ,hara cəhənnəm olub bu? Komuflyajın da şalvarını yuyub sərmişdi-o da yoxdu. İndi mən bu 18 yaşlı,hisli pasaxlı qulaqlı papax geymiş millətin qabağına göy tursikdəmi cıxım?
Nə isə Allah şəyatinə lənət eləsin dedim.
Başımda kepka,əynimdə komuflyaj,ayağımda botinka,şalvarsız göy trusiklə palatkanın örtüyünü hirslə acıb bayıra cıxdım. Yoox deyəsən nəsə olmuşdu.Ətrafda ins cins yox idi. Nitqim batdı. Qışqırdım səsim cıxmadı .Amma yox-əyər hücum olsaydı,yəni bu qədər də ölü kimi yatan deyildim.
Yuxarı yüyürdüm. Hamı yerində idi.Soruşdum-dedilər salamatlıqdı. Leytenant Hüseynovun ağacda qurumaq istəyən şalvarını cəkdim əynimə. Aşağıdan səs gəlirdi.
Aşağıda isə bir toplum adam var idi. Meşəyə İNSAN gəlmişdi.
QAZ66 bir qoca nənəni kabinəyə mindirib gətirmişdi.
Həsənovun nənəsi idi. Uşağın yetim olduğunu,dədə anasının avtomobil qəzasında həlak olduğunu bilirdim. Nənəsi saxlayırdı onu. Yetimi basıb gətirmişdilər bura. O zaman belə hərəkətləri anlamırdım və hökumətin belə itnəsilli məmurlarının hərəkətinə hər səhər bur uzun uzadı 9 mərtəbəli söyüş əta edirdim.
Nəsə nənənin başına yığışmışdı hamı. Ora catıb əvvəlcə Əzzağanın kaskasına bir yumruq vurandan sonra nənəni qucaqladım.
Allah ağlayacam mən indi.
ANA ətri gəlirdi ondan. Canı əzablardan.ağrılardan,qayğılardan usanmış,lakin yenə də qoca vücudunda qüvvə taparaq balasının yadigarına dəymək ücün bu zığlı-palcıxlı yollara düşən ANA ətri.
Bu murdar haqsız ,üfunətli,hisli müharibənin icində HƏYAT,MƏHƏBBƏT ,SEVGİ ətri vardu bu qoca qadında. Sadəcə özümü uşaq kimi yerə yıxıb başımı ana dizinə qoyub,yatmaq və yuxuda ikən bu oğraş dünyaya son vermək kecdi könlemdən. Amma yox,olmazdı mənə ölmək. Ölsəydim bəs bu cocuqların halı nə olardı? Bir düdük özündən razı,bir güllə acılan kimi,əsgərdən yeyin götürülüb qacanı yollayacaqdılar bura.
Zəmbilindən cıxartdığı şeylər- hec kimə catmayacaqdı. Kasıbcılığın üzü qara olsun. Balasını yedirtməyə gəlmişdi öz əli ilə. Dayana bilmədim,kənara cəkilib kolluqda gözdən kənarda həmişə olduğu kimi ürəyimi boşaltdım.
Sonra cıxıb hamını sakitcə yerlərinə göndərdim. Nənəni yola salmaq lazım idi. Allah eləməmiş nəsli qancıqlar mərmi atardılar-peşimancılıq olardı.Öpüşüb görüşdük nənə ilə. "Bəhramımı səndən istəyirəm bala,olanım qalanım odur" deyib getdi. Getdi və gedişi ilə ağır hüzn qoydu Yeddixırmanda. Elə bil nəyi isə apardı özü ilə. Hansısa bir qiymətli kölgə onunla cıxıb getdi Yeddixırmandan.
Hec bir həftə kecmədi Bəhram Həsənov şəhid oldu döyüşdə. Mən nənənin əmanətini qoruya bilmədim.
Üstündən bir necə gün kecmədi ki,nənə də getdi Bəhramının yanına qədim Tərtər torpağına.
Hərdən oturub düşünürəm ki, görəsən o dünyada əmanətə xəyanət etdiyim ücün nənə məni mühakimə etməyəcəkmi?
Mühakimə etsə nə cavab verəcəm?
BİLMİRƏM..............................................................

Bu bəlkə də böyük bir faciənin kicik görünən yazısıdır. Savaş tarixi-tarixlərin savaşı. Savaş və savaş insanları haqda SUSUN .                                                                                                         SÜKUT HƏR ŞEYİ DANIŞACAQ !

                                              (Şəkilin üstünə tıklayın ,Siz "İkiüzlü iblis" pomanının səhifəsinə daxil olacaqsınız.)

Дорога.
Надоели дворники лобового стекла. Постоянное мелькание из стороны в сторону как то изнуряет. Но идет дождь.Что поделаешь. Сижу я на переднем сидении и смотрю вперед. А за лобовым стеклом твои глаза. Может сопровождаешь меня ? Опять и опять. Туда ... в боевую зону.

Сказал же тебе когда уезжал :"Не провожай. Иди домой." Не ушла. Вот уезжаешь тоже в зону со мной. Не хотел я этого.
Все дороги войны одинаковы. Да пусть будет место в аду прораба этих дорог. Но ,как видно, человек не может обходиться без неё.


Дождь усиливается. Не легко ребятам кто в окопе. Стоя за пулеметом и смотря вперед ,даже не замечают, как земля  под ногами превращается
в грязь .Как мокнут и ноют ноги. Как тихая и холодная струя по шеи стекает под броник. Как нервно бьют капли об каску .Как капают  прямо в  руку,что стоит на курке. Нелегко им. Пацанам. которые возмужали в 18 лет. И дождь иногда продажный. Не останавливает пулю, выпущенную из противоположнего окопа ,которая летит целоваться с лицом пацана. Но этот поцелуй почему-то обретает красный цвет и такой же тихой струёй стекает в грязь.


О чем я ,боже?......
А пока капли бьют по лобовому стеклу и дворники нервно работают.
Открыл форточку нехотя . Задыхаюсь.
И тут невезение.
Капля ,которая попала мне в щеку из форточки...,напомнила мне о тебе. О последнем поцелуе....


Ведь это я стоял в дождь в том окопе.

 

Kədərli və ağrılı olsa belə,növbəti gediş qurtardı.Cəbhədən doğma şəhərinə qayıdırsan.Yığışmaq əmrini alan kimi,nədənsə bir ürək ağrısı ilə ,axırıncı dəfə bu yerdə üzünü təraş edib,yuyunub ,əzilmiş formanı əyninə cəkərək ,ürək döyüntüsü ilə tərk edirsən buranı.Maşına oturandada arxada nə isə unutduğun kimi arxa şüşədən uzaqlaşan yollara baxırsan. Cəbhə tozlu yolların kilometrajını sayaraq arxada qalır. Uzaqdan gələn pulemyot səsləri,yol ilə gecən əsgər qatarları,qazmalarda maskalanmış texnika uzaqlaşdıqca uzaqlaşır və yerini mülkiliyə verməyə başlayır.Amma yenə də gözün arxa pəncərədədir. Ağırdır. Sən bu gecə evdə istidə oturiub qarşına zabitəli bir butulkanı qoyub nostaljiyə icəcəksən,kimsə bu gecə kəşfiyyata gedəcək. Qayıdacaq. Və qayıdacaqmı? Sən “ordakıların şərəfinə” boşaldandan sonra ,gedib yumşaq döşəkdə yatacaqsan,kimsə yatmayacaq,soyuqda baharı qucaqlamış kimi silahı qucaqlayıb duracaq və əyər imkan olsa,sakitlik olsa,bəlkə elə geyimdəcə ,səngərin yaxınlığındakı komada mürgülədi. Bəlkə.Bax bundan ürək ağrıyır. Nəsə elə bil iti caynağı ilə cırmaqlayır. Yəqin xəcalət hissidir.
Yol uzaqlaşdıqca uzaqlaşır.Maşını hərbi görərək ,işıqlarını yandıran ötüb kecən maşınlar,əllərini yelləyən uşaqlar.gözlərini silən qadınlar da uzaqlaşdıqca,maşın da ,icindəki hərbi geyimlilər də qiymətini itirir məncə.
Şəhərə catırıq. Burda səngərin o tərəfindən atmırlar, Şaxtada catlamış əl və dodaqlar yoxdur,hec qaranlıqlardan cıxa bilən düşmən kəşfiyyatı da yoxdur. Amma bu işıqlı şəhərin hər qaranlıq dalanına da şübhə ilə baxırsan.Xasiyyətdirmi? Yaxud illərin icinə proqramlaşdırılmış kimi yazdığı canavarlaşma proqramıdırmı? Bilmirəm. Yəqin arxa strateqləri,hərşeysifət və hərşeyşünas özündəndahilər bilər bunu. Sual versən,qırışmış sifətlərini cəkərək ,iblis gülüşü ilə nəsə sənə qandırmaq istərlər. Özləri qanmaz yaşasalar belə.
Acmışam yaman. Bir bəzəkli kücə yeməkxanasının yanında durub ,KOLA icərək,cörək icinə yığılmış ət və qarışıq nəsə yeməyə başlayırsan. Yox bu səngər kömbəsinin və tuyşonkanın dadını vermir.Hec makaronun,düyü supunun,qarabaşaq yarmasının da dadı gəlmir bundan. Bu gündəlik həyatında “cəbhə “ anlayışı olmayan şəhərin yeməyidir. Bu bahalı restoranlarla,kücələrin qaranlığında yerləşən,mahiyyəti 50 qram və kolbasa qızartması olan kafelərin kəsişməsində olan yeməkdir. Mənim yeməyim deyil bu.
Uzun qırmızı avtobus səni ağuşuna alır. Bircoxu səni bu formada görərkən anlayır ki “ordan “ gəlmisən. Cünki “burdakılar” belə geyinmir. Ütülü qalstuklu,sinəsi medal lentli,üstü ətirli olurlar. Səndən isə TORPAQ iyi gəlir. “Orada vəziyyət necədir” sualına yanğı ilə cavab verirsən ki,hər şey yaxşıdır,olduğun tərəfdə hamı sağlam və əzmlidir. Yeməkləri yaxşı,geyimləri yaxşı,özləri də həvəslidir.. Bir sözlə olanın üstünə 15 də qoyub,özünü bu millətin əsgərinin yengəsinə oxşatmaq istəyirsən. Sönük gözlərdə işıq parlayır.Kimi inanır,kimi isə”osdurağa basır,əsgər acından ölür” deyə düşünür. Yalnız arxada oturan yaşlı qadının hıcqırıqlı “Allah sizə kömək olsun bala,Salamat evinizə eşiyinizə dönəsiz” sözünü eşidib,nədənsə ölmək kecir könlündən. Salamat evə qayıtmaq yox,səngərdə ölmək arzusu qalxır qarşında.
Pəncərədən isə səsli küylü şəhər görünür.Bahalı mağazaların bahalı işıqları,yarıqaranlıq restoranların pəncərələri,padvallarda pullu qızların qəhqəhəsi,kecə klublarında səsgücləndiricilərdən gələn ehtiraslı lirik mahnılarla özünü bir birinə sürtən məxluqların,”müharibə və şəhid var” anlayışından kənar ekstazda olan göbəkdən aşağı hissələri. Kimsə deyir ki “həyat davam edir” . Bu həyatdımı? Yadımdadır Türkiyənin ucqar bir şəhərində bayraq qalxanda yanımda duran bir qocanın gözündən gələn yaş və hər kəsin bayrağa olan məhəbbəti. Bayrağımız 100 dəfə qalxıb düşsə belə,Ayfonlardan gözümüzü cəkmərik,əsgimi qalxdı,bayraqmı fərq etməz bu zombiləşmiş şəhərdə. Maşınlar bir birinə minəcəkmiş kimi ,özünü zorlayır . Ətrafa baxıram,nə qədər oğlan var . Qızlarla gəzir,əllərində pivə yeni Avropa dəbində şəhərin kücələrini ölcürlər. Hamısı da cağırış yaşında. Soruş,yarısı “niqodnu”,yarısı “nə azzarım var əsgərrikdə” desinlər. Cox az miqdarda “axmaqlara” rast gələrsən bu ölkəsində müharibə gedən paytaxt şəhərində.
Hələ bunlar gəncdirsə ,bunları xarab edənlərdən nə danışaq? Banklardan kredit götürüb,hərbin pul kaşelyokuna qəzet,paket arasında soxuşduraraq,oğullarını “niqodnu “ edənlərə nə deyək. Bir zənglə,arvadının doğduğunu ,səngərdəki əsgərdən secdirən Qalonvagerli ağalara nə deyək. Hec nə. Desək anlayacaqlarmı? Anlasalar düzələcəklərmi? İnamıram.Dünyanı arvaddan kənar saxladıqları qızları yaşındakı “saxlayıram” ların bir sözünə almaq istəyən həmvətən ağalarımız,bir paslı arabanı da əsgərə alarlarmı? soyunub ortaya cıxanın kosmetikasına milyonlar tökən həmşəhərlilərimiz ,bir əsgərin evini təmir etdirərlərmi? İnanmıram. İnanan yerim pas atıb nədənsə.
Hərdən bir fikir də gəlir ağlıma. Dayanın əclaflar,qoy döyüş olsun,qoy qələbə calıb gələk,Sizlə haqq hesabımızı cəkəcəyik. Amma bu fikri də qovmağa calışıram. Hec bir hesab olmayacaq. Bunlar bəlkə getdi,yerinə bizi uzaqdan seyr edənlərin biri gələcək. Cünki,amerikalı dostumun bir pafosuna inanıram hərdən:Əvvəllər hökmdarlar öz ordularının qarşısında duruib,onları döyüşə aparardı,indi isə uzaqdan baxıb ,xəbər gondərirlər. Bəzən hec xəbər də “oralara” gəlib catmır. Yolda külək aparır,yağış korlayır.
Bu zaman bir qorxulu həqiqət sənə aydın olur ki: Sən bütün ömrün boyu insanları “döyüşüb yaxud döyüşməyib” kimi siniflərə ayıracaqsan.Axıra kimi. Qəhərdən boğazın göynəyir. Amma özü yıxılan ağlamaz. Sən bilirdin. Sənə demişdilər ki,belə olacaq.
Evə catırsan. Qapı da elə bil sənə “niyə gəldin,niyə qayıtdın” deyir. Qəribədir. Birinci fikrinə gələn bir parca cörək,bir tikə ət parcası və araq olur. Orada suxoy zakondur. Hec icməyə də meyil yoxdur. Burada isə hər addım icmək və nəyi isə unutmaq istəyidir. Sevinci də ,kədəri də üstü bəzəkil butulkanın icində axtarırsan.Bax beləcə boz günlər səni sıxır bu rəngli və alabəzək şəhərdə.
“Ora “ istəyirsən. Yenidən ora.Orda hansıki sənin nə geyimin,nə pulun,nə də mülkidəki həyatın maraqlıdır. Orda səni ancaq və ancaq ona görə qiymətləndirərlər ki,düşmən gələndə sən qacmırsan və yaxşı və dəqiq atırsan. Gedəndə səndən soruşurlar: Hara gedirsən,Sənin səngərdə gəzən vaxtındır? Başqası yoxdurmu.Sən bəlkədə Vətən,Torpaq və bunlar qarşısındakı borcdan danışardın.Danışmırsan .susursan.
Bur şey bu susqunluqdan ayrdındır:
Cəbhədə hər gün,hər saat Sənin vicdanın təmizdir və sən özünü itirdiyin yerdə özünü tapırsan. Sən lazım olan yerdəsən.Sən lazım olanı edirsən,Sən hec kim qarşısında artistlik edib alcalmırsan.Sən burada sırtıq sifətlər,mırıq dişlər,yalancı xülyalar,böhtancı cəmdəklər görmürsən.
Və sən uşaqlıqda oxuduğyun “Təmiz vicdanlı insanlar “ kitabının qəhrəmanısan.

 


Sən olmaq istədiyin sənsən.

 

                                                                 SALAM SƏNGƏR QARDAŞIM.
Qardaşım olmayıb mənim əzəldən. Yetim doğulmuşam. Atam və anam mən 2 yaşında olarkən,evdə qaz sızmasından partlayışda rəhmətə gedib. Əmim məni evlad edib ,bir qızı ilə. Gözəl günlərimiz olub Sovetlərdə. Ehtiyacsız böyüdüb bizi-dəmir yol fəhləsi olan atam-əmim. Hətta yadımdadır Bakının qarlı boranlı günlərindən birində kişini oyuncaq tank almaq ücün kücələrə salıb özümü yerə sürtməyim.Sovetlər vaxtı mümkün olmayanı eləmişdi,dükanı gecə acdırıb tankı almışdı gətirmişdi evə. Amma mən artıq mışıl- mışıl yatmışdım.
İndi bax bu xatirələrimi sənə danışıram dostum və qardaşım,bəlkə bir cox dünya insanlarından mənə sədaqətli və əziz olan erməni adlı qardaşım.Səngərin iti Aşot. Hərdən atəş zamanı silaha gücün catmasa da səngərdən başını cıxardıb düşmənə hürərək-özünün bildiyin atəşi acıb,düşmənə bir cox insanlarımızdan da gücülü təpgi edirsən. Böyüksən it qardaşım. Bu böyüklüyü məmur vətəndaşlarımızdan görmədim ömrümdə. İt qədər qardaş ola bilmədilər mənə. İt qədər sirdaşlıq və dostluq anlayışları olmadı. Hərdən kimi sə “it oğlu” deyib söyəndə səndən xəcalət cəkirəm. Onlar axı sənin oğlun olmağa da LAYİQ OLMADILAR.
Başını dizimə qoymusan-icimdən kecənləri anlayıb ,hərdən zingildəyirsən. Bu səslə mənlə,işğalla,itgi ilə ,bu alcaq vecsiz vətəndaş deyilən məxluqlarla barışmamaqda,mənlə həmfikir olduğunu anlayıram,it qardaşım. Bir gövdəsinin bir cibinin ,bir murdar sırasının fikrini insan kimi cəkənlərdən fərqli olaraq,sən heyvan cismində,səngər,döyüş,əsgər yükü cəkirsən. O insanlardan dönüb mən də sənin kimi heyvan oldum,mənim heyvan qardaşım.
Uzaq şəhərimizdə ,həmən qaranlıqlar diyarında ,sənin kimi işıqlı simaların şəklini,yem kisələrində,bahalı marketlərdə görmüşəm. Deirəm xoş gününə,şəklin hec olmasa bahalı kisələrin üstündə vurulur,bizim şəklimiz isə özümüzdən başqa hec axmaq toyuq yemi kisəsindədə yoxdur. Taleyimiz oxşardır,mənim it qardaşım. O uzaq şəhərdə də sənin cinsindən,mənim cinsimdən olan kimi əclaflar da vardır. Güllü bantik cəzdirib,hansısa bayağı,losinası ayağının arasından pırt eləyib cıxanların qucağında,məmur villalarında,axmaq saraylarda da cinsindən və cinsimdən şərəfsizlər yaşayır.
Allah adildir. Yəqin ki bizim də bu heyvan həyatımız bir gün insan həyatına dönər. Baxma mənə belə. Mən padşah deyiləm,sən də rəiyyət. İkimiz də itik. Palcıqlı vətən torpağının savaş itləri. Gün olsun ki8 qələbə calaq və bu mənfur daxili və xaici düşmənimizi qovaq və bir uca dağ başında mən”Salam Azad vətən” deyəndə sən də səsimə səs verib iki ağız hürəsən.


Yəqin ki ikimiz də demiş olarıq ki: VƏTƏN SAĞ OLSUN !!!

Sönmüş şəhərin zəif işıqları-3

Cətindir. Vallah Cətindir. Görəsən bu dünyada yalan danışmaqdan böyük yük varmı? Bəlkə də Allah yalanımı müqəddəs bilib bağışladı. Amma mən Allah deyiləm axı. Bağışlamaq mənim lüğətimdə yoxdur axı. Deməli Allah məni iblis yaradıb. Müharibə və Hərb iblisi. Yalancıə və mənfur iblis qərar verdim özümü. Cün bu palcıqlı və soyuq səngər icrə,tək mənim kimi kirli və palcıqlı iblislər yalan danışar. Cün mənim kimi mənfurlar əsgərə; Döyüş,əzablara döz,cətinliklərə sinə gər,ehtiyata gedərsən hər şey yaxşı olacaq deyə murdarcasına yalan danışar. Bəli murdaram mən. Palcıqlı,donmu və əzabdan zəbanə cəkən murdar. Təmizlər o sonmüş şəhərin işıqlı kabinetlərindədir. Mələklər ordan qanad acır: İqtisadi inkişaf,analoqsuz tərəqqi,sosial müdafiə,sosial bərabərlik,qanunda və gündəmdə şəffaflıq,elmdə və səhiyyədə təmənnasızlıq,hətta güc strukturlarında ədalət. Bax bütün bunlar həqiqət və mən alcaq isə yalancıyam. Yalandan artistlik edib yalan danışan təlxək.

Lakin bir dəfə yuxumda Allahım mənə dedi: yalan danış. Müqəddəs yalan özü böyük bir həqiqətdir. Müqəddəs yalan,özü bir mübarizə,təxəyyül və daxili və xaricə etirazdır. Etiraz edirəm sizə,ay sönmüş şəhərin işıqlı mələkləri. Artıq uşaqlıqdan qanadım olması arzuma da nifrət edirəm. Qanad istəmirəm daha. O kabinetlərdə qanadlı olmaqdansa,bu palcıqlar icində Allahımıln günahkar iblisi olmağı üsyün tutdum.Qoy o cəhənnəmlər mənim soyuq səngərdə sümüyümə işləyən sazağı isitsin,qoy cəhənnəm iblisləri məni həqiqi yabaları ilə alovlu tonqallara atsın. Siz düşün cənnətəö,orada özününz kimi sizə yalancı gülüş bəxş edən hurilərə qul olun. Lakin yatarkən sizin cisminizdən cənnətdə iblis,mənim cismimdən isə cəhənnəmdə mələk cıxaraq qanad calıb,o haq dünyadan bu nahaq denyaya ucacaq. Gün gələcək mənim cəhənnəmdəki  mələyimlə,sizin cənnətdəki iblisiniz savaş edəcək. Və onda Allah da bizimlə olacaq.

Bu gün də bir savaş adamını incitdiz,səhər maşınına od vurdu,axşam nə elədinizsə razılıq elədi. Mən görmədim. Allah gördü. Dünya hakimlərini beüyin qansızmasından komaya salan yeganə və adil hakim .

Mənsə yenə yalan danışacam əsgərimə. Cün ki ,mənim yalanım müqəddəsdir. Yalanımda bir ovuc torpaq,bir sinə Vətən qoxusu var.

Vətən Sağ Olsun !

Sönmüş şəhərin zəif işıqları -4

Bu şəhərdə,bu məchulluqda nə qədər görəsən gizli məkrlər var ilahi. Və niyə bu şəhər belədir? Görəsən yad planetlilərmi buranı alaraq,özlərinin məkrli məkanına döndəriblər,yoxsa bizmi Azərbaycanlılıqdan,babalarımızın qeyrətindən,analarımızın namusundan,bacılarımızın həyasından saparaq yad planetli olmuşuq. Bilmirəm. Bəlkə də mən yad planetliyəm. Mənim planetimdə palcıqlı səngər,əsgər krujkası,ağır bronik və hər gecənin ayazında irəli baxaraq arxadakı biqeyrətlik və binamusluğu,öz namus və canı ilə sipər edən əsgər var. Mənim planetimdə 30-35 manatlıq ağ örtüklü şadlıq evindən fərqli ,sınıq və salxaq skameykalar var və üstündə adi və qiyməti zər ziynət olan 1 manatlıq Kola və 2 mqanatlıq peceniya var. Mənim planetimdə BMV lər,Qalonvagerlər ,Q-7 lər yox,yer yaş olanda canı dildən zarıyaraq yanıma gələn UAZ lar var. Mənim planetimdə mən varam,hansı ki bu axmaq şəhər deyilən planetdə mən tumanı cırıq bir dilənciyə bənzərəm-şahənşahlar sarayının qabağında. Mənmi günahkaram yoxsa bu şəhərmi? Bəlkə elə mən dəliyəm və mənim yerim səngər yox,pəncərəsi dəmir barmaqlıqlı dəlixanalardır. Bilmirəm. Bildiyim tək odur ki,indi işqalda olan torpaqlarda qar düşüb. Xəfif və təmiz qar. Uzaq 1992 ci ildəki kimi. O zaman Şuşanın Kosalarında Hurrey vuraraq,qoltuğumuzda təndirdən cıxmış cörək,torbamızda nehrə yağı,pebdir və ürəyimizdə bir dünya sevinci posta gedərik. Elə həmən post da ordadır. Qar da həməndir. Bəlkə üstündə oturub şeytan yuvası Xankəndinə baxdığım və oradan gələn bütün təhlükəni sinəmlə qarşılayacağım əzmində oturduğum daş da ordadır. Mən yoxam orda.Təkcə mənim ləpirlərim yoxdur o ağ örtükdə. Bəlkə elə ora yağan qar da məni illərdir orda görməyib gözünün yaşını tökür. Bir qar ağlayacaq qədər ağlayır. Bəlkə elə Canhəsənin o xaraba divarları da məni gözləyərək cismən qocalır-mən mənən qocaldığım kimi.Bəlkə elə... Bilmirəm daha. Allah bilir .Amma nədənsə o da məndən üz dondərib. Bu şəhərin Milli Məclisinin salonlarında istidə oturan deputat yadplanetliləri kimi,bu şəhərin restoranlarında cismi 2 manat ,əndazəsi 2000 ,mənəviyyatı bir abbası olan aristokrat fahişə xanımları ilə əylənən millətimin qüdrətli qumanoid oğulları kimi.
Dönüb bir daha bu şəhərə baxıram. Zamanlar vardı ki,bu şəhərin kasıb məhəllələrinin qeyrətli kişilərinin sevdiyi bir cümlə vardı; Dəvəsi ölmüş ərəbəm. İndi nə o kişilər var nə o məhəllələr. İndi mən varam .O kişilərdən qalan yeganə yadplanetlı. Mənim isə ərəbim ölüb. Dəvə olaraq hələ ki səngərə su daşımağa gedirəm. Gün olsun ki ,səngərin toyu olsun-məni də dəvə kimi dəvət eləsinlər o toya. Oynaya bilməsəmdə... Nə isə.
Deyirlər ulduz müharibəsində olduğu kimi Ermənistanı bir həftədə yox edərik. Edək. Edənlərə alqış. Amma hələ ki bir həftənin sevinci gəlməmiş mən yazıq ərəbsiz dəvə 25 ilin yükünü daşımağa məcburam,bu kücələrində ölməmiş və həyasız ərəblərin dolaşdığı dollar şəhərində. Amma həvəsdir bədir. Ağrıyan ayaqlarıma qaba botinkamı geyib,köhnə formamı əynimə alıb,əşya torbamın icinə metro qabağında satılan 2 manatlıq kolbasadan,40 qəpiklik zavod cörəyindən qoyub ,gedirəm bu şəhərdən,bu yadplanetlilərin diyarından. Və yenə də yola cıxarkən deyirəm: Səni ilk gəncliyimin,ilk sevgisi kimi ,ana sözünü ilk deyən körpənin anasının ona olan sevgisi kimi sevdim –
SƏNGƏR.
VƏTƏN SAĞ OLSUN !

Sönmüş şəhərin zəif işıqları-10

İlimizin axır cərşənbəsidir bu gün bu sönmüş şəhərin zəif işiqlarının stobalarının altında. Kicik tonqallar yanacaq,Allahımız böyük tonqallara catdırana qədər bu kiciklərin sevincinə qovuşacağıq. Böyük isə.. Böyük tonqalımız orada olacaq. Şüarlardan qacıram.Dualara sığınaraq. Bir gün bu zəif şəhərin sönmüş işıqlarının gurlaşacağı ümidi ilə,əsir torpağımda adsız və izsiz məzarlar başında bu tonqalları yandıracağıma dualarım var. Bu nə arzudur ,nə də istək. Bu bütün ömrünün bir coxunun anlamadığı və şəxsinə həqarət saydığı “kazarma “ –nı evi,zabir formasını bahalı kostyum,palcıqlı botinkasını “NİKE” krossovkası və sonda səngər torpağını qibləgahl sayan insanların SİMVOLUDUR.
Bu gün tonqallar qalıyaq,bu bayramlarda bir olduğumuz kimi,həyatdada bir olaq,zaman gələcək və zamanın SAHİBİ də,gəlib bizdən bu yandırdığımız tonqallar birliyinin sonunda,niyə birləşib səngərə doluşmadığımızı soracaq. Soracaq ki,elin və evin cismi kasıb,lakin qəlbi dünya boyda oğulları ,valın üstündə bənovşələr bitən və Qarabağdan əsən mehlə cücərib boynunu bükərək “hardasan Vətən oğlu” soruşduğu anda,sız niyə “Müsəlləh əsgərəm mən də bu gündən “ deyərək hayqırmadınız? Bax onda acıq olmayan alından axan xəcalət təri bir alovlu qurğuşun yanğısı ilə sifətimizdən və sifətinizdən axıb,cismimizi yandırıb kül edər. Bu nahaqq dünyadan ,haqq dünyaya “yanıq “ cism və ruh aparanlardan olmayaq.
Səngər torpağına isə -icində cismimizi.qəlbimizi,ruhumuzu,varlığımızı bİr ağsaclı ana kimi bağrına basaraq düşmənə sipər etdiyin ücün qarşında dizimi qoyaraq baş əyirəm –dedim.Bayramın mübarək Səngər torpağı,bayramın mübarək köksü hələ də yağı tapdağında olan Vətən torpağı,bayramın mübarək ,qarış-qarış azad olunan torpağım,bayramınız mübarək Torpağa qarışıb özü torpaq olanlarım.Bu bahar SAVAŞ olsun ,bu bahar cismimizi götürüb dizin-dizin sürünərək yanına gələk,bu baharın torpağının ətri cöl cicəklərinə qarışan bir vaxtında bizi bir Qalib ŞƏHİD kimi köksünə alıb : Xoş gəldin Şəhidim deyəsən mənim ilk və son məkanım ANAM Torpağım.


O zaman son sözüm bu olsun:


VƏTƏN SAĞ OLSUN !

Sönmüş şəhərin zəif işıqları-12

Bu axşam bir yazıya rast gəldim. Mahiyyəti “istifadə müddəti kecmiş” idi. Yəni savaş insanları,yəni veteranlar,yəni Allahın ona verdiyi ömrlük məvacibi,səngərdə bir dəfəyə xərcləyib,indi olan-olmayana yaşıyanlar. Yəni elə mən özüm. Yəni ki,bu millətin millət kimi formalaşanının yanında Şah Abbas,millət kimi yox,it kimi formalaşanlarının gözündə dilənci. Fərqi yoxdur it Qalenvagerdə gəzsin,yaxud Q-7 də. Rəhmətlik dədəm deyərdi bu həyərdəki itə tərbiyə verə verə,axırda özüm tərbiyəsiz oldum. Əlqərəz.
Yadınızdadırmı? Söydüyümüz Sovet Azərbaycanının kinomatoqrafiyasında ,qəlbləri oxşar bir film vardı. Cani oğlunun başını qucaqlayan ana bir monoloq söylərdi: Kimdi müqəssir? Mənmi ,yoxsa Müharibəmi?
Amma nə qədər axtarsam müharibədə günahları axtarıb tapa bilmirəm. Bəs onda kim? Mənmi?Onda mənəm. Cünki zamanında stalovudan əsgərə gələn konfeti oğurlayana “yazıq neynəsin evladları var” düşünüb yazığım gəlmiyeydi və anlayaydım ki,o stalovudan konfet yox,bizim gələcəyimizi oğurlayır. Bizim mənəviyyatımızı oğurlayır. Və bu oğru hec zaman səngərə girmədən konfetlər arasında yaşıyaraq,sonda elə mənim kimi və zamanın göstərdiyi kimi məndən də yaxşı veteran olacaq və sinəsini medallar bəziyəcək,cəmiyyət icində mən susduqca ,o savaş tarixindən,qanlı döyüşlərdən,düşmənə vurduğu zərbələrdən danışacaq. Özü utanmayacaq,utanan oğurlanmış konfetlər olacaq. Bu “mən” lər zaman gələcək ki,cəmiyyət icində ağsaqqallaşaraq,özünü Allahlaşdıracaq və o Allahlaşaraq yüksəldikcə,mən şeytanlaşaraq kiciləcəm. Əzəldən qurulub dünyanın işi –deyimi də yersizdir. Dünyanı biz belə quraraq korladıq. Minlərlə yanımızda ,ciynimizə toxunan yalancı,ədəbaz,yuxarıda qanlı döyüş gedəndə,aşağıda rəislik eliyən zatları uca tutmağımız ,özümüzü ucalıqdan kəlləmayallaq saldı, uca zirvələrin altındakı qaranlıq yarğanlara.
Bəli indi konfet oğruların zamanıdır. Biz isə haqsız və suclular. Bir kəlmə danışsan,oğru sussa da ,konfetlər danışacaq ki,”səni mən ora gondərməmişdim” Cünki konfetlər də oğru qarnında konfetlikdən cıxaraq zəhər və ağuya döndü bu murdar şəhərdə. Özü yıxılan ağlamaz. Hec zaman bizi ,bizə qaytarmaq olmayacaq. Cünki konfet oğurlayan.sənin,mənim,onun qohumudur. Qohumun da ayağını bəzi dünyəvi səbəblərə görə basdamaq istəmirik.Hələ lazım müəllim gəldikdə konfet oğurlayanın qabağında ikiqat əyilməkdən də cəkinmirik. Sayımız 45 mindən coxdur. Amma sən də mən də ,elə bu kopayoğlu konfetoğurlayanda bilir ki, bu rəqəm hardan əmələ gəlib. Bostandan qarpız oğurlayanda bostancının lapatkası dəyib,beli əyilənin də əlində “qarabağ əlili” kitabcası var. Bostancı da,bostan da bunu bilir. Hətta lapatka da. Susur. Susacaq da. Cünki qarpızoğurlayan bizim itimizin kücüyüdür. İtimizə xatir susaraq bu günə gəldik. İnidi isə it ölüb,əlimizdə zəncir durmuşuq yol ayrıcında.Bilmirik yeni it əfsanəsi fikirləşək,yoxsa o zənciri öz başımıza kecirək. Zaman isə öz axarındadır. Daha gileylənmək və deyinmək fayda verməz.
Əsası odur ki,özümüz öz savaşımıza,öz haqq işimizə bilərəkdən nahaq və yalanlar qoşmuşuq. Xatirlər xatirinə. Xatirlər də bizi belindən düşürərək,özü belimizə minib. İmtiyaz axtarışındayıq. Qarabağda 25 ildir savaş yoxdur-hər il isə minlərlə veteran və savaş əlili doğur bu şəhər. Dünyada doğuş sayı azalsada bizdə belə doğuşlar və bu doğuşları kecirən mamacalar da durmadan artır. Yuxarıdada bunu bilirlər. Bilirlər ki,qızıl da coxaldıqca-qiyməti düşür. İndi kimdir müqəssir?
Cox da dərinə getməyək. Belələrinin gözünə baxın bir kəlmə deyin,o kəlmədə gözü yaşarsa,deməli onun oğurlanmış konfetlərdən xəbəri yoxdur. O kəlmə də budur:

VƏTƏN SAĞ OLSUN !

Yaşanan  və yaşanmaqda olan.

Bu gün bir cox insanın mənə verdiyi suala cavab vermək istədim.
-Nədən sən belə vətənpərvərsən,nədən belə Qarabağ deyəndə gözün dolur?.

Allah yükü cəkənə verir-cün bu yük Allah yüküdür-cəkə bilməzsən əyər,düşüb xarab olacaq və şeytan sevinəcək. Bu yükü Allahımız mənə 2 yaşında verdi.Mən Nənəmgildə mışıl-mışıl yatan zaman doğma atam və anam evdə qaz partlayışından kül oldular. Hələ ana ətrindən doymamış mən ,onun qoxusunu ondan qalmış paltarlarda almağa başladım. Nənəm rəhmətlik Zeynəbxanım deyərdi ki,o gündən ağlayan sənin üstünə ananın paltarın sərərdik,sakit olub yatardın.Atamı əvəz edən Musa əmim,və onun həyat yoldaşı,məni 1 qızından ayırmayan Şəfiqə anam məni elə də əzizləməmişdilər. Öz həyat axarları necə-eləcə də biz bacımla böyümüşdük. Ən böyük sevincimiz atamızın gələcəyi elektrik qatarının səsi olardı,mükafatımız isə bir butulka "Buratino "limonadı.Ağlım kəsəndə Atalıq edən əmimə" gəl mən də işləyim,o xaraba evimizi tikək,elə qalmasın "dedim. Kişi uşaq kimi oturub ağladı. Və o zamandan iki işdə işlədi,xaraba ata evimi tikib əvvəlki halına saldı. İlk olaraq icəriyə daxil olanda,elə sandım ki ,cırıldayan taxta qapı acılacaq,sakit və fağır anam cıxıb məni qucacaq. Amma qapı acıldı,anam cıxmadı. Mən illər uzunu yaşamımda cox şeylər qazansam belə,evladlarıma ev qursam belə,hələ də bu köhnə,divarlarında ana və atamın qoxusunu yaşadan evdə yaşayıram. Uzaq ellərdə xidmətdə,başqa diyarlarda səfərdə olanda da ,bu artıq divarlarının malası tökülən,döşəməsi cırıldayan,meşəbəyi komasının həsrətini cəkdim. Bu həsrətdir,bu istəkdir məni bu Vətənə bağlayan. Başqa hec nəyim yoxdur. Və olması da vacib deyil.
Qarabağı da mən nakam getmiş ana və atama oxşadıram. Ordada kimlərində ata anasının qoxusu qalmış xaraba divarları var. Qarabağlılar da mənim taleyimi yaşayır. Ata anamı qaytara bilmədim,amma Qarabağı qaytarmaq ücün hələ şansım var,nə qədər ki Allah məni bu torpağın üstündə gəzdirir. Gün olar ki,bir savaş olar,və həmən o ana-ata qoxulu evlərdən bircəciyini də kiməsə düşməndən alıb versəm,ata və anamın yanına üzüacıq gedərəm. Cün özümün evimi özüm tikə bilmədim,başqasını tiksəm günahım yuyular. Bu yolda Şəhidlik mükafatdır.
Anlaya bilmədinizsə,oxumadan kecin.
Anladınızsa bir kəlmə AMİN deyin.
Və günümə ömrümə,varlığıma hökmran olmuş sözü pıcıldayın mənim xətrimə:

VƏTƏN SAĞ OLSUN!

bottom of page