top of page

ZƏRBƏ PUA-ları

                                                              Müəllifdən:

Əsasən müasir hərb tarixini hava kəşfiyyatı və zərbələrsiz təsəvvür etmək cox cətindir. Bu zaman ortaya düşmənin HHM sistemləri cıxır ki, bu da cox zaman insan itgilərinə və cox bahalı ucuş texnikasının vurulmasına gətirib cıxarır. Məhz bu səbəbdən cox uzaq olmayan tarixdə hərbi mütəxəssislər və hərb alimləri tərəfindən müxtəlif növ insansız ucuş texnikaları işlənib hazırlandı ki,bu texnikalar da öz təyinatına görə həm kəşfiyyat,həm zərbə,həm də artilleriya atəşinin nizamlanması kimi funksiyaları yerinə yetirməyə başladı. Bundan əlavə insansız ucaqların radioelektron pozucu,dalğa tutucu ,radioidarəetməyə müdaxilə edən və kəşfiyyat qrupları ücün yüngül yüklər daşıya bilən nümunələri də var. Biz əsasən burada müxtəlif ölkələrin zərbə PUA (pilotsuz ucuş aparatları) haqda zəruri məlumatlar qoyacağıq ki, Siz bu tip texnikalar ilə maraqlandığınız zaman onların haqqında Azərbaycan dilində məlumatlanasınız. Xatırladıram ki, materiallardan istifadə cazmanı ,sayta istinad edəsiniz. Diqqətinizə görə təşəkkürlər.

HAROP

İAİ HAROP (HARPİ) İsrailin kəşfiyyat zərbə PUA sı  olaraq2001-2005 ci illərdə İsrailin “TAASİYA AVİRİT” konserninin müəsisəsi olan “Mabat “ zavodunda işlənib hazırlanmışdır. Öz ilk ucuşunu 2003 cü ildə NEQEV səhrasının hərbi aerodromunda kecirmişdir.İlk dəfə PUA 2009 cü ildə AERO-İNDİA hərbi sənaye sərgisində dünyaya təqdim olunmuşdur. O 360 dərəcəlik rəqəmsal kamera və radarla təmin olunmuşdu.Əsasən PUA nın fərqi ondadır ki, “hədəfi” tapdıqda o “mərmi-təyyarəyə” cevrilə bilir. Bundan əlavə uzun zaman hava məkanında patrul funksiyasını yerinə yetirə  və komanda aldığı zaman yer hədəflərini yüksək dəqiqliklə məhf edə bilir. Hədəfə tərəf ucduğu zaman komanda ləğv olunarsa,PUA yenidən öz bazasına qayıda bilir yaxud patrul funksiyasını davam etdirir.Əsasən mobil buraxıcı konteynerlərdən buraxılır və düşmənin HHM kompleksləri,rabitə , radioelektron və komanda mərkəzlərini məhf etmək ücün nəzərdə tutulmuşdur.

Ucuş uzaqlığı 1000 km

Sürəti  185 km.s

Cəkisi  135 kq

Fasiləsiz ucuş vaxtı 6 saat.

Azərbaycan Respublikasının öz ərazilərini azad etməsi fonunda,2016 cı ilin aprel ayında məhz HAROP PUA ları ,düşmənin komanda qərərgahını və “SİSİAN “ batalyonu könüllülərinin avtobusunu vuraraq,düşmənin cox sayda  yüksək cinli zabitini və qüvvəsini məhf etmişdir.Azərbaycan Ordusunun arsenalındadır.

MQ-9 Reaper

MQ-9 Reaper (Grim Reaper ) kəşfiyyat və zərbə PUA –sı  General Atomics Aeronautical Systems  korporasiyası tərəfindən ABŞ-ın HHQ,HDQ və Böyük Britaniyanın HHQ ücün hazırlanmışdır. Əsasını  MQ-1 PREDATOR  PUA-sından götürmüş bu nümunənin ilk ucuşu 2001 ci ildə baş tutmuşdur.Trubo-pərli mühərriklə təmin olunan aparat 400 km.s sürətə və 13.000 m hündürlüyə qalxmağa qadırdir.Havada qalma vaxtı 24 saata bərabərdir.

Bu tip zərbə PUA-ları hal hazırda ABŞ –ın Əfqanıstanda Taliblər əleyhinə apardığı müharibədə və Meksika sərhəddində narkotik qacaqmalcılığı ilə mübarizədə istifadə olunur. Əsasən təyyarələrə nisbətdə ucuz,insansız olan bu aparatların ucuş vaxtının coxluğu və operatorların təhlükəsizliyi də ön plandadır.

Bu tip PUA-lar əsasən ayrı –ayrılıqda:

4 ədəd “hava-yer” tipli AGM-114 «Хеллфайр» raketi,

4 ədəd “Xellfayr” raketi və lazer tuşlayıcısı olan MARK82  aviabombası,

2 ədəd GPS tuşlayıcısı  olan (JDAM) MARK 82 avia bombası apara bilir.

Bundan əlavə hal hazırda “hava-hava “ tipli AİM 92 STİNGER raketlərinin də yoxlanışları bitmişdir və bu tip raketlər də silahlanmaya qəbul olunmuşdur.

Bir ədəd  PUA-nın qiyməti hal hazırda 30 milyon ABŞ dolları təşkil edir.

bottom of page